ӘLI ӘLEYHISSALAMIN XӘLIFӘ SEÇILMӘSI
Qüdrət və vəzifəyə çatmaq üçün islamı qəbul edən və özlərini Peyğəmbərlə birlikdə göstərməyə çalışanlar, xəlifəliyi Bəni Haşim nəslindən almaq üçün gizli yığıncaqlar keçirirdilər.
Onlar planlarını həyata keçirməkdən ötrü münasib bir fürsətin sorağında idilər. Çünki bilirdilər ki, qarşılarında olan şəxsin islama xidmətlərini hamı təsdiqləyib. Peyğəmbər onun haqqında tövsiyə edib və Qədiri-xum günündə hamı ona bey᾽ət edibdir. Peyğəmbərin (s) vəfatından sonra həmin planlar ardıcıl surətdə həyata keçirilməyə başlamışdı. Belə ki, həzrət Әli əleyhissalamı, o yüksək şəxsiyyəti susmaq məcburiyyətində qoymuşdular. Çünki o, təkcə islamı düşünür, məqam və vəzifəyə meyl göstərmirdi. Әgər məsələni qılıncla həll etməyə cəhd etsəydi, düşmənlərinin arzusunu yerinə yetirmiş olacaqdı. Yə᾽ni islamdan heç bir əsər qalmayacaqdı.

Әli (ə) və Fatimənin bu hadisələr qarşısında sükut etməsi, xüsusən də Osmanın hakimiyyətinə nüfuz etmiş Әməvi dövlət adamlarının vəzifələrindən sui-istifadə etmələri və ədalətsiz rəftarları xalqı ayıltmışdı və artıq hamı başa düşmüşdü ki, islam xəlifəliyi siyasətçilərin əlində oyuncağa çevrilibdir ki, Allah ilə Peyğəmbərin istəyi isə bu deyildir.
Nəhayət xalqın narazılığı ən yüksək zirvəsinə çatdığından inqilab qığılcımı xalq kütlələrinin ürəyində alovlanmağa başlamışdı.
Vəziyyətdən bezmiş xalq coşqun bir sel kimi Osmanın evinə tərəf axıb onu qılıncdan keçirmişdilər.
Xalq o qədər coşmuşdu ki, həzrət Әli əleyhissalamın Osmanın canını qurtarmaq üçün göndərdiyi imam Həsən (ə) və imam Hüseyn əleyhissalamın sözünə də qulaq asmamışdılar. Camaat qılınclarından qan damarkən və həyəcan odunda yanarkən həzrət Әli əleyhissalamın evinə tərəf axışıb böyük bir məhəbbət və sevinclə onu özlərinə tərəf çəkib bey᾽ət etdilər və beləliklə, onu özlərinə xəlifə və rəhbər seçdilər.

ӘLI ӘLEYHISSALAMIN HÖKUMӘTI NӘ ÜÇÜN MӘĞLUBIYYӘTӘ UĞRADI?
Həzrət Әli əleyhissalam xalqla bey᾽ət etdiyi vaxt belə demişdi: «Mən haqqa əməl edəcəyəm və dinimi kimsənin dünyasına satmayacağam. Dəlilsiz heç kimi vəzifə başına qoymayacağam. Təkcə onların keçmiş xidmətlərini nəzərdə tutacağam. Әgər mə᾽murlarım xəta etsələr, onları bağışlamayacaq dərhal vəzifələrindən azad edəcəyəm. Heç bir məzəmmətdən qorxmayıb qətiyyətlə rəftar edəcəyəm. Beytül-malı hətta öz oğluma belə dəlilsiz verməyəcəyəm.» Amma təəssüflə həzrət Әli əleyhissalamın ədalətli hökumətini dünya malına düşkün olanlar bəyənməmişdilər. Onlar ilk addımda belə həzrət Әli əleyhissalamı tək qoyub əleyhinə üsyan etməyə başladılar. Təlhə və Zübeyr Osmanın intiqamını almaq üçün Mədinəyə gedib Ayişəni bu işə qol qoyması üçün təhrik etmişdilər. Onlar vaxtilə Peyğəmbərin həyat yoldaşı olan Ayişənin mövqeyindən istifadə edərək böyük bir qrupu öz ətraflarına yığıb qoşun ilə həzrət Әli əleyhissalama həmlə etmişdilər.
Çünki onlar axmaq adamlara demişdilər ki, guya Osmanın qatili Әlidir. Həmin hadisənin nəticəsində minlərlə müsəlmanın qanı tökülmüşdü və törədilən günahlar da Әli əleyhissalamın boynuna yıxılmışdı. Bu hadisədən sonra Әli (ə) tərəfindən vəzifəsindən azad olunan hiyləgər Müaviyə bu fürsətdən səmərəli istifadə etmək üçün vəziyyəti münasib görən kimi Şamda qiyam edib həzrət Әli əleyhissalama qarşı müharibə e᾽lan etmişdi.
Həmin müharibələr Әli (ə) ordusunda xaricilər adlı bir qrupun meydana gəlməsinədək davam etmişdi. Bu qrup nə Әli (ə), nə Müaviyə, nə də Әmr ibni Ası xəlifəliyə layiq görürdü. Onlar hökm yalnız Allahındır şüarı altında qiyamt etmək istəyirdilər. Nəhayət həzrət Әli əleyhissalamı şəhid etdilər. Amma Müaviyə və Әmr ibni Ası öldürə bilmədilər. Beləliklə Әli əleyhissalamın hökuməti məğlubiyyətə uğrayaraq o həzrətin özü də ədalətinin qurbanı oldu. Yə᾽ni əgər Әli (ə), Müaviyə kimi, hiylə ilə hökumət etsəydi, heç kim onu öldürməyə cəhd edə bilməzdi.

