Bənzərsiz mükafat

 
Bənzərsiz mükafat

Dünya şöhrətli saat firmalarından biri vaxtilə yeni modelə məxsus yalnız bir nüsxə saat istehsal etmişdi. Firma öz nadir məhsuluna 100 milyon dollar qiymət qoyaraq onu bu cür reklam etmişdi: "Bu nadir saatı qoluna taxacaq şəxs ondan başqa heç kəsdə belə bir saat olmadığını düşünərək hədsiz sevinəcək. Həqiqətən, bir saatın yalnız sizə məxsus olduğunu bilmək xoş deyilmi?"

Bir qədər dərin düşünsək, Allah-təalanın hər birimizə bu cür nadir və bənzərsiz mükafat verdiyinin şahidi olarıq. Bəli, bəşəriyyətin hər fərdində elə bir xüsusiyyət vardır ki, ondan başqa heç kimdə eynilə bu xüsusiyyət yoxdur. Bu xüsusiyyət hər birimiz üçün ilahi mükafatdır.

Bənzərsiz mükafat

Həmin mukafatın nədən ibarət olduğunu bilmək üçün səbrsizliklə gözləyirsiniz, deyilmi? Elə isə ovcunuzu açın və barmaqlarınızın ucuna baxın. İnsanın barmaqlarının ucundakı cizgilər mütləq mənada fərqlidir və təkraredilməzdir. Heç kəsin barmağının cizgiləri başqasınınkı ilə eyni deyildir. Həzrət Adəmdən (ə) başlayaraq indiyə kimi gəlib-getmiş, habelə bundan sonra yaşayacaq bütün insanların barmaq izləri müxtəlifdir.

İnsanın bu xüsusiyyəti yalnız ötən əsrdə Qərb alimləri tərəfindən kəşf olunaraq həyatda öz tətbiqini tapmışdır. 100 ildən artıqdır ki, bəzi inkişaf etmiş ölkələrdə hər insanın şəxsiyyətini təsdiq etmək üçün nə pasport, nə fotoşəkil, nə səs testi deyil, yalnız barmaq izləri əsasında tanıma metodu tətbiq olunur. Ən dolaşıq elm sahələrindən sayılan kriminologiya və cinayət-istintaq ekspertizasında cinayətkarların tanınması üçün bu üsuldan müvəffəqiyyətlə istifadə edilir.

Bənzərsiz mükafat

Əsası isə budur ki, elm tərəfindən XIX əsrdə kəşf olunmuş bu nailiyyət vaxtilə Qurani-Kərimdə elan olunmuşdu. "Qiyamət" surəsinin 3-4-cü ayələrində buyurulur: "Məgər insan elə guman edir ki, qiyamət günü onun sümüklərini bir yerə yığa bilməyəcəyik?! Bəli, biz onu barmaqlarının ucuna kimi yenidən yaratmağa qadirik".

Ayədən göründüyü kimi, insanın xilqətinin ən çətin mərhələsi kimi barmaqların ucunun yaradılması, yəni barmaq uclarındakı cizgilərin bənzərsizliyinin təmin edilməsi xatırlanır. Heç bir elm buna qadir deyildir. Bu, yalnız uca Yaradana müyəssər olan bir qüdrətin əlamətidir.

Bənzərsiz mükafat


Geri dön

... Deryam ...

  • 20 oktyabr 2011 20:52
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
Qərb alimləri kəşflərini islamdan öyrənir ...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 18
Cəmi: 34

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}