Nikah Haqqında

 
Nikah Haqqında

Hər bir qadın hüquqlarını bildiyi zaman güclü olur
və özünü müdafiə edə bilir.
Nigahın bağlanma qaydası:
1) Nigah müvafiq icra hakimiyyət orqanı tərəfindən nigaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. 2) Xüsusi hallarda (hamiləlik,uşağın doğulması və s.) nigah ərizə verilən gün bağlana bilər. 3) Ər-arvadın hüquq və vəzifələri nigahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır.

Nigahın yaşı:

Nigah yaşı kişilər üçün 18 yaş, qadınlar üçün 17 yaş müəyyən olunur.Üzürlü səbəblər olduqda, nigaha daxil olmaq istəyən və nigah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nigah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Nigahın bağlanması üçün nigaha daxil olan şəxslərin yazılı razılığı və onların nigah yaşına çatmaları zəruridir.

Nigahın bağlanmasına mane olan hallar:

Kimlər arasında nigahın bağlanmasına yol verilmir? Yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (qardaş və bacılar)); övladlığa götürənlər və övladlığa götürülənlər; ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağallıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.

Nigaha daxil olan şəxslərin tibbi müayinəsi:

Nigaha daxil olan şəxslərin tibbi müayinəsi, habelə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların razılığı ilə yaşayış yerindəki dövlət və bələdiyyə tibb müəssisərlərində pulsuz həyəta keçirilir. Nigaha daxil olan şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir. Nigaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəbi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) olmasını o birindən gizlətdikdə, digər tərəf nigahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.

Ər və arvadın ailə münasibətlərində hüquq bərabərliyi:

Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad münasibətlərində bərabər şəxsi və əmlak hüququna malikdirlər. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərin əuygun olaraq birgə həll edilir. Ər (arvad) özünə məşğuliyyət, sənət və yaşayış yeri seçməkdə azaddır. Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar.

Ər-arvadın birgə mülkiyyəti:

Nigah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nigah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.


Geri dön

miss_sokaladka

  • 18 oktyabr 2011 08:59
  • Məqalə: 0
  • Şərh: 936
  • Bal:
HM MARALI XEBRDI MEN VDE QALMISAM KI

--------------------
Bir sabah oyandığında onun sənin üçün nə qədər dəyərli olduğunu
anlayacaqsan,amma o bunu artıq dərk etmiş oğlanın yanında oyanmış olacaq................................................

..:MeleK kiz:..

  • 17 oktyabr 2011 20:08
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
lap yaxsi wink

cox yaxsi wink

PELIN_ATABAY

  • 17 oktyabr 2011 09:36
  • Məqalə: 86
  • Şərh: 1637
  • Bal:
{awards}
guzel habere gore tewekkurler

--------------------

Sirli Melek

  • 17 oktyabr 2011 09:36
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
DƏYƏRLİ MƏLUMATLARDIR

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Inciciceyi

  • 17 oktyabr 2011 08:37
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Maraqi yaziya gore twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Russiya_girl

  • 17 oktyabr 2011 00:03
  • Məqalə: 2
  • Şərh: 783
  • Bal:
{awards}
maraqlidi uctyom

FLY TIME

  • 16 oktyabr 2011 22:39
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
{awards}
xebere gore twk.

Мой Мир

  • 16 oktyabr 2011 22:12
  • Məqalə: 722
  • Şərh: 5996
  • Bal:
{awards}
allah butun subaylara toy qismet elesin amin evlenenleride xosbext elesin xebere gorede twk edirem saqol

--------------------
∞♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 60
Cəmi: 76

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 481
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 43
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}