Vəhy Nədir?

 
Vəhy Nədir?

Ərəb dilinin ən əsrarəngiz kəlmələrindən biri olan "vəhy" kəlməsi “vhy” felinin məsdəri olub gizlicə və sürətlə danışmaq, əmr etmək, eyham və işarə etmək, elçi göndərmək, birinə xitab etmək, pıçıldamaq, səslənmək, məktub yazmaq və ilham almaq kimi bir çox mənalara sahibdir. Yuxarıda saydığımız mənalara baxsaq, “vəhy”in mənasının üç əsas istiqamətdə istifadəsini görəcəyik:
a) İstər əmr, istər eyham və işarə, istərsə də sözlü olsun – İkinci bir varlıqla əlaqə qurmaq
b) Bu əlaqədəki gizlilik; pıçıldamaq və məlumatın səssiz olması
c) Sürətlilik və temp.

Qurani Kərimdə vəhy kəlməsi əsasən Allahın dilədiyi əmrləri insanlar arasından seçdiyi elçilərə (peyğəmbərlərə) bildirməsi mənasında istifadə olunmuşdur. Yəni vəhy ilahi məlumatlardır. Bununla yanaşı vəhy, bir çox başqa mənalarda da istifadə olunmuşdur: onları cansız varlıq, heyvan, mələk və insan olaraq təsbit etmək mümkündür.
Bundan başqa bu söz, Quranda Allaha aid bir fel olaraq istifadə edildiyi kimi, Allahdan başqası üçün də istifadə edilmişdir. Bu səbəblə lüğət mənasına görə vəhy anlayışı: İlahi və qeyri İlahi vəhy şəklində iki növ olaraq təsbit edilir.

Məsələn:

"Zəkəriyyə, məbəddən qövmünün qarşısına çıxaraq onlara: “Səhər- axşam Allahı təsbih edin” deyə vəhy etdi." Bu ayədə, vəhy sözü eyham və işarə mənasında istifadə edilmişdir. (Məryəm, 19/11),

"Biz beləcə hər peyğəmbərə insan və cin şeytanlarını düşmən etdik. Onlar aldatmaq məqsədiylə bir-birlərinə cazibəli sözlər vəhy edərlər." (əl-Ənam, 6/112.) Burada haqqında danışılan vəhy sözü, pıçıldamaq, gizlicə söyləmək mənasındadır.


İlahi Vəhy

"Allah beləcə onları, iki gündə yeddi göy olaraq yaratdı və hər göyə vəzifəsini vəhy etdi." (Fussilət, 41/12.)

"Yer üzü o şiddətli sarsıntı ilə sarsıldığı, içindəki ağırlıqlarını çıxarıb çölə atdığı və insan: "Bu yerə də nə olur?" dediyi zaman, məhz o gün yer üzərində olub bitən hər şeyi danışacaq. Çünki Rəbbin ona vəhy etmişdir" (Zilzal, 1-5).

Təşrii Vəhy: İnsanlıq içindən seçilən peyğəmbərlər vasitəsiylə, insanların və cinlərin dünya və axirət həyatlarının xoşbəxtliyi üçün prinsiplər qoyan ilahi mesajlardan ibarətdir. Buna həqiqi vəhy də deyilər. Həqiqi/təşrii vəhy anlayışı; Allah tərəfindən peyğəmbərlərə vasitəli və ya vasitəsiz olaraq çatdırılan vəhy" olaraq da anlaşıla bilər.

Hz. Peyğəmbərə (s.ə.s.) vəhyin gəlişi, dəyişik şəkillərlə həyata keçmişdir.

a. Röyada:

Hz. Aişənin söylədiyinə görə Hz. Peyğəmbərə (a.s) gələn ilk vəhy, yuxu şəklində təzahür etmişdir. Hz. Peyğəmbərin (a.s) gördüyü yuxular səhərin aydınlığı kimi gerçəkləşərdi. (Buxari, Bədul-vahy, 3.)

b. Hz. Cəbrayılın görünmədən vəhy gətirməsi:

