Allah Təala haramdan ruzi bölmür

 
Allah Təala haramdan ruzi bölmür

Uca Allah insanların güzəranını və məişət ehtiyaclarını təmin etmək üçün ruzi bölgüsü etmiş və Quranda da buyurduğu kimi, bu bölgüdən heç kəsi kənarda tutmamışdır. “Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin.” (“Hud” surəsi, ayə 6). Eləcə də hər kəsin öz ruzisini əldə etmək üçün halal yollar təyin etmişdir. Lakin insanların bəzən haram yollardan istifadə edərək ruzi əldə etdiklərinin şahidi oluruq. Tənbeh edildikdə isə cavabları “bunu etməsəm, ac qalaram” və ya “ruzini Allah verir” olur. Bu tamamilə yanlış və düşünülməmiş iddialardır. Belə ki, oğurluq, rüşvət, qəsbkarlıq, sələm, riba və digər rəzil əməllər İslam dinində qəti haram elan edilmişdir. Uca Allahın təkidlə qadağan etdiyi, həm dünyada, həm də axirətdə əzab vədi verdiyi əməllərlə insanlara ruzi verməsi ağlasığmazdır. Burada aşkar bir ziddiyyət mövcuddur. Eləcə də bu, Uca Allahın insanları harama və günaha təhrik etməsi demək olardı. Haram yollardan ruziləndirilən bir şəxsə əzab vermək isə ədalətdən kənardır.

Bəs burada həqiqət nədir?

Həqiqət budur ki, əgər həmin insanlar qeyd edilən haram yollara əl atmasalar və digər halal yollardan istifadə edərək ruzi diləsələr, Allah Təala gündəlik yaşayışları üçün onları ruziləndirəcək. Lakin haram yola əl atanların yeganə təhrikedici qüvvəsi - xəbis nəfsləridir. Acgözlük, tamahkarlıq, uzun-uzadı dünya planları və maddi hegemonluq istəkləri haram hüdudlarını aşmağa və zülm yolu ilə olsa belə, hədəflərinə qovuşmağa onları təhrik edir. Demək, haram qazanc sahibləri Allahın gündəlik bölgüsündən narazı olub, başqalarının ruzisinə əl uzadaraq daha artığını istəyənlərdir. Yer üzərində Allahın yalnız halal ruzi bölüşdürdüyünü nəzərə alsaq, haram yolla əldə edilən qazancın mütləq şəkildə məhz başqa bir şəxsin halal ruzisi olduğunun qənaətinə gəlmək olur.

Haram qazanc sahiblərinə vəd olunan əzab isə olduqca təsirli və şiddətlidir. Allahın Peyğəmbəri həzrət Muhəmməd (s) buyurur: “Haram yeyərək ibadət etmək - qumun və ya başqa sözlə desək, suyun üzərində bina tikməyə bənzəyir”. (İddətud-Dai, səh.141) İmam Baqir (ə) buyurur: “İnsan haram mal əldə edərsə, nə onun həcci, nə ümrəsi, nə də sileyi-rəhmi qəbul olunmaz, hətta bu, onun evlənməyinə və ailə həyatına da pis təsir göstərər”. (Əmali-Tusi, səh.680, hədis1447)

Bu qazancla bəslənən bədən zaman keçdikcə ağıl və hikmətdən məhrum olur, maddi, xüsusən də mənəvi bəlaları artır, bəsirəti bağlanır, qulağı karlaşır və sonda haqqa qarşı üsyan edərək, öz Xaliqilə müharibəyə cürət edər. Bu, insan aqibəti baxımından dünyada qarşılaşdığı nəticədir.“Həqiqətən, Yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər” (“Ən-Nisa” surəsi, ayə 10). Axirətdə isə belə şəxslər ayədən də göründüyü kimi, əbədi cəhənnəmdə yerlərini hazır bilməlidirlər.

Muellif : Hilal Alili,

“Dəyərlər”in oxucusu

Allah Təala haramdan ruzi bölmür


Geri dön

RADUQA

  • 16 oktyabr 2011 22:55
  • Məqalə: 17
  • Şərh: 604
  • Bal:
COX SAQOL....DEYERLI YAZIDIR.....
ALLAH HALAL RUZIMIZI BOL ELESIN.....HARAMDAN QORUSUN HAMIMIZI....

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

BDU-telebesi

  • 16 oktyabr 2011 20:21
  • Məqalə: 1
  • Şərh: 552
  • Bal:
{awards}
deyerli movzudur twkler canim

--------------------
heyatin en cetin suallari aglin dusunduyunu amma ureyin cavablanmadira bilmediyi suallardir
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 23
Cəmi: 50

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 62
Cəmi: 236
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 875
 
Limon qoxusu
Xəbərləri: 56
Cəmi: 77
 
Nergiz__Sirinova
Xəbərləri: 29
Cəmi: 549
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 283
 
aytc.sza
Xəbərləri: 27
Cəmi: 27
 
Lmzade
Xəbərləri: 25
Cəmi: 25
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 6
 
 
{slinks}