Tofiq Quliyev

 
Tofiq Quliyev

Tofiq Ələkbər oğlu Quiliyev 7 noyabr 1917-ci ildə musiqisevər ir ailədə dünyaya göz açıb. Musiqi qabiliyyətinin tez üzə çıxmasına baxmayaraq, sistemli musiqi təliminə gec, 12 yaşında başlayır.
Onun inkişafına o zamanlar musiqi nəzəriyyəsindən dərs deyən Asəf Zeynallının böyük təsiri olmuşdur. Tofiq Quliyevin ilk əsərləri sırasına 1931-ci ildə Mirzə Ələkbər Sabirin mətninə yazdığı “Dərsə gedən bir uşaq” mahnısı daxil idi. O, Bakı Konservatoriyasına 2 fakultə üzrə daxil olur: Fortepiano və dirijorluq.

Müəllimləri Aysberq və Ştrasser idi. Onun Kanservatoriya illəri çox səmərəli idi. Çox keçmədən o Rudolfdan bəstəkarlığın sirrlərini öyrənməyə başlayır.

1930-cu illərdə bir çox gənc, istedadlı bəstəkarlar kimi Tofiq Quliyev də folklor musiqisinin nümunələrini toplamaq və nota almaq işində böyük səy göstərdi. “15 xalq rəqs” işləmələri, Azərbaycan mahnılarından ibarət 2 cild toplamalarda o, Bülbül ilə çiyin-çiyinə işləmişdir.

O dövrdə istedadlı gəncləri Üzeyir Hacıbəyovun təşəbbüsü ilə Pyotr İliç Çaykovski adına Moskva Konservatoriyasına təhsil almağa göndərirdilər. Tofiq Quiliyev təhsil alanlar siyahısında idi. Eyni zamanda 30-cu illərin sonu, 40-cı illərin əvvələridə geniş şöhrət qazanan estrada musiqisinə də həvəs göstərirdi.

O, Aleksandr Sfasmanın rəhbərlik etdiyi estrada orkestrində pianoçu idi. Bakıya qayıtdıqdan sonra Tofiq Quliyev təzəcə yaratdığı orkestrin fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Böyük Vətən Müharibəsi başlandı və bəstəkar könüllü surətdə 402-ci diviziyada vətənə xidmət etməyə getdi. Müharibədən sonrakı illərdə bəstəkarın yaratdığı estrada orkesri tez bir zamanda bərpa olundu. Onun mahnıları ildırım surətdə şöhrət qazandı. Nəinki respublikada, o zaman mərkəz olan Moskva və Moskva ətrafında gözəl müğənnimiz Rəşid Behbudovun sayəsində Tofiq Quliyevin adı məşhurlaşdı.

1954-cü ildə konservatoriyanın aspiranturasını dirijorluq sinfi üzrə uğurla bitirir. Həmin illər T.Quliyev dirijor kimi çıxış edir. Bir sıra simfonik və kamera-instrumental əsərlər yaratsada, onun parlaq uğurları teatr və kinematoqrafa aiddir. Lakin, Tofiq Quliyevin yaradıcılığında ən aparıcı janr – mahnıdır.

Tofiq Quliyevin mahnılarını Rəşid Behbudovla yanaşı, Rauf Atakişiyev, Lütviyar İmanov, Şövkət Ələkbərova da məharətlə ifa edirdilər. O zamanlar böyük məşhurluq qazanmış “QAYA” vokal instrumental ansamblı Tofiq Quliyevin mahnılarını zirvələrə ucaltdı. Tofiq Quliyevin mahnıların təravəti bəstəkərların xalq musiqisini dərin hiss etməyindən doğur.

Tofiq Quliyev musiqisindəki, üsbubundakı bənzərlik bəstəkarın yaratdığı çoxsaylı melodik inkişaf xəttindən doğur. Həm də, Tofiq Quliyevin bir sənətkar kimi səciyyəvi cəhəti ondan ibarətdir ki, o insan səsini, vokalçının səs imkanlarını gözəl duyan, bu imkanlara gözəl bələd olan bəstəkarlardandır.