Bəzən Hz. Peyğəmbər (ə.s) oyanıq ikən, mələk görünmədən vəhyi onun qəlbinə yerləşdirərdi. Buna bir növ təşrii ilham da deyilə bilər. Çünki haqqında danışılan vəhy, Quranın bir ayəsi olmaya da bilərdi. Lakin bununla yanaşı o yenə də təşrii bir mesaj ehtiva edirdi. "Ruhul-Qudüs qəlbimə bu sözü pıçıldadı: Heç bir nəfs ruzisini tamamən almadıqca ölməz. Elə isə Allahdan çəkinin, ruzinizi gözəl və qanuni yollardan axtarın" (İtkan, I/59) hədisi şərifi vəhyin bu növünə işarə etməkdədir.

c. Hz. Cəbrayılın insan surətinə girərək vəhy gətirməsi (Buxari, Bədul-Vahy, 2).

İman, islam və lütfkarlıqdan bəhs edən məşhur Cəbrayıl hədisi, bu növ vəhyin bir nümunəsidir. (Buxari, İman, 57)

d. Mələyin zəng səsinə bənzər bir səslə xitab etməsi:

Hz. Aişənin bildirdiyinə görə, Əfəndimiz (ə.s) belə buyurmuşdur: "Bəzən mənə zəng səsinə bənzər bir səslə xitab edilir. Bu mənə ən ağır gələn vəhy şəklidir. Mələk məndən ayrılıb gedərkən, mən də gələn vəhyi tamamilə hifz etmiş oluram." (Buxari, Bədul-Vahy, 2).

"Allahın vəhylə və ya pərdə arxasından, yaxud bir elçi göndərib ona Öz icazəsiylə dilədiyi şeyi vəhy etməsindən başqa bir surətlə danışması heç bir insana müyəssər olmaz. O ucadır, hikmət sahibidir" (Şura, 42/51) ayəsində vəhyin üç şəklinə vurğu vurulduğu kimi, vasitəli / vasitəsiz vəhy növlərinə də işarə edilmişdir.

"Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. Və İbrahimə, İsmayıla, İshaqa, Yaquba, İsaya, Eyyuba, Yunusa, Haruna və Süleymana da vəhy etdik. Davuda da Zəburu verdik." ( Nisa, 4/163) ayəsi həqiqi vəhyin bütün peyğəmbərlər üçün ortaq bir dəyər olduğunu göstərir.

Vəhyin həqiqəti / Vəhy Mesajının Məqsədi:
"Cinləri və insanları yalnız Məni tanıyıb, Mənə qulluq etsinlər deyə yaratdım" (Zariyat, 51/50) ayəsində ifadə edildiyi kimi Allahı Özünü tanıtmaq üçün və niyə məhz Ona ibadət etməyimizin vacibliyini vurğulamaq üçün insanla danışmış, ona vəhy endirmişdir. Allah bizi yaratmaqla kifayətlənməmiş, kəlamı ilə də Özünü tanıtmışdır.

Vəhyin məqsədi:
İnsan mərkəzli bir həyat.
İman mərkəzli bir insan.
Elm mərkəzli bir iman.
Həqiqət mərkəzli bir bilgi.

Vəhyin tərifi:
Vəhy, doğru ilə yanlışı bir-birindən ayıran öyüd, nəsihət, xəbərdarlıq, müjdə, rəhbər, bələdçi... bir sözlə elmin ana qaynağıdır. Yolunu azana yol göstərir, hidayətə çatmaq istəyəni hidayətə qovuşdurur. Vəhy insanın yaşadığı, yaşamadığı, yaşayacağı bütün təcrübələri ehtiva edir. Vəhy həm keçmiş, həm indiki, həm də gələcək zamanı özündə əks etdirir. İnsan kimdir? Nədən yaradılıb? Niyə yaradılıb? Hara gedəcək? Bütün bu sualların cavabını yalnız vəhylə öyrənə bilərik.

Vəhyin inşa üsulu:
1. Məfhumlarla təsəvvürü inşa.
2. Təklif və hökümləriylə ağlı inşa.
3. Tarixi örnək və qissələrlə şəxsiyyəti inşa.
4. Təfəkkürlə həyatı inşa.

