Ehtiyyatlı olun Zəhərlənməyin

 
Ehtiyyatlı olun Zəhərlənməyin

MUSİQİ RUHUN QİDASIDIR, EHTİYYATLI OLUN ZƏHƏRLƏNMƏYİN!
Son illər Azərbaycanda xalqın musiqi və efir zövqü getdikcə korlanır. Nə vaxtsa efirdə Nəzər nöqtəsi, ən yeni tarix kimi verilişlər indi Toy olsun və Sünnət kəsilsin kimi verilişlərlə əvəz olunub. Hətta vaxtilə Həftə çalçağırı və ATV Maqazinlər də Zülfiyyə Xanbabayeva, Sevda Ələkbərzadə və İlqar Muradov kimi intellektual səviyyəsi olan müğənnilərə yer ayırırdı. O vaxtın ən çox toya yaxın olan Səməd Səmədovun belə intellekti, danışıq qabiliyyəti və musiqi anlayışı var idi. İndi isə Azərbaycan Musiqisi Toy müğənniləri və Meyxanaçılardan ibarətdir. Bunu həqiqət kimi qəbul etməliyik.

AZƏRBAYCANDA ROCK YOXDUR!
AZƏRBAYCANDA JAZZ YOXDUR!
AZƏRBAYCANDA CLUB MUSİQİSİ YOXDUR!
AZƏRBAYCANDA OPERA YOXDUR!
AZƏRBAYCANDA TEXNO, HOUSE, DANCE YOXDUR!
AZƏRBAYCANDA PUNK YOXDUR, METAL YOXDUR!
AZƏRBAYCANDA POP BELƏ YOXDUR!
AZƏRBAYCANDA RNB YOXDUR!
Yuxarıdakı sayılanlar dünya musiqi janrlarıdır. Bunların heç biri Azərbaycanda kütləvi inkişaf eləyə bilməyib. Nə qədər əziyyətlər çəkilsə də bu musiqi ifaçıları Azərbaycan xalqının zövqünə təsir edə bilməyib. Xarici musiqiçiləri dinləsək də daxildə heç bir bu tərzdə oxuyan ulduz parlamayıb.

Gəlin baxaq Azərbaycanda nə var?
1. Meyxana
2. Toyxana
3. Estrada musiqisi ( toy musiqisinin başqa bir adı - Sovetin dövründən nə Avropada nə Amerikada estrada musiqisi adlı janrı heç kəs tanımır. Bu köhnə, dəbdən düşmüş və geridə qalmış bir şeydir )
4. Bənzətmə - toy müğənnilərinin arada oxuduğu bir gün rock bir gün pop bir gün rnb amma sadəcə bənzətmə və "dup tıs dup tıs" (Toydakı diskotekalar) üçün yazdırdıqları mahnı tipləri.

Gördüyünüz kimi MEYXANA, TOYXANA, ESTRADA, BƏNZƏTMƏ - bu musiqi növlərinin heç biri dünya ölkələrində yoxdur. Bu cür mədəniyyət və incəsənət ancaq Qırğızlarda, Əfqanlarda, və o tipli xalqlarda müşahidə olunur. Azərbaycanın səviyyəsi çoxdan Avropa səviyyəsi olmalıdır musiqidə! Belə çıxır ki, Sovet dağılandan sonra 20 il ərzində Azərbaycan musiqisində Avropa və Amerikanın güclü və tarixi əsası olan musiqi növləri yayıla bilməyib.

RAP və onun xeyiri
Azərbaycan müstəqil olandan və Avropaya açılandan sonra RAP musiqisi yeganə musiqi oldu ki, Azərbaycanda həqiqətən də öz yerini tapdı. Bu dəqiqə MEYXANA, TOYXANA, ESTRADA VƏ SÜNİ BƏNZƏTMƏ-lərə qarşı Mədəni İnqilab edən və mübarizə aparan yeganə xarici musiqi növü RAPdir.