O, vokal cəhətdən düşünə bilir, bir-birindən zəngin ifadəli və obrazlı kantilena melodiyaları yaradır. Forma cəhətdən tamamlıq, lakonizm və bitkinlik onun mahnılarının əsrarəngizliyini daha da artırır. Bütün bu cəhətlər Tofiq Quliyevin orijinal musiqi uslubunu təşkil edən xüsusiyyətlətdir.

Azərbaycan musiqisinin klassiki Üzeyir Hacıbəyovun ənənələrini davam etdirərək Tofiq Quliyevin musiqi dilindəki, diatonik major-minor Azərbaycan xalq lad sistemi ilə üzvi birləşir. Özünü göstərən ifadəli, həm də gözlənilməz parlaq modulyasiyasiyalar, yönəlmələr, lad dəyişkənliyi Tofiq Quliyevin harminik dilinə xüsusi boya verir. 200-dən artıq mahnı yazan Tofiq Quliyev mahnı melodik üslubun təbiətini gözəl duyur.

Kantilena və poetik obraz onun mahnılarında hər zaman vacib cəhət olmuşdur. Gözəl mahnı ustası Tofiq Quliyev Azərbaycan musiqi mədəniyyətinə bənzərsiz töhvələr vermişdir. Onun mahnı sahəsindəki yaradıcılıq nəaliyyətləri sonrakı nəsl bəstəkarlarının yaradıcılığında bir ənənə şəklində davam və inkişaf etmişdir.
1954-cü ildə T.Quliyev pedaqoji fəaliyyətə də başlayır – Azərbaycan Dövlət konservatoriyasında opera və orkestr sinifləri aparır.

1958-ci ildə o, Azərbaycan Dövlət filarmoniyasının bədii rəhbəri, 1961-ci ildə isə direktoru vəzifəsinə dəvət olunur.

Yaradıcılığıyla yanaşı T.Quliyev həmçinin geniş ictimai fəaliyyəti ilə də seçilir. O, bir çox xarici ölkələrlə mədəni əlaqələrin yaradılmasında fəal iştirak edir. Bəstəkarın xıdmətləri dəfələrlə ən yüksək dövlət mükafatları ilə qeyd olunmuşdur.

1969-cu ildən 1979-cu ilə gədər T.Quliyev birinci katib vəzifəsində Azərbaycan bəstəkarlar ittifaqına rəhbərlik edirdi. 1990-cı ildən isə o, ömrünün son günü – 2000-ci il oktyabrın 4-nə kimi Azərbaycan bəstəkarlar ittifaqının İdarə heyətinin sədri vəzifəsində çalışırdı.

Tofiq Quliyev 2000-ci ildə uzun sürən xəstəlikdən vəfat etmişdir.


Geri dön

fars

  • 4 mart 2011 22:14
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
cox gozel bestekardi onu hec vaxt unutmayacagam eserlerine qulag asmagi tovsiyye edirem

deniz27

  • 4 oktyabr 2010 18:23
  • Məqalə: 4
  • Şərh: 97
  • Bal:
{awards}
Tewekkurler

Azeri_Gozeli

  • 3 oktyabr 2010 22:20
  • Məqalə: 91
  • Şərh: 2383
  • Bal:
{awards}
coox sag ol xebere goree

--------------------

Grace_Angel

  • 3 oktyabr 2010 20:55
  • Məqalə: 654
  • Şərh: 2273
  • Bal:
{awards}
Tewekkurler xebere gore....maraqlidir....

--------------------

Ulya

  • 3 oktyabr 2010 20:47
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
cox sagol lazimli melumata gore

Baby_Love

  • 3 oktyabr 2010 20:05
  • Məqalə: 13
  • Şərh: 405
  • Bal:
{awards}
Sağol xəbərə görə,Qonşu =)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 53
Cəmi: 74

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 62
Cəmi: 157
 
ραყιȥ
Xəbərləri: 57
Cəmi: 137
 
NIGAR
Xəbərləri: 49
Cəmi: 793
 
lamiye_2001
Xəbərləri: 34
Cəmi: 37
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 244
 
Nergiz__Sirinova
Xəbərləri: 26
Cəmi: 508
 
AyliN BunyaminovA
Xəbərləri: 24
Cəmi: 471
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
Emrah_babayevv
Xəbərləri: 2
Cəmi: 2
 
 
{slinks}