Bütün bəhanələrə son:
“Biz bundan xəbərsizdik” deyə bilməyək deyə ALLAH bizə vəhyi və peyğəmbəri göndərdi. Vəhy imanla bağlı heç bir bəhanəni qəbul etmir. Çünki ağıl doğru istifadə edildiyində, vəhy olmasa da bir yaradıcının varlığını qavramağa uyğun olaraq yaradılmışdır.

Vəhy bizə nə verdi:
1. Məsuliyyət şüuru. Allahlı bir həyat. Vəhy bizdə görən Allah təsəvvürünü formalaşdırdı.
2. Təfəkkürü öyrətdi.
3. Ağıldan doğru istifadə etməyi, hisslərimizi idarə etməyi öyrətdi. Xüsusi ilə sevgidə, ümiddə, qorxuda tövhidi öyrətdi.
4. Əsas bilginin qaynağıdır. Həqiqi elmi və elmin dəyərini öyrədir. Batil bilgini yox edər. Biliyin məqsədi bizə hikməti öyrətməkdir. Hikməti qavraya bilməyən bilgi elmə dönə bilməz. Həqiqət bilinməyənlər deyil, hər ağıl sahibinin qavrayacağı, anlayacağı şeylərdir.
5. Doğru davranışı öyrətdi. Vəhy bizdə ictimai şəxsiyyəti və ümmət anlayışını formalaşdırır.
6. Vəhy insana üsul və üslub öyrədir. Hədəfi dəqiq bəlli edib, ona doğru yeriməyi, böyük hədəfə kiçik, lakin davamlı addımlarla başlamağı öyrətdi.
7. Ən əsası vəhy insana DİK dayanmağı, Allahdan başqasının qarşısında ƏYİLMƏMƏYİ öyrətdi.


Geri dön

... Deryam ...

  • 20 oktyabr 2011 20:37
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
ÇOX GÖZƏL VƏ LAZIMLI BİR XƏBƏRİYDİ ALLAH RAZI OLSUN

--------------------

RUFET_KERIMOV

  • 17 oktyabr 2011 23:20
  • Məqalə: 0
  • Şərh: 241
  • Bal:
{awards}
VALLAH DUZUNE DESEM BILMEDIM AMMA YENEDE TEWEKKURLER

--------------------
afto_xuliqan....10-kk-517

RADUQA

  • 17 oktyabr 2011 23:10
  • Məqalə: 17
  • Şərh: 638
  • Bal:
{awards}
COX SAQOL....TANRI HER ZAMAN YARDIMCIN OLSUN....HAQQ YOLUNDA HAQQA CATMAQ SENE KOMEK OLSUN...

--------------------
MENI OZUNE BENZETDIN.....AMMA OZUN SANMADIN ....!!!!!!!

CeNNeT_MeLeYi

  • 17 oktyabr 2011 22:06
  • Məqalə: 0
  • Şərh: 169
  • Bal:
{awards}
cox sagolun

--------------------
·.¸¸.·´¯`·.¸¸.¤.¸¸.·´¯`·.¸¸..·´
♥♥(¯`·•.¸_♥♥_¸.•·´¯)♥♥
♥♥–=CeNNeT_MeLeYi=–♥♥
♥♥(_¸.•·´¯♥♥¯`·•.¸_)♥♥
.·´¯`·.¸¸.·´¯`¤´¯`·.¸¸.·¯`·.

N.M

  • 17 oktyabr 2011 16:27
  • Məqalə: 0
  • Şərh: 150
  • Bal:
{awards}
xebere gore cox sagol dostum

_Yaxsiliq Meleyi_

  • 17 oktyabr 2011 14:06
  • Məqalə: 14
  • Şərh: 364
  • Bal:
{awards}
Allah razı olsun senden.Gözlerin hemişe nura qerq olsun

--------------------
Dünya özünü təzə gəlin kimi göstərərək insanı aldadan,lakin həqiqətdə sehirbaz bir qarıdır.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 12
Cəmi: 42

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 545
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 92
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 391
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}