Ümid Dinidir İslam

 
Ümid Dinidir İslam

Rəbbimizin həm rəhməti, həm də qəzəbi var. Ancaq Rəhmətimi, yoxsa qəzəbimi çoxdur? deyə soruşulan bir suala Rəbbimiz özü cavab verir:
- Rəhmətim qəzəbimi keçmişdir!

Bəli, Rəbbimizin rəhməti qəzəbini keçmişdir.

Bunu qulunun yaxşılığına yazdığı savabla, pisliyinə yazdığı günahdan da anlamaq mümkündür.
Qul bir yaxşılıq etsə, savabını ondan başladan Rəbbimiz, bir pislik etsə günahını birdən başlatmaqla, beləcə rəhmətinin qəzəbini keçdiyini də açıq elan etmişdir. Qurani Kərimdə təkrarlanan ayələr də bunu bildirir:
- Kim bir yaxşılıq etsə, on savab yazılar.
Kim də bir pislik iş görəərsə, bir günah yazılar.
(Ən'am-160).

Ümid Dinidir İslam

Qul bir yaxşılığına on savab qazandığına görə ümidsizlik hissinə qapılmamalı, yalnız yaxşılığını daha da çoxaltmağı hədəf etməlidir. Çünki bir yaxşılığa on savab yazıldığına görə xilas olması çox mümkündür. Rəbbimiz də qulun xilas olmasını istədiyi üçündür ki, lehinə qoyub hökmünü. Bir xeyirinə on savab yazmağı təqdir buyurduğunu elan etmişdir kitabında. Dərhal əlavə edək ki, bu yaxşılığın da zərrəsi itmədən məhşərdəki günah savab tərəzisinə intiqal edəcək.

Bunu da elan etmişdir Rəbbimiz (Zilzal) surəsindəki ayəsində:
- Kim zərrə qədər xeyr işləyərsə, qarşılığını görəcək. Kim də zərrə qədər şər işləyərsə, cəzasına uğrayacaq.
(Zilzal 7-8)

Bir gün bu ayələri oxuyan Əfəndimiz (səv)ın hüzurunda səhabədən Əbu Səid əl Hudri də vardı. Diqqətlə dinlədikdən sonra soruşdu:
- Ya Rəsulullah, bu ayədə Rəbbimiz işlədiyimiz xeyirin də şərin də zərrəsinin itməyəcəyini xəbər verir, deyilmi?
- Bəli, elədir, buyurunca, fəryadı basır Əbu Səid əl Hudri:
- Yandın ey Əbu Səid yandın, anan ağlasın halına...
Əfəndimiz (səv) soruşur:
- Səni yandıran nədir ey Əbu Səid?

Ümid Dinidir İslam

- Ya Rəsulullah deyir, işlədiyim şərin zərrəsi də itməyəcəksə, mən necə içindən çıxa bilər, hesabını verə bilərəm bu qədər şərin?
Əfəndimiz təbəssümlə izah edir:
- Ey Əbu Səid deyir, sənin zərrəsi itməyən yalnız şərin deyil ki. Xeyr olan işlərinin də zərrəsi itmədən tərəzinin savab tərəfinə qoyulur, beləcə günahın qarşısında savabların da çəkiyə girir, savabların daha ağır gələcəyindən səni inşaallah qurtarır. Yetər ki, birə on qazandıran yaxşılıq və xeyrlərini daha da çoxalt, lehinə olan vəziyyəti daha da lehinə çevirməkdən geri qalma.

Bəli, Rəbbimizin rəhməti qəzəbini keçmişdir. Bir yaxşılıq və xeyirə on savab verər, bunun da zərrəsini məhv etmədən tərəzisində çəkər, qulunu xilas edər. Yetər ki, qul buna baxmayaraq günahını ağır edəcək bir laqeydlik və maraqsızlığa yönəlmiş olmasın. Xeyiri, şərinə qalib gəlsin.

Buna görə deyilmişdir bu söz:
- Ümid dinidir İslam, pessimizmə yer yoxdur!
- Çünki Rəbbimizin rəhməti, qəzəbindən çoxdur!


Geri dön

_TUNAR_MAMEDOV_

  • 22 oktyabr 2011 00:56
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
ALLAH RAZI OLSUN ... TWK edrem deyerli yazi ucun

--------------------

Nikoyl

  • 19 oktyabr 2011 23:18
  • Məqalə: 139
  • Şərh: 1602
  • Bal:
{awards}
twk like winked

--------------------

.::BaBy_FaCe_WiSe::.

  • 19 oktyabr 2011 13:58
  • Məqalə: 180
  • Şərh: 1226
  • Bal:
{awards}
Ümid dinidir İslam, pessimizmə yer yoxdur!

coxsagolun biraz rahatladim( winked


--------------------

... Deryam ...

  • 19 oktyabr 2011 13:18
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN .........
ALLAH BÖYÜK VƏ BAĞIŞLAYANDIR .

--------------------

MiLeyla

  • 19 oktyabr 2011 12:37
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
DEYERLI XEBERE GORE TEWEKKUR

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

★Azerbaijan girl★

  • 19 oktyabr 2011 12:37
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
Allah razi olsun senden tskler

Allah razi olsun senden tskler

Allah razi olsun senden tskler

Zaurcik2011

  • 19 oktyabr 2011 11:29
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 49
Cəmi: 68

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}