Kompüter oyunları beynin işinə mane olur

 
Kompüter oyunları beynin işinə mane olur

Monitor qarşısında həddən çox vaxt keçirmək davranışla bağlı problemlərə gətirib çıxarır

Böyük Britaniya Kral İnstitutunun keçmiş direktoru, baronessa Qrinfild bəyan edir ki, əgər insan monitor qarşısında həddindən artıq vaxt keçirirsə, onun beynində fizioloji səviyyədə dəyişiklik baş verir ki, bu da mütləq davranış və diqqətlə bağlı problemlərə gətirib çıxarır. Bu barədə "The Telegraph" qəzeti yazır.

Onun sözlərinə görə, oyunlar beyində müəyyən əsəb bağlarını fəaliyyətdən saxlayır. Axı, beyin ətraf mühitin dəyişikliklərinə uyğunlaşma qabiliyyətinə malikdir. Kompüter oyunları isə yeni mühitə nümunədir. Baronessa uşaqlara monitorlardan uzaqlaşmağı və küçəyə çıxıb "ayaqlarının altında otları hiss etməyi" məsləhət görür.

Yeri gəlmişkən, oyunlara oxşar texnologiyalar asılılıq və mükafatlanma ilə bağlı olan beyin sistemlərini fəallaşdıraraq həddindən artıq oyanıqlıq yaradır. Nəticədə insanı başqa növ fəaliyyət deyil, məhz oyun cəlb etməyə başlayır. Ona görə də orta hesabla 10-11 yaşlı uşağın monitor qarşısında 2 min saata yaxın vaxt keçirməsi təəccüblü deyil.

Üstəgəl, kompüter oyunlarına son dərəcə aludəçilik insanın diqqətini cəmləşdirəcəyi vaxtı qısaldır və uşağı düşüncəsiz əməllər törətməyə təhrik edir.

Öz növbəsində, bu il yayda "PLoS ONE" jurnalında dərc olunan hesabatda göstərilir ki, internetdən asılılıq beynin strukturlarını dəyişdirmək və hətta boz maddənin quruması təhlükəsi yaradır. Yapon alimləri isə hələ 10 il bundan əvvəl xəbərdarlıq ediblər ki, videooyunlar yalnız beynin görmə və hərəkətə görə cavabdeh olan sahələrini stimullaşdırır. Bu zaman davranış, hisslər və öyrənmə ilə bağlı digər hissələr isə inkişafdan qalır.


Geri dön

BDU-telebesi

  • 16 oktyabr 2011 20:15
  • Məqalə: 1
  • Şərh: 565
  • Bal:
komp ziyandi ama onsuzda qalmaq ziyandida

--------------------
heyatin en cetin suallari aglin dusunduyunu amma ureyin cavablanmadira bilmediyi suallardir

L115A1

  • 16 oktyabr 2011 16:45
  • Məqalə: 12
  • Şərh: 1135
  • Bal:
{awards}
ne yalandeyim vallah men burda yazilanlari fasilesiz oxuya bilmedim gozlerim agradi gerey bir az kenara baxim sonra oxuyum qaldiki komputer oyunlarina men onlarsiz daha dogrusu onsuz yawaya bilmerem♥♥♥ *POINT BLANK*♥♥♥

qaldiki, bunu yazana sen guyam komputer arxasinda az vaxt kecirirsen meyer???? fellow

--------------------

Musique Sage

  • 16 oktyabr 2011 16:08
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
gozumde agridi getmek bir fikrim yoxdu

gozumde agridi getmek bir fikrim yoxdu

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 16
Cəmi: 33

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}