Tanınmış müğənni Rəqsanənin müxtəlif KİV-lərdə sevgilisi ilə birlikdə şəkilləri peyda olandan sonra hər kəs onun kimliyilə maraqlanmağa başladı.
Day.Az saytına istinadən bildirilir ki, ATV telekanalının "ATV magazin" verilişinə açıqlama verən Rəqsanə xanım sevgilisindən danışıb.
"Azərbaycanlıdır, biznesmendir. Ümumiyyətlə, "yeni sevgili" sözünü sevmirəm. Çünki insanın həyatında sevgi bir dəfə olur. Bu adam mənim ilk və son məhəbbətimdir. Bir dəfə ərə getdim, amma bu, keçmişdə qaldı. Əsas odur ki, münasibətlərimiz yaxşıdır.
"Nikaha ehtiyac yoxdur. Mənə bu kifayətdir. Əsas odur ki, ürəyimiz bir olsun", - müğənni gülərək əlavə edib.
Rəqsanə həmçinin deyib ki, qızlarının onun sevgilisindən xəbərləri var və onu qarşılıqlı olaraq çox istəyirlər.
Qeyd edək ki, Rəqsanənin sevgilisi ondan iki yaş cavandır.