RAP musiqisi Azərbaycanda:
İlk dəfə olaraq qoca kişilərin 3-5 manata yazdığı şeirlərin üstünə bəstəkarların yazdığı musiqidən fərqləndi.
İlk dəfə ifaçının ürəyindən gələn sözlər oxundu.
RAP musiqisini ifa edənlər öz silikon sinələrinə sponsor axtarmır, və aralarında mavilər çəhrayılar olmur.
RAP musiqisi ilk musiqidir ki, televiziyalarda qadağan olunub sevilməsə də, internetdə bütün süni ulduzları darmadağın edir və xalqın sevgisini qazanır.
Toylarda oxunmayan və həqiqətən konsert zallarında müasir ölkələrə xas konsertlər verən də Azərbaycan RAPidir.
RAP musiqisi Azərbaycanda yeganə musiqidir ki, dayday və saxlayan bığlı kişilərin şotuna yox, öz istedadına görə məhşur olur.
Bildiyiniz kimi kanallarda bir dəfə klipin efirə verilməsi 500 azndir, Radiolarda aylıq raskrutka 3000-10000 azn arası dəyişir. Estrada klipinin çəkiliş qiyməti 10 000 azn arası dəyişir. Toy müğənnilərinin bəstəkar musiqisi 1000- 4000 azn arasıdır. Toy müğənnilərinin geyimi və selikonları 4000- 5000 arası dəyişir.

Dinlədiyiniz musiqi, musiqi deyil Bazardır!
RAP musiqisi insanın daxilində baş verir, onun həyatı boyu keçirdiyi əzab və emosiyalardan doğulur, bir parça kağıza yazılır, musiqini dostlar birlikdə gecə və gündüzünü hiss edərək, həsr edərək yığırlar, bəstələyirlər. Kliplər repçilərə dəstək olan onları sevən adamların köməyi ilə çəkilir. Efirə pul verib xalqa sırımaqdansa REPLƏR internet meydanına atılır və yüz minlərlə mahnının içindən ancaq öz gücünə arxalanaraq seçilir və qalib gəlir. RAP musiqisi toyda salat yemək və yekə piyli qarınları tərpətmək üçün yazılmır, RAPçilər öz sözlərini bir mikrafonla konsert zallarında xalqın üzünə deyir. REPçilər pulu bəyin dayısından gəlinin nənəsindən almır, REPÇİLƏR öz Pərəstişkarlarının keyfiyyətli konsertlərdə sevərək verdikləri pul ilə gələcək işlərə güc qazanırlar. Və əgər xaricdən Azərbaycana baxsalar təkcə Azərbaycan REPİ Azərbaycanın dünyavi musiqisidir. Qalan hamısı savadsız və səviyyəsiz xalqın yaratdığı və yaşatdığı yerli (daha doğrusu yersiz) musiqidir.
BAX BUNA GÖRƏ AZƏRBAYCAN KANALLARI VƏ SPONSORLARI, BIĞLI DAYDAYLARI RAPə QARŞI DÖYÜŞÜR.
ÇÜNKİ O MANISLARA QARŞI TƏKDİR VƏ ÖZGƏDİR!
AZƏRBAYCAN REPİ KANALLARA PUL VERMİR.
© QaraQan

FİKİRLƏRİNİZ...


Geri dön

alisa

  • 18 oktyabr 2011 21:34
  • Məqalə: 0
  • Şərh: 188
  • Bal:
bizde hecne yoxdi ne musiqi ne de butun genclere lazim olan azadliq hec ne hec ne yoxdu ona gore d bir damci pulu olan xarice qacir

--------------------
Imza atamiyok diye kucumsemeyin biz de gerektiyi yere parmak basariz:)

L115A1

  • 16 oktyabr 2011 13:55
  • Məqalə: 12
  • Şərh: 1108
  • Bal:
{awards}
HMM MEN HAMISINA QULAQ ASIRAM...

--------------------

A.Nicat

  • 16 oktyabr 2011 13:42
  • Məqalə: 10
  • Şərh: 254
  • Bal:
{awards}
tshkler!!!!!!!!!!!!

