Sara Qədimova

 
Sara Qədimova

Sara Bəbiş qızı Qədimova 22 may 1922-ci ildə Bakıda anadan olmuşdur. Səhnəyə ilk dəfə 15 yaşında çıxıb. İlk musuqi təhsilini müğənni Zülfü Adıgözəlovdan alıb.



1941-ci ildə Ü.Hacıbəyovun təklifi ilə Hüseynqulu Sarabskinin muğam sinifinə qəbul olub.



Sara Qədimovanın sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi qüdrətli ustadların böyük təsiri olub.



1954-cü ildə Əməkdar artist adına layiq görülüb. 1957-ci ilin fevral ayının 22-də opera səhnəsində Leylini oynayıb. Şərqdə muğam dəsgahı ifa edən ilk qadın xanəndədir.



Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edən Sara Qədimovanın adı opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yadda qalıb. Onun oxuduğu "Bayatı-Şiraz", "Şur", "Şahnaz", "Qatar", "Mahur-hindi", "Xaric segah" muğamları, müxtəlif Azərbaycan xalq mahnıları ifaçılıq sənəti tariximizə qızıl hərflərlə yazılıb.




Sara Qədimovanın ifasında "Qarabağ şikəstəsi" isə Azərbaycan musiqisi tarixində özünəməxsus yer tutur. Xalq musiqisinin incəliklərinə dərindən yiyələnmiş Sara Qədimova ifa üslubu ilə milli musiqi xəzinəmizi zənginləşdirən böyük sənətkarlardan olub, dərin tarixi köklərə və ənənələrə malik Azərbaycan xanəndəlik məktəbində layiqli yer tutaraq onun inkişafına öz töhfəsini verib.



Milli mədəniyyətimizi dəfələrlə xarici ölkələrdə böyük uğurla təmsil etmiş Sara Qədimova Azərbaycan xalq musiqisini müxtəlif xalqların nümayəndələrinə sevdirə bilib və çıxış elədiyi ən mötəbər səhnələrdə dərin rəğbətlə qarşılanıb.



1963-cü ildə Xalq artisti fəxri adını alıb. 1997-ci ildə Şöhrət ordeni ilə təltif olunub.


.

Prezident təqaüdçüsüdür. 2 övladı var.



Sara Qədimova 12 may 2005-ci ildə uzunsürən xəstəlikdən sonra vəfat etmişdir. Yaşadığı binan qarşısına baralyefi vurulmuşdur.



Sabiq SSRİ mədəniyyət naziri Y.Furtseva 1963-cü ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyinə göndərdiyi məktubda yazırdı: “Azərbaycanın Xalq artisti Sara Qədimova İndoneziyada 4 aylıq qastrol səfərində böyük müvəffəqiyyət qazandı. O, kosmonavt Valentina Tereşkovanın iştirak etdiyi Cakartada sovet inşaatçılarının köməyi ilə tikilmiş 100 min tamaşaçılıq stadionda — ”Cakarta gölməçəsi”ndə konsert verərkən, prezident Sukarnonun sevdiyi mahnını ifa edən zaman 100 min nəfər tamaşaçı həmin mahnını onunla birlikdə ifa etmişdir. Sara Qədimova xarici ölkələrdə Azərbaycan musiqisini ustalıqla təmsil edir, sovet adamının yüksək adına xələl gətirən heç bir hərəkətə yol vermir".


Geri dön

only-girl

  • 9 aprel 2011 18:01
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
TWkurler

--------------------

sevgi yalandir

  • 12 oktyabr 2010 20:51
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
tewekkurler

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........

deniz27

  • 3 oktyabr 2010 10:01
  • Məqalə: 4
  • Şərh: 97
  • Bal:
{awards}
Tanimadim belay

Baby_Love

  • 3 oktyabr 2010 01:07
  • Məqalə: 13
  • Şərh: 405
  • Bal:
{awards}
Sitat: Azeri_Gozeli
melumata gore tesekkurler...


Grace_Angel

  • 2 oktyabr 2010 23:14
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler xebere gore.......

--------------------

Ulya

  • 2 oktyabr 2010 21:42
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
coox sagol maraqli xebere gore

Azeri_Gozeli

  • 2 oktyabr 2010 21:36
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
melumata gore tesekkurler...

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 38
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}