Lampa haqqında nə bilirik?

 
Lampa haqqında nə bilirik?

Lampa sözü yunan dilindəki "lampas" bəzən buna "lampados" da deyirlər və fransız dilindəki "lampe" sözlərindən alınmışdır. Mənası "məşəl" və ya "çıraq" deməkdir. Neft lampası ( 18-ci əsr ), qaz lampası ( 19-cu əsr ) və elektrik lampası ixitira edilənə qədər lampa gildən hazırlanır və içərisinə birki və ya heyvan yağı ilə yanan fitil yerləşdirilirdi. 19-cu əsrdə isə iki növ elektrik lampası geniş yayılmışdı: közərmə lampası və qövs lampası. Əllə təmizlənən ilk qövs lampasını 1844-1846-cı illərdə fransız fiziki Jan Fuko ( 1819- 1868 ) ixtira etmişdi. Fuko qövs lampası ilə Paris meydanlarından birini işıqlandırmışdı. Cərəyan mənbəyi kkimi güclü batareyadan istifadə edilmişdi. Qövs lampası həddindən artıq parlaq işıq mənbəyi olduğu üçün o, məişətdə geniş tətbiq edilmədi. Közərmə lampası isə hər cəhətdən əlverişli idi. Hər şeydən əvvəl onun quruluşu çox sadə idi. Nazik metal teldən axan cərəyan onu yüksək tempratura qədər qızdırır ( təqribən 3000 C dərəcə ) və o közərərək işıq saçmağa başlayırdı.

İlk dəfə 1820-ci ildə fransız alimi Delaryu teli platindən hazırlanmış belə bir lampanı nümayiş etdirdi. Ancaq ondan sonra 50 ildən çox bu lampadan istifadə olunmadı. Çünki tel üçün əlverişli olan ucuz metal tapılmırdı. Bu tarixdən sonra da lampalarla bağlı müxtəlif təcrübələr aparılırdı. Ancaq bu lampaların ömürləri çox qısa olduğu üçün qısa bir vaxtda unuduldu. 1879-cu ildə məşhur ABŞ ixtiraçısı Tomas Edison ( 1847-1931 ) elektrik lampasını təkmilləşdirdi və " kütləvi istehsal üçün " yararlı olan uzunömürlü lampa ixtira etdi. Şüşə balonda havanın az olduğu mühitdə kömürləşmiş karbon liflərindən ibarət tel közərirdi. Nəticədə daha parlaq və uzunömürlü Edison lampaları meydana çıxdı. Edisonun bu kəşfindən 3 il sonra Nyu-York küçələri artıq onun lampaları ilə işıqlandırılırdı. Üstəlik, bu, Edisonun minlərlə kəşfindən biri olsa da, onun ən böyük kəşfi kimi tarixə düşdü.

Hazırda elektrik lampalarında tel kimi çətin əriyən vı 3385 C dərəcədə közərən volfram metalından istifadə olunurş Digər tərəfdən, közərmə lampalarının özü də müxtəlif növlərə ayrılır. Bunlar uyğun olaraq, vakuum lampaları, arqon lampaları, kripton lampaları, ksenon lampaları, hallogen lampaları və s. - dir. 20-ci əsrdə isə közərmə lampalarından fərqli olaraq lüminessent lampaları ixtira olundu. Bu lampalar közərmə lampaları ilə müqayisədə həm az enerji sərf edir, həm də uzunömürlüdür.

Bunları bilirdinizmi?

1. Tomas Edisonun icad etdiyi ilk lampaların ömrü təqribən 40 saat idi.

2. Lampanı icad edən Tomas Edison qaranlıqdan qorxurdu.

3. Kaliforniya ştatının Livermor şəhərindəki 60 vatlıq bir lampa artıq yüz on ildir ki, fasiləsiz yanır.

4. 10 milyon arının sərf etdiyi enerji ancaq 100 vatlıq lampanın sərf etdiyi enerji qədərdir.

5. Adi bir lampanı hazırlamaq üçün ən azı 7 metal lazımdır.


Geri dön

B.E.H.R.U.Z

  • 17 oktyabr 2011 08:51
  • Məqalə: 9
  • Şərh: 159
  • Bal:
hamisini oxya bilmedim bir ikisini oxudum maraqlidir.twk

--------------------
Smack
Down Is My Life...Rey Mysterio Boyakaaaaa

... Deryam ...

  • 16 oktyabr 2011 23:43
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
Maraqlı məlumatlarıydı laughing

--------------------

kiss love

  • 16 oktyabr 2011 23:39
  • Məqalə: 4
  • Şərh: 1284
  • Bal:
{awards}
bunlari hamisini bilmirdim melumata gore twk

--------------------

Musique Sage

  • 16 oktyabr 2011 22:15
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
hec birini bilmirdim

hec birini bilmirdim

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 61
Cəmi: 93

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 6
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}