--------------------

aga482

  • 16 oktyabr 2011 10:52
  • Məqalə: 0
  • Şərh: 840
  • Bal:
{awards}
MENİM BİRDENE DİNLEDİYİM AZERİLERDEN ROYA Dİ XARİCİ DİNLEMİREM BİDE TURK MUSİQİ DİNLEYİREM smile

--------------------
HER GUN İNSAN UCUN YENİ BİR HEYATDİR..........

Delya_91

  • 16 oktyabr 2011 10:16
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}
Azerbaycanda cox az musiqi dinleyirem,dinlediyimse Qaraqaan,Host,Roya bu qeder

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

aid_fanatka

  • 16 oktyabr 2011 09:51
  • Məqalə: 6
  • Şərh: 1866
  • Bal:
{awards}
tesekkurler ama ora qaraqanin seklini qoymaq menasizdi

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

GlamouR_

  • 16 oktyabr 2011 00:37
  • Məqalə: 189
  • Şərh: 3255
  • Bal:
{awards}
Men razilawiram duz deyir

--------------------

Prank girl

  • 16 oktyabr 2011 00:29
  • Məqalə: 106
  • Şərh: 9884
  • Bal:
{awards}
maraqsizdi

--------------------
Oglanlar dostluq atmasin qebul etmeyecem!!

STYLE GIRL

  • 15 oktyabr 2011 22:34
  • Məqalə: 4
  • Şərh: 117
  • Bal:
{awards}
maraqli idi)twk

beyaz melek

  • 15 oktyabr 2011 21:29
  • Məqalə: 58
  • Şərh: 1109
  • Bal:
{awards}
ONDA BELE GOTURSEK AZERBAYCANDA HECNE YOXDU.).AMMA INSANLARA ATMAQ MEHARETI EN YAXSI AZERBAYCANDA INKISAF EDIB.COX TESSUFKI!!

--------------------
Məhəbbəti qorusan onunla ucalarsan
Məhəbbətli qocalsan qoca deyil cavansan.
Hech bir zaman Qadinin eybini uzune vurma, Chunki Qadin ureyi derin bir okeandir ve O okeanda Senin minlerce qebul olunmush eyblerin var!

GEDEN GETMISDIR,GETDIYI GUN BITMISDI,MEN GEDENI DEYIL,GEDEN MENI ITIRMISDIR

BDU-telebesi

  • 15 oktyabr 2011 21:16
  • Məqalə: 1
  • Şərh: 552
  • Bal:
{awards}
qaraqan twkler hmmm sadece

--------------------
heyatin en cetin suallari aglin dusunduyunu amma ureyin cavablanmadira bilmediyi suallardir

... Deryam ...

  • 15 oktyabr 2011 21:14
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
{awards}
Qaraqan haqda deyə bilmərəm özüm şahidi olmuşam doğrudan da repçilərin özlərinnən başqa köməkçisi yoxdu .
Musiqi inkişafına gəldikdə axı AZƏRBAYCAN HƏR ZAMAN FƏRQLƏNMƏLİDİR olanımız budu da neynəyək , inşallah gün gələr o zövqsüzlər də ayılıb anlayacaq nə oxuduqlarını fellow

--------------------

FLY TİME

  • 15 oktyabr 2011 20:17
  • Məqalə: 51
  • Şərh: 2087
  • Bal:
{awards}
ilk serh menden.twklar maraqli idi.QARAQAN

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 46
Cəmi: 75

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 58
Cəmi: 235
 
NIGAR
Xəbərləri: 53
Cəmi: 874
 
Limon qoxusu
Xəbərləri: 52
Cəmi: 75
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 546
 
aytc.sza
Xəbərləri: 22
Cəmi: 27
 
♔Hе важно∞
Xəbərləri: 22
Cəmi: 281
 
Lmzade
Xəbərləri: 20
Cəmi: 22
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
AyliN BunyaminovA
Xəbərləri: 3
Cəmi: 482
 
 
{slinks}