Zəncəfil xərçəngə qarşı qoruyucu təsirə malikdir

 
Zəncəfil xərçəngə qarşı qoruyucu təsirə malikdir

Mütəxəssislər sübut ediblər ki, zəncəfilli əlavələr bağırsaqları iltihabi markerlərdən qoruyur

Onlar belə qənaətə gəliblər ki, zəncəfilin kökündə olan hansısa maddə bağırsaq xərçənginin inkişafının qarşısını almağa qadirdir. Bu barədə "Web MD" yazır.

Miçiqan Universitetinin Tibb Məktəbinin əməkdaşı Suzanna Zik araşdırmanı şərh edib. "Bitki hüceyrələrinin nümunəsində bir çox elmi işlər göstərir ki, zəncəfil iltihab əleyhinə xassələrə malikdir. Aparılan təcrübələr zəncəfilin şişlərin əmələ gəlməsinə mane olduğunu göstərdi", - o deyib.

Tədqiqat zamanı 30 nəfərlik qrupdan ibarət könüllülər arasında sərbəst qaydada 2 qramlıq zəncəfil tozu və plasebo (boş dərman - psixoloji təsir nəticəsində fizioloji dəyişmənin müsbət müalicəvi effekti) paylayıblar. Onları dörd həftə ərzində hər gün yeməklə birgə qəbul etmək tapşırılıb. Başqa dərmanları qəbul etmək qəti qadağan olunub.

Bəzi adamlarda əlavə təsirlər qeydə alınıb. Həmin təsirlər sırasında mədə pozğunluğu, qıcqırma və köp nisbətən daha çox yer alıb. Tədqiqatdan əvvəl və sonra ekspertlər analiz üçün bağırsağın divarlarından nümunələr götürüblər. Götürülən nümunələr onlarda eykozanoidlər adlanan birləşmələrin mövcud olub-olmaması ilə bağlı yoxlanılıb. Onlar həzm sistemində iltihabı artırırlar.

Məlum olub ki, zəncəfil tozu qəbul edən adamlardan götürülən toxumalarda daha az bağırsaq markerləri mövcuddur. Həm də xroniki iltihabın xərçəng poliplərinin yaranması ilə əlaqədar olduğu da aşkar edilib.


Geri dön

PASYOLKOVSKY

  • 14 noyabr 2011 23:37
  • Məqalə: 37
  • Şərh: 530
  • Bal:
Teshekkurler

--------------------

BadZero

  • 29 oktyabr 2011 01:44
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
{awards}
Hmmm, maraqlı xbər üçün tşk

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

B.E.H.R.U.Z

  • 16 oktyabr 2011 20:17
  • Məqalə: 9
  • Şərh: 159
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------
Smack
Down Is My Life...Rey Mysterio Boyakaaaaa
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 8
Cəmi: 21

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}