Allaha Gözəl Adlarıyla Dua etmək

 
Allaha Gözəl Adlarıyla Dua etmək

Quranda, "Adların ən gözəli Allahındır. Elə isə Ona bunlarla dua edin ... "(Əraf Surəsi, 180) buyurulur. Gözəl xüsusiyyətlərimizin hamısının qaynağı Allahdır. Allaha sevgiylə bağlı olmağa, Ona yaxın olmağa və Quranı tam olaraq həyatımıza tətbiq etməyə çalışanda, Allahın bəzi sifətlərini biz də daşıya bilərik.

***
Allah Karib'dir; qullarına çox yaxındır. Ona nə qədər yaxınlaşar, nə qədər təslim olar və üstün əxlaqıyla əxlaq qazanmağa çalışsaq, mükəmməl ruh gözəlliyinə nail ola bilərik. Allaha, sifətlərinin üzərimizdə təcəlli etməsi üçün dua edək; O verir. Yetər ki, ürəkdən yalvararaq istəyək.

Hər an, bir çox mövzuda əskik düşünə bilər, səhv bir qərar verə bilər, səhv davrana bilərik. Sən, bizi yaradan və bizim bu əksikliklərimizi bilən Allahım; etdiyimiz səhvləri bağışla. Sən Afüvv'sən; əfvi çox olansan.

***
Biliyi sərhədsiz olan Allahım. Göylərdə və yerdə olanlar, uçan quşlar, həqiqətən Səni təqdis edir. Günəş də, özü üçün təyin etdiyi qərarla hərəkət edir. Tək bir ağacdakı yarpaqların sayını, ağlımızdan keçənləri, gizli və ya açıq işlədiyimiz bütün hərəkətləri bilən, Alim olan Allahım. Qullarına elmindən dilədiyin qədərini ver; elmimizi artır.

***
Allahım Sən, iman edənləri bütün etdiklərinə bir cavab olaraq cənnətdə də dünyada olduğu kimi həmişə birlikdə edəcəksən. Bizi xeyrdə yarışıb önə keçən, önlərində və yanlarında nur olan qullarınla ​​bir araya gətir Rəbbim.

Sən qazandıqlarımız səbəbindən bizi əzab ilə boğsaydın, yer üzündə heç bir canlı sağ qalmazdı. Sonsuz mərhəmətinlə bizə öyüd-nəsihət ala biləcəyimiz qədər müddət verirsən. Sənin rəhmətin hər şeyi əhatə edər və Sən, rəhm edənlərin ən rəhmlisisən. Rəhman və Rahim. Sən Ərhamurrahimin'sən; bizə mərhəmət et.

***
Qorxumuzu artır, Sənə və elçinə imanımızı artır. Bizə Öz rəhmətindən qat-qat gözəl cavab ver Rəbbim. Bizə özüylə gəzə biləcəyimiz bir nur et və bizə bağışla. Sən Ğaffar'san; çox bağışlayansan. Bağışla bizi Allahım.

***
Səndən başqa hidayət verə biləcək, doğru yola çatdıra biləcək heç kimim yoxdur. Sən Hədisin; hidayət lütf edən, doğru yola aparansan. Bu, Səndən ən böyük nemətdir. Bizi doğru yola çatdır Allahım.

Sən bizi yaradan, yaşamağımız üçün hər istiqamətdən əlverişli olan bir məkana yerləşdirən, bu məkanda olan hər şeyi də bizim üçün xüsusi yaradan və ram edənsən. Sən, Berr'sən; yaxşılığı bol olansan.

***
Sən, yaratdığını bilmirsənmi? .. Gözlər Səni dərk edə bilməz; Sən isə bütün gözləri idrak edərsən. Sən Habir'sən; hər şeyin iç üzündən, gizli tərəflərindən xəbərdar olansan. Sən Lətif'sən; lütfedicisən. Bizə lütf et və "hüceyrələrə qədər işləyən qovurucu" əzabdan qoru Allahım.

***
Rəbbimiz, unutduqda və ya yanıldıqlarımızdan bizi məsul tutma. Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə. Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma. Bizi əfv et. Bizi bağışla. Bizi əsirgə, Sən bizim Mevla'mızsan; möminlərin dostu, onlara xeyr yolları açan və onları müvəffəqiyyətli qılansan. Kafirlərə qələbə qazanmaqda bizə zəfər ver.

***
Sən ancaq səmimi qəlbdən iman etməyi və Sənə yaxın olmağı istəyənin ürəyini yumşaldır, səmimi müsəlmanların arasına qatarsan. Sən Mükəllib'sən; ürəkləri döndərən kəssən. Qəlbimizi səmimi imana döndər Allahım.


Geri dön

mor.menekse

  • 26 oktyabr 2011 16:31
  • Məqalə: 0
  • Şərh: 300
  • Bal:
Sən, yaratdığını bilmirsənmi? .. Gözlər Səni dərk edə bilməz; Sən isə bütün gözləri idrak edərsən. Sən Habir'sən; hər şeyin iç üzündən, gizli tərəflərindən xəbərdar olansan. Sən Lətif'sən; lütfedicisən. Bizə lütf et və "hüceyrələrə qədər işləyən qovurucu" əzabdan qoru Allahım.
TSK...

_TUNAR_MAMEDOV_

  • 22 oktyabr 2011 00:53
  • Məqalə: 673
  • Şərh: 4820
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN ... TWK edrem deyerli yazi ucun

--------------------

Nikoyl

  • 19 oktyabr 2011 22:24
  • Məqalə: 139
  • Şərh: 1602
  • Bal:
{awards}
Allah razi olsun twk

--------------------

Ku-ku

  • 19 oktyabr 2011 19:07
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
Hər an, bir çox mövzuda əskik düşünə bilər, səhv bir qərar verə bilər, səhv davrana bilərik. Sən, bizi yaradan və bizim bu əksikliklərimizi bilən Allahım; etdiyimiz səhvləri bağışla. Sən Afüvv'sən; əfvi çox olansan.

--------------------

visokomernaya

  • 19 oktyabr 2011 19:01
  • Məqalə: 0
  • Şərh: 22
  • Bal:
{awards}
smile smile smile

FLY TIME

  • 19 oktyabr 2011 18:50
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
{awards}
ALLAH razi olsun!

MiLeyla

  • 19 oktyabr 2011 18:47
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
ALLAHA GOZEL ADLARIYLA DUA EDEK

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

edvart

  • 19 oktyabr 2011 16:11
  • Məqalə: 1
  • Şərh: 219
  • Bal:
{awards}
ilk werh menden

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 40
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 43
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}