InSan Allahın hüzurunda

 
InSan Allahın hüzurunda

İslam əxlaqı barədə yazılmış bəzi kitablarda günahların ağırlıq dərəcəsi arasında fərq qoyulur, bəzi günahlar kiçik, bəziləri isə böyük adlandırılır. Kiçik günahlara ərəb dilində «səğirə», böyük günahlara isə «kəbirə» deyirlər. Bu sözləri bəzən cəm halda «səğair» və «kəbair» şəklində də işlədirlər. Qurani-kərimdə deyilir: «Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, biz də sizin qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər və sizi (şərəfli bir mənzilə) çatdırarıq» («Nisa», 31). Başqa bir ayədə buyurulur: «Kiçik nöqsanlar istisna olmaqla, böyük günahlardan və rəzil işlərdən çəkinərlər» («Nəcm», 32).
Hansı günahların böyük sayıldığı barədə məlumatlar ziddiyyətlidir. Hədislərdə 3-dən başlayaraq onlarla əməl növü böyük günah kimi tanıdılır. Alimlərin əksəriyyətinin fikrincə, bu dünyada şəriət cəzasına, axirətdə ilahi əzaba layiq olan, Peyğəmbərin lənətləmiş olduğu əməllər böyük günah sayılır. Dəqiq məlum olan budur ki, ağırlıq dərəcəsinə görə ən böyük günah – Allaha şərik qoşmaqdır. Bundan sonra haqsız yerə adam öldürmək, ata-ananın üzünə ağ olmaq, zina etmək, yalandan şahidlik etmək, sehirbazlıqla məşğul olmaq, yetim malı yemək, sələm vermək, cihaddan qaçmaq, iffətli qadına zina böhtanı atmaq, oğurluq etmək, şərab içmək, qumar oynamaq və s. əməllər böyük günah sayılır.

InSan Allahın hüzurunda

Əlbəttə, böyük ya kiçik olmasından asılı olmayaraq, hər bir günah səmimi tövbə vasitəsilə bağışlanır. Müsəlman alimlərin əksəriyyəti böyük günah edən şəxsi İslamdan çıxmış saymırlar. Yalnız xəvaric əqidəsində olanlar həm kiçik, həm də böyük günah edəni kafir bilirdilər. Mötəzililərin fikrincə, böyük günaha bulaşmış şəxs nə mömin, nə də kafirdir; bu iki dəstənin arasında qərar tutub və fasiq (günahkar) sayılır.
Bəzi müsəlman alimlər günahların kiçik və böyük dərəcələrə ayrılmasını düzgün saymırlar. Onların fikrincə, ən xırda günah belə, ardıcıl təkrar ediləndə, böyük günah şəklinə düşür. Bu fikrin doğruluğunu sübut etmək üçün Həzrət Mühəmməd Peyğəmbərin (s) bu hədisini misal gətirirlər: «İstiğfar etməklə böyük günah qalmaz, israr (təkrar) etməklə də kiçik günah qalmaz». Yəni günah nə qədər böyük olsa da, tövbə-istiğfar vasitəsilə silinər. Əksinə, günah nə qədər kiçik olsa da, əgər dönə-dönə edilərsə, böyüyər və ağırlaşar.
Deyirlər ki, bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) səhabələri ilə səfərə çıxmışdı.

InSan Allahın hüzurunda

Onların yolu səhradan keçirdi. Köç salıb düşən zaman Peyğəmbər tapşırıq verdi ki, səhraya səpələnib odun toplasınlar. Səhabələr xeyli gəzib-dolandılar. Səhrada odun tapmaq çətin idi. Bir neçə saatdan sonra hərə əlində azacıq çır-çırpı ilə düşərgəyə qayıtdı. Odunları üst-üstə atdılar. Böyük bir qalaq yarandı. Bu zaman Peyğəmbər üzünü səhabələrə tutub buyurdu: «Kiçik günahlar da belədir, çətinliklə gözə çarpır. İnsan ömrü boyu müəyyən fasilələrlə günah işlədəndə, onları kiçik və əhəmiyyətsiz sayır. Amma ömrünün sonunda, Allah qarşısında cavab verəndə bu günahlar üst-üstə toplanıb hesablanacaq və məlum olacaq ki, əslində onların sayı çox imiş».
Övliyalardan biri bunu nəzərdə tutaraq demişdir: «Heç vaxt düşünmə ki, kiçik bir günah etmisən. Fikirləş ki, kimin qarşısında günah etmisən!». Bu kəlamda Allahın böyüklük və əzəməti ön plana çəkilir. Həqiqətən, insan müqəddəs və uca Allahın hüzurunda günah etdiyini bütün dərinliyi ilə anlasa, ən kiçik nöqsan belə, gözündə böyük görünər.


Geri dön

... Deryam ...

  • 20 oktyabr 2011 20:58
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
ALLAH TÖVBƏLƏRİMİZİ QƏBUL ETSİN ...

--------------------

sharm

  • 16 oktyabr 2011 20:23
  • Məqalə: 2
  • Şərh: 472
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Gedənə yalvaracaq olsaydım, Hər gələnə EyvAllah deyərdim.
Mən seçərəm mən Tərk edərəm, Mən başlaram mən Bitirərəm. ! Susqunluğumla əzər gülüşümlə keçər Qürurumla Gedərəm!

RADUQA

  • 16 oktyabr 2011 19:19
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
TEWEKKUR...MENALI YAZIDIR....
ALLAH GUNAHLARIMIZDAN KECSIN...
AXIR VAXTLAR YAMAN TEKRAR MOVZULAR YAZIRSINIZ....DUZDU MENALI VE DEYERLI HEMDE MARAQLI MOVZULARDI....AMMA MENCE TEKRARA EHTIYAC YOXDU...HETDA TEKRAR BILIYIN ANASI OLSADA....MOVZUDAN KENARA CIXDIQIM UCUN UZUR ISTEYIREM...DOSTUM SENE ERK ETDIM SENIN MOVZUNDA YAZDIM...

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 8
Qonaqlar: 32
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}