Mükəmməl insan necə olar?

 
Mükəmməl insan necə olar?

Bir kimsə Rəsulullahdan nəsihət istədikdə (Qızma, əsəbiləşmə) buyurdu. Bir neçə dəfə yenə istədilər.Hamısına da (Qızma, əsəbiləşmə) buyurdu. (Buxari)

Mükəmməl insan necə olar?

Bəzi xüsusiyyətləri bunlardır: Gülər üzlü, şirin dilli, doğru sözlüdür. Hirslənməz, hirslənsə də zərərli iş etməz. Son dərəcə təvazökardır. Özünə müraciət edən hər kəsi dinlər və imkan tapdıqca kömək edər. Təmkinli, nəzakətli, ciddi, şərəflidir. Ailəsini və vətənini sevər. Ana atasına, müəlliminə, komandirinə qarşı hörmətlidir. Qumar oynamaz, narkotik istifadə etməz, sərxoş olmaz, yalan danışmaz, oğurluq, qəsb etməz, kimsənin haqqına təcavüz etməz. Heç kimin canına, malına, ismətinə toxunmaz. Həsəd aparan deyil. Başqasının zərərinə sevinməz. Onlara qarşı kin saxlamaz. Üç gündən çox hirsli dayanmaz, küsməz. Yumşaqdır, lakin passiv deyil. Əliaçıqdır, xəsis deyil. Dedi-qodu etməz. Sözündə durar kimsəyə yuxardan aşağı baxmaz, onlara zülm etməz. Xainlik etməz. Saxtakar deyil. Fitnə çıxarmaz, üzr istəyəni bağışlayar. Vaxtını boş keçirməz. Lazımsız şeylərlə məşğul olmaz. Ancaq faydalı şeylərlə məşğul olar. Yuxarıdakı əmr və qadağalar yalnız İslamiyyətdə vardır. Müsəlman, bu əmr və qadağalara uyduğu ölçüdə mükəmməl insandır. Tam uya bilsə mükəmməlliyi də tam olar. Allahın övliya qulları belədir. İslam dini qədər, açıq və məntiqi heç bir din yoxdur. Bu dinin əsasını anlayan, sevən və tətbiq edən bir kimsə, dünya və axirətdə xoşbəxt olar. Əgər bütün insanlar, İslam əxlaqı üzrə yaşasalar, dünyada nə pislik, nə hiylə, nə döyüş, nə şiddət və nə də zülm qalardı. Bunun üçün, mükəmməl bir insan olmağa cəhd göstərmək lazımdır. Yuxarıdakı xüsuslar İslamiyyətin əmrləridir. Yaxşı insan, yaxşı əxlaqlı insan deməkdir. Hədis-i şəriflərdə buyurulur ki:

(Əxlaqınızı gözəlləşdirin.) [İbni Lal]

(Sizin iman tərəfindən ən gözəliniz, əxlaq tərəfindən ən gözəl olanınızdır.) [Hakim]

(Mən gözəl əxlaqı bildirmək üçün göndərildim.) [Beyheki]

(Gözəl əxlaq, səndən kəsilən qohumu ziyarət etmək, sənə verməyənə vermək, sənə zülm edəni bağışlamaqdır.) [Beyheki]

(Din, gözəl əxlaqdır.) [Deylemi](Ən fəzilətli mömin əxlaqı ən gözəl olandır.) [Tirmizi]

(Mallarınızla hər kəsi məmnun edə bilməzsiniz. Gülər üz və şirin dil ilə, gözəl əxlaqla məmnun etməyə çalışın!) [Hakim]

(Yumşaq davran! Sərtlikdən qaç! Yumşaqlıq insanı bəzər, çirkinliyi aradan qaldırar.) [Müslim]

(Ən yaxşı kimsə, xasiyyəti ən gözəl olandır.) [Buxari]

(Yumşaq xasiyyətli kimsəyə, dünya və axirət yaxşılıqları verilmişdir.) [Tirmizi]

(Xalqa asanlıq, yumşaqlıq göstərən Müsəlmanın Cəhənnəmə girməsi haramdır.) [İ. Əhməd]

Bir kimsə Rəsulullahdan nəsihət istədikdə (Qızma, əsəbiləşmə) buyurdu. Bir neçə dəfə yenə istədilər.Hamısına da (Qızma, əsəbiləşmə) buyurdu. (Buxari)



Gözəl əxlaq haqqında İslam alimləri buyurur ki: Hər binanın bir təməli vardır. İslamın təməli də gözəl əxlaqdır. Gözəl əxlaq; gülər üzlülük, təvazökarlıq və kimsəni üzməmək deməkdir. Gözəl əxlaqın ən azı, məşəqqətlərə sinə gərmək, etdiyi yaxşılıqlardan qarşılıq gözləməmək, bütün insanlara qarşı şəfqətli olmaqdır. Gözəl əxlaq, Yaradandan ötəri, yaradılanları xoş görüb, onların əziyyətlərinə səbrdir. Bir müsəlmana çatılmış qaşla baxmaq haramdır. Hər kəsə qarşı gülər üzlü olmalıdır. Qısacası Müsəlman, həsrəti çəkilən insan deməkdir.

( dini bilgiler (anonim yazı))


Geri dön

... Deryam ...

  • 20 oktyabr 2011 20:45
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
ALLAH HƏR KƏSƏ GÖZƏL ƏXLAQ SAHİBİ OLMAĞI QİSMƏT ELƏSİN . . .

--------------------

CeNNeT_MeLeYi

  • 17 oktyabr 2011 22:31
  • Məqalə: 0
  • Şərh: 169
  • Bal:
{awards}
cox cox sagolun

--------------------
·.¸¸.·´¯`·.¸¸.¤.¸¸.·´¯`·.¸¸..·´
♥♥(¯`·•.¸_♥♥_¸.•·´¯)♥♥
♥♥–=CeNNeT_MeLeYi=–♥♥
♥♥(_¸.•·´¯♥♥¯`·•.¸_)♥♥
.·´¯`·.¸¸.·´¯`¤´¯`·.¸¸.·¯`·.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 25
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 89
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 409
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}