Hər şey gözəl olacaq

 
Hər şey gözəl olacaq

"Her şey gözəl olacaq" deyir içimdən bir səs.
"Hər şey gözəl olacaq"
İnanmaq istəyirəm. Hər şey gözəl olsun istəyirəm. Hər şey bitir.
Canımı yandıranın nə olduğunu bilsəm, uzaqlaşsam ondan, çata bilməsə mənə,
yanmasa canım bu qədər. Çəksəm getsəm, çox uzaqlara getsəm, özümdən getsəm,
başımdakılardan getsəm, zərurətlərdən getsəm, məsuliyyətlərdən getsəm,
upuzun, sap-sarı bir qumun üzərində yatsam. Yatsam, bir daha oyanmasam.
Hər şey gözəl olsa.

Hər şey gözəl olacaq

Mənə bir şeylər izah et
Canım çox sıxılır
Mənə bir şeylər izah et
İçim içimdən keçir


Hər şey gözəl olacaq

Bir nağıl izah et mənə. İçində heç bir şey olmasın. Yalnız səssizlik olsun.
Gözəl rənglər olsun. Dinclik olsun. Gözlərimi bağlayıb xəyal qurum mən də.
İçində heç bir şeyin olmadığı bir xəyal. Xoşbəxt olum. Gözəl şeyləri xatırlatsın.
Nə izah etdiyinin əhəmiyyəti yox. Mənə bir nağıl izah et.
Yalnız sussam. Yaxşı gəlsə susmaq mənə. Hər şey gözəl olsa.

Hər şey gözəl olacaq

Yanımdasan susursan
Susur danışmırsan
Baxır görmürsən
Toxunsan donacam
İçimdə intihar qorxusu var


Hər şey gözəl olacaq

Gözlərimi bağlasam, sussam, sussam, ağlasam.
Silinsə hər şey. Hər kəs getsə. Gerçəklər bitsə. Yalnız dümağ bir gün qalsa mənə.
Bomboş dümağ bir gün qalsa. Bomboş otursam mən də. Danışmadan.
Dinləmədən. Görmədən. Sıxıldığım nə varsa silinsə düşüncələrimdən.
Hər şey keçsə. Keçmək yaxşı gəlsə mənə. Hər şey gözəl olsa.

Hər şey gözəl olacaq

Zəlzələlər olur beynimdə
Çöldə uğultu səsi var
Hər yanımda susmuş insanlar
İçimdə ölən biri var


Hər şey gözəl olacaq

Hər şey bitsə də. Bir nağıl yaşat mənə. Hər şey keçəcək de.
Çox xoşbəxt olacağıq de. Sənə acı çəkdirən nə varsa siləcəm hamısını de.
İnandır məni. Hər şeyin keçəcəyinə. Gedəcəyik de.
Getməsək də de. Gözəl olacaq hər şey de.
Olmasa da de....


Geri dön

mor.menekse

  • 22 oktyabr 2011 17:12
  • Məqalə: 0
  • Şərh: 300
  • Bal:
Hersey yaxsi olacaq... Allahin icazesiyle...

bitti artik

  • 22 oktyabr 2011 16:53
  • Məqalə: 0
  • Şərh: 279
  • Bal:
{awards}
coooooox menalidi ellerine sagliq

--------------------
Aglinda olsun sevgilim sen meni aldatmadin men sene inanmagi secdim.....
Sen doğulanda hami sevinmişdi,sen ise ağlamışdın.Ele yaşaki,öldüyünde hamı ağlasın sen ise sevinesen..

Nikoyl

  • 22 oktyabr 2011 11:18
  • Məqalə: 139
  • Şərh: 1602
  • Bal:
{awards}
belede bezisi hec uygunluq dasimir

--------------------

Musique Sage

  • 21 oktyabr 2011 18:37
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
xeberiniz ucun tesekkurler ela

gozelqiz

  • 21 oktyabr 2011 18:15
  • Məqalə: 0
  • Şərh: 734
  • Bal:
{awards}
kawki heyatda istemediyimiz butun weyler yuxu olardi

_TUNAR_MAMEDOV_

  • 21 oktyabr 2011 17:28
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
Hər şey bitsə də. Bir nağıl yaşat mənə. Hər şey keçəcək de.
Çox xoşbəxt olacağıq de. Sənə acı çəkdirən nə varsa siləcəm hamısını de.
İnandır məni. Hər şeyin keçəcəyinə. Gedəcəyik de.
Getməsək də de. Gözəl olacaq hər şey de.
Olmasa da de....
cooox sag ol ...movzu superdi

--------------------

SeL_cAn

  • 21 oktyabr 2011 17:19
  • Məqalə: 19
  • Şərh: 987
  • Bal:
{awards}
Bir ümüd ver...

--------------------
SÖZLƏRİM ÖPSÜN BAXIŞLARINI
XƏYALIM RUHUNU ÖPDÜYÜ KİMİ

Aysel_

  • 21 oktyabr 2011 17:11
  • Məqalə: 15
  • Şərh: 1668
  • Bal:
{awards}
Kaşki, sən mən olaydın... Səni sevməyin nə qədər çətin olduğunu hisedəydin.. Kaşki, mən sən olaydım.. Bu qədər sevilməyin ləzzətini duyaydım.... recourse

fiona_138

  • 21 oktyabr 2011 16:57
  • Məqalə: 0
  • Şərh: 63
  • Bal:
{awards}
Her zülmət gecənin aydınllq bir seheri, var elbette herşey yaxşı olacaq belkede yaxşıdı!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 44
Cəmi: 69

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}