HӘZRӘT ӘLI ӘLEYHISSALAMIN ŞӘHADӘTI
Nəhrəvan müharibəsindən sonra xaricilər adlı bir dəstə Məkkədə hər gün yığıncaqlar təşkil edib Nəhrəvanda ölənlər üçün ağlayırdılar. Bir gün onlar öz aralarında belə bir fikrə gəldilər ki, oturub ağlamağın mə᾽nası yoxdur. Islam hökumətini devirib qardaşlarımızı öldürən adamları məhv etməliyik. Әvvəlcə Әli, Müaviyə və Әmr ibni Ası öldürmək lazımdır. Bu üç nəfəri öldürmək üçün könüllülər tələb olunduqda ibni Mülcəm (lə᾽) ayağa qalxıb «mən Әlini öldürəcəyəm» dedi. Daha sonra Әmr ibni Bəkri Təmimi «mən də Әmr ibni Ası öldürəcəyəm» söylədi. Bir başqası da Müaviyəni öldürməyi öz öhdəsinə aldı.
Onların üçü də and içib mübarək Ramazan ayının 19-u planlarını həyata keçirmək üçün münasib vaxt bildilər. Sonra isə qərarlaşdıqları günü gözləmək üçün öldürəcəkləri adamların yaşadıqları şəhərlərə yollandılar. Təəssüflər o iki nəfər işlərində müvəffəq olmadılar, amma Ibni Mülcəm (lə᾽) müvəffəq oldu.
Ibni Mülcəm (lə᾽) Kufəyə gəlib Әli əleyhissalamın düşmənləri ilə əlaqə yaradaraq Ramazan ayının 19-cu gününə qədər onların evində qaldı.
Bir gün Әli (ə) Kufə küçələrindən birində onunla qarşılaşdı. Ibni Mülcəm (lə᾽) özünü gizlətmək istədisə də Әli (ə) onu görüb belə buyurdu: «Kufəyə nəyə gəldiyini bilirəm».

Bu sözləri eşidən Ibni Mülcəm (lə᾽) qorxdu və ayaqları titrəməyə başladı. həzrət Әli əleyhissalama belə dedi: Onda ey Әli əmr et ki, məni öldürsünlər ya zindana atsınlar, ya da sürgün etsinlər».
Әli (ə) ona baxıb belə dedi: «Bu üç təklifdən hər birini sənin haqqında tətbiq edə bilmərəm. Amma islam dini öldürmə və cinayətdən qabaq qisası rəva görməz. Səni sərbəst buraxıram ki, bəlkə fikrindən dönəsən».
Nəhayət hicri 40-cı ilin Ramazan ayının 19-da Ibni Mülcəm (lə᾽) namazda səcdə halında olan həzrət Әli əleyhissalamın başına zəhərli bir qılıncla vurdu. Bununla da təqva və iman dağını yıxıb həzrət Әli əleyhissalamı şəhid edərək islam dünyasını matəmə qərq etdi. həzrət Әli əleyhissalamın mehrabdakı «And olsun Allaha ki, artıq qurtuldum» səsinin dalınca mələk Cəbrailin səsi yüksəldi: «Vallahi, hidayət sütunları yıxıldı və Әli şəhid edildi.» Camaat Әli əleyhissalamın qatilini tutub imam Həsən-Müctəba əleyhissalama təhvil verdilər. Imamın yaralı bədənini isə öz evinə apardılar.
Imam Әli (ə) öz qatili barəsində oğlu Həsənə belə buyurdu: «Oğlum! Mənim qatilim olan bu adama xörək və su verin. Onu sərbəst buraxmayın. Әgər diri qalsam, ona nə edəcəyimi bilirəm. Amma əgər ölsəm, ona bir qılınc zərbəsindən artıq vurmayın.»
Amma əfsus ki, Әli (ə) daha yaşamadı. Və Ramazan ayının 21-də, 63 yaşında əbədiyyətə qovuşdu. Onun pak bədəni gizlin şəkildə Nəcəfi-əşrəf şəhərində torpağa tapşırıldı.

IMAMDAN QISA KӘLAMLAR
1. Mö᾽min sifətli cahillərdən çəkinin. Çünki onlar Allahdan qorxmurlar.
2. Allaha and olsun ki, məni mö᾽mindən başqa heç kim
sevməz və münafiqdən başqa heç kim mənə düşmənçilik etməz.
3. Dünyadan istifadə edin! Dünyadan ən yaxşı istifadə günahdan çəkinməkdir.
4. Allah yanında namazdan xeyirli və yüksək bir əməl yoxdur.
5. Müsəlman müsəlmanın aynasıdır. Әgər bir müsəlman səhv etsə, xoşluqla ona nəsihət edib, yol göstərin.

Əfsanə olmaq istəyən bizimlədi ...
Sənin musiqi zövqün ...
Fikrini bizimlə paylaş ...
Söhbətə qoşul, yeni dostlar tap ...
Mobil əyləncə dünyan ...
Description