Genty Automobile şirkəti Akylone superkarını təqdim edib

 
Genty Automobile şirkəti Akylone superkarını təqdim edib

Bu il yayın əvvəllərində axırıncı, 300-cü superkar Bugatti Veyron satılıb. Həmin vaxtadək artıq çox məşhurlaşmış və demək olar ki, əfsanəyə çevrilmiş ikiqapılı avtomobilin dövranı bitdi və o da tarixə çevrildi. Lakin Veyron -un şöhrəti avtoistehsalçıları rahat buraxmır. Hətta heç kimə məlum olmayan fransız şirkəti Genty Automobile də bu boşluğu doldurmaq qərarına gəlib. Bu günlərdə onlar 1000 a.g. olan Akylone superkarı təqdim ediblər.

Bunadək ictimaiyyət üzərində hazırlıq işi aparılmış və kiçik Vişi şəhərindən olan avtoistehsalçı yeni avtomobilin tizerini yaymışdı. Onlar deyirdilər ki, əsas məsələ kapotun altında gizlədilib. İndi məlum olub ki, düz deyiblər. Orta mühərrikli superkar Genty Akylone ağlasığmaz minlik güc və 940 Nm fırlanma anı hasil edən biturbo V8 mühərriki ilə təchiz edilib. Mühərrik yeddi diapazonlu sekvental ötürücü qutu ilə birgə çalışır.

İkiqapılı Genty Akylone qabarit ölçüləri- uzunluğu 4465 mm, eni 2050 mm və hündürlüyü 1115 mm bərabərdir. Təkər bazası 2780 mm, çəkisi 1100 kq-dır.
Superkara 20 düymlük təkər diskləri geydirilib.
Superkarın dinamik göstəriciləri də heyrətamizdir. Yeni fransız superkarı sıfırdan 100 km/saat sürətlənməni cəmi 2,7 saniyəyə (xatırladaq ki, ikiqapılı Bugatti Veyron Super Sport üçün bu göstərici 0,2 saniyə tezdir) həll edir. Elektron məhdudlaşdırılmış maksimal sürət 350 km/saat təşkil edir.

Avtomobilin müəllifləri onu tezliklə Nürburqrinq döngəsinə çıxaracaqlarına vəd edirlər. Rəsmi premyera üçün isə Genty Automobile doğma divarları, gələn ilin payızında keçiriləcək Paris avtosalonunu seçib. Artıq məlumdur ki, Akylone superkarı Bugatti Veyron -dan az- cəmi 15 nüsxə buraxılacaq. Qiymət hələlik sirrdir.


Geri dön

B.U.Q.A.T.T.I

  • 24 noyabr 2011 12:42
  • Məqalə: 0
  • Şərh: 10
  • Bal:
coxx gozel masindi en sevdiyim Kristan Ronaldoda oldugu kimi kas mende de olardi heyf hele at gucu 1001_di twk sad

Handsome Boy

  • 8 noyabr 2011 19:40
  • Məqalə: 0
  • Şərh: 83
  • Bal:
{awards}
en cox xosuma gelen masindi
BUGATTI VEYRON

--------------------
Real Madrid.....

_Burla_

  • 18 oktyabr 2011 18:11
  • Məqalə: 1
  • Şərh: 79
  • Bal:
{awards}
Ela

beyaz melek

  • 18 oktyabr 2011 18:11
  • Məqalə: 58
  • Şərh: 1126
  • Bal:
{awards}
GORUNUSCE SUPERDI

--------------------
Məhəbbəti qorusan onunla ucalarsan
Məhəbbətli qocalsan qoca deyil cavansan.
Hech bir zaman Qadinin eybini uzune vurma, Chunki Qadin ureyi derin bir okeandir ve O okeanda Senin minlerce qebul olunmush eyblerin var!

GEDEN GETMISDIR,GETDIYI GUN BITMISDI,MEN GEDENI DEYIL,GEDEN MENI ITIRMISDIR
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 30
Cəmi: 46

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}