Bağışlanma müjdəsinin verdiyi sevinc

 
Bağışlanma müjdəsinin verdiyi sevinc

Üzüntüdən, sorğu-sualın verdiyi utanma və sıxılmadan və etdiyin günah və haram əməllərin bircə-bircə sadalanmasından duyduğun sıxıntıdan sonra üzündə sevinci nuru və aydınlığı parıldamağa başlayar. Könlündəki kədər və hüzün nəşəyə dönər. Üzün açılar, rəngin ağarar. Birbaşa Allahu-Təalanın səndən razı olduğunu hiss etdiyin anı bir düşün! Qəlbin yerindən çıxar, xoş bir həyəcan və sevinclə dolar. Az qala xoşbəxtlikdən uçmaq istəyərsən. Sevincindən sanki ölər kimisən. Bu sənin haqqındır da… Bəs necə?.. Hansı sevinc Əziz və Cəlil olan Allahın rizasını qazandığını eşitməkdən duyduğun sevincdən üstün ola bilər? Vallahi, hələ dünyadaykən Allahın Axirətdə səndən razı olacağını düşünüb sevincindən ölsən, bu, sənə çox görülməz. Hər nə qədər Axirətdəki bu xoşbəxlikdən tam əmin olmasan da, bunu ummağın belə bu cür sevinc üçün yetərlidir.

Elə isə sən hələ bir anlıq səndən razı olduğunu birbaşa Allahdan eşidib, için güvənc hissi ilə dolsa, şübhələrin tamamilə dağılsa, əbədi xoşbəxtliyə nail olduğuna əmin olsan, sonsuz, əksilməz və şübhə edilməz nemətləri əldə etdiyin qənaətinə gəlsən, halın necə olar? Bir bunları təsəvvür et…

Əziz və Cəlil olan Allahın hüzurundasan, səndən razı qaldığı bəlli olub. Ürəyin sevincdən uçar. Üzün ağararaq, parıldayıb aydınlanar. Çöhrən sanki Ay kimi işıq saçar. Sən məxluqatın hüzuruna sevincli bir sifətlə çıxarsan. Üzündə ən mükəmməl gözəllik əks olunar, ətrafına nur yayaraq sən əməl dəftərin sağ əlində, gözəllik, nur və parlaqlıqda digər insanları üstələmiş bir durumda ikən özünü bir təsəvvür et! Qolundan bir mələk tutaraq hər kəsin içində:
″Bu filankəs oğlu (və ya qızı) filankəs bir daha əsla qəmgin olmayacağı bir səadətə qovuşmuşdur!″ deyə səslənər. Rəbbin məxluqatın hüzurunda səndən razı olduğunu йlan etmişdir. Sənin haqqında yaxşı zənn edənlərin zənni gerçəkləşmiş, səni ittiham edənlərin isə qarayaxmaları boşa çıxmışdır.


Geri dön

.::BaBy_FaCe_WiSe::.

  • 19 oktyabr 2011 00:00
  • Məqalə: 180
  • Şərh: 1226
  • Bal:
oxuya oxuya kovrelirem bele movzulari heqiqetende insan sehvleri ucun allahdan bagiwlanmagini isteyende cox rahatlayir ve elebil yeniden dogulur((

--------------------

OrXaNiM

  • 18 oktyabr 2011 19:45
  • Məqalə: 0
  • Şərh: 34
  • Bal:
{awards}
azad1985,
beyaz melek,
AMIN

--------------------
Darıxdığın sənin üçün darıxırsa darıxmaq gözəldir.
Gözlədiyin geri dönəcəksə gözləmək gözəldir. Sevdiyin səni sevirsə bax bu hər şeydən gözəldir.<3

beyaz melek

  • 18 oktyabr 2011 18:17
  • Məqalə: 58
  • Şərh: 1126
  • Bal:
{awards}
ALLAHIM BIZI QARANLIQ YOLDAN UZAQ EYLE.BIZI CENNETIN QAPISINA YAXIN CEHENNEMIN QAPISINDA UZAQ EYLE AMIN BAGISAL GUNAHRAMIZI AMIN.

--------------------
Məhəbbəti qorusan onunla ucalarsan
Məhəbbətli qocalsan qoca deyil cavansan.
Hech bir zaman Qadinin eybini uzune vurma, Chunki Qadin ureyi derin bir okeandir ve O okeanda Senin minlerce qebul olunmush eyblerin var!

GEDEN GETMISDIR,GETDIYI GUN BITMISDI,MEN GEDENI DEYIL,GEDEN MENI ITIRMISDIR
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 38
Cəmi: 50

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}