Arif Babayev

 
Arif Babayev

Arif Babayev 22 fevral 1938-ci ildə Ağdamda, Sarıhacılı kəndində anadan olub. Uşaq yaşlarından Qarabağ muğam ustalarının ənənələrini mənimsəmişdir. Gənc yaşlarından Qarabağın, eləcə də republikanın şəhər və kəndlərində çıxış edərkən onun müğənni kimi parlaq istedadı meydana çıxmışdır.

Xalq mahnıları, “Şur”, “Seygah” muğam dəstgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərb muğamları onun repertuarının əsasını təşkil edir.

O, özündən əvvəlki böyük xanəndələrin lent yazılarını və vallarını, müasirlərinin ifasını dinləyərək muğamın sirlərinə yiyələnmişdir. Klassik muğamları dərindən öyrənərək və Qarabağ xanəndəlik məktəbinin mədəni ənənələrini yaradıcı şəkildə davam etdirərək Arif Babayev ancaq özünəməxsus olan ifaçılıq üslubu yaratmışdır.

1960-cı ildən Arif Babayevin yaradıcılıq bioqrafiyası Bakı şəhəri ilə bağlıdır. O, 1962-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib. 1963-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında işləməyə başlayıb. 1966-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrına dəvət alıb. Opera teatrında o, Məcnun (Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasında), Kərəm (Üzeyir Hacıbəyovun “Əsli və Kərəm” operasında), Şah İsmayıl (Müslüm Maqomayevin “Şah İsmayıl” operasında), Aşıq Qərib (Üzeyir hHacıbəyovun “Aşıq Qərib” operasında), Camal (Şəfiqə Axundovanın “Gəlin qayası” operasında) rollarında çıxış etmişdir.

1982-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ilk muğam müəllimi kimi çalışmağa başlayıb. Daha sonra – 1984-cü ildə ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Konservatoriyasına işə düzəlib. 1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb. Hazırda Milli Konbservatoriyanın muğam kafedrasının müdiridir.


Geri dön

nilayka

  • 5 may 2011 06:40
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
coox sag ol melumata gore

--------------------

Afran007

  • 6 oktyabr 2010 22:19
  • Məqalə: 8
  • Şərh: 354
  • Bal:
{awards}
fellow

Grace_Angel

  • 6 oktyabr 2010 21:34
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler xebere gore......

--------------------

Azeri_Gozeli

  • 6 oktyabr 2010 20:01
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
melumata gore tesekkurler

--------------------

Ulya

  • 6 oktyabr 2010 19:16
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
cox sagol xebere gore.oxudum winked

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 33
Cəmi: 45

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}