Kəpənəyin hayatı... O qədər qısa zamanda, neçə çiçəyə qonmuşdur kim bilir... Ya da dünyada başqa bir tayi - bərabəri tapılmayacaq, bir - birini qısqandıran neçə mənzərə meydana gətirmişdir rəngarəng çiçəklərlə... Yaxşı ya insan həyatı Kəpənək istədiyi çiçəyə qonarkən, o çiçəklə inteqrasiya olunarkən neçə insan sevdiyinin yanında ola bilmişdir?.. Kəpənək doya - doya uçarkən, neçə insan doya - doya gülə bilmişdir görəsən?.. Məncə bu cür həyatların sayı çox azdır... Nadir tapıla bilən həyatlar deyilə bilər... Bu gün insanlarla kəpənək kimi yaşamaq istərdinizmi?.. Deyə soruşsalar çox az adam bəli cavabını verər... Səbəbini soruşduğunuzda isə kəpənəyin yalnız bir gün yaşadığını bəhanə edərlər... Heç biri bilməz əslində kəpənəyin bizdən çox daha gözəl təbiətlərinin olduğunu... Bizlər qərarlarımızı verərkən elə ki, başqalarını da düşünürük... Görəsən bu qərarımıza nə deyərlər?.. Necə reaksiya verərlər?.. Ya belə etsələr, ya elə desələr?.. Həyatımızda qərarlar verərkən həmişə başqalarını düşünürük, çünki yalnız özümüzü düşünə bilmərik... Bu bizim təbiətimizə ziddir... Mən, bir qərar vermədən əvvəl mütləq özümdən çox başqalarınıda düşünürəm istər istəməz... Heç olmasa mən elə edirəm, sizlərdə elə edirsiniz əminəm... Görəsən nə reaksiya verəcək, görəsən kədərlənəcəkmi?.. Görəsən nə olacaq deyə bir çox sual keçir insanın ağılından... İnsan hər yaşda səhv edər... Bəzən səhv etdiyini bilə - bilə səhv etməyə davam edər... Nədəndir məndə bilmirəm, eynilə bu ann mənim içində olduğum vəziyyət kimi... Səhvimi bilirəm, amma nədənsə səhvi etməyə davam edirəm... Məncə dünyada öz həyatını yaşayan və başqaları düşünmədən qərarını verən insan yoxdur... Baxın nadir olaraq vardır demirəm ''yoxdur'' deyirəm... Çünki öz həyatımdan bilirəm... Qərarımı verərkən başqalarının da reaksiyasını düşünmək məcburiyyətində qalıram... Ən pisi də bəzən başqaları üçün özümdən, sevdiklərimdən imtina etmək məcburiyyətində qalıram... Amma başqalarını düşünərək ən böyük səhvi edirik... Mən səhvmi anladım və artıq əsla bu səhvə yol vermərəm...
