Siz heç bunları yaşhadınızmı?

 
Siz heç bunları yaşhadınızmı?

Heç bezdinmi həyatdan?

Hər kəsdən, hər şeydən uzaqlara qaçmaq istədiyin anlar oldumu?
Yoruldunmu heç?|

Üzərindəki məsuliyyətdən, dərslərdən, işdən, yalan gülüşlərdən, bir-birinin ardınca gələn problemlərdən?

Heç tənha hiss etdinmi özünü? Dostlarının əhatəsində olarkən belə... Onların danışıqları, söhbətləri maraqsız və mənasız gəldimi sənə?

Bir səhifəni saatlarca oxumağa çalışdığın oldumu bəs? Gözün kitabda ikən düşüncələrin səni uzaqlara apardımı?

Sonra bu düşüncələrdən də qaçıb, heç kim və heç nə barədə düşünməmək istədinmi?
Həzin bir musiqini dinlərkən hönkürtü ilə ağladınmı heç?

Siz heç bunları yaşhadınızmı?

Bir mahnının və ya şeir parçasının sözlərində özünü tapdığın oldumu? |

Gecələr balıncını göz yaşlarınla islatdınmı?

Yalan gülüşün nə qədər çətin olduğunu bildinmi heç?

Içindəki acını gizlədərək ətrafdakıların, hətta dostlarının belə “necəsən?” sualına “yaxşı, hər şey əladır” deyib yalandan güldünmü?

Güclü olmaqdan, güclü görünməkdən yoruldunmu heç?

Içindəki acını hər kəslə paylaşıb, gözyaşlarını gizlətmədən axıtmaq, əslində nələr yaşadığını, nə qədər qırıqqəlbli biri olduğunu söyləmək istədiyin anlar oldumu bəs?

Siz heç bunları yaşhadınızmı?

“Olmaz, bu da keçib gedər” deyib daha bir yalanla aldatdınmı özünü? Bir gün bu yalanına da inanmadığında həyatdan bezdinmi?

Içində keçib getmək bilməyən o acı ilə bitib tükəndinmi heç?

Yeganə çıxış yolu ölümdür dediyin necə, oldumu? “Yox, bu böyük bir günahdır” deyib, “ həyat gözəldir” deyə yaşamağa davam etdinmi?

Amma... Bir gün həyatın heç bir gözəlliyini duymadığını, hər şeyə həvəsinin öldüyünü, sənin üçün hər şeyin maraqsız və mənasız olduğunun fərqinə vardınmı?

Üzərində yorğunluq hiss etdinmi? Günah olduğunu belə unudub yenidən intiharı düşündünmü? Buna cəhd etdinmi?

Siz bunları yaşadınızmı?


Geri dön

_mamed21_

  • 1 noyabr 2011 02:02
  • Məqalə: 0
  • Şərh: 62
  • Bal:
yoooooo mahniya seire qulaq asanda aglamamisam.heeec yatanda da aglamamisam.amma qalan hamisi olub,diyesen indi de olur))
muellife derin tesekkurler.

beyaz melek

  • 20 oktyabr 2011 16:16
  • Məqalə: 58
  • Şərh: 1126
  • Bal:
{awards}
OLUB AMMA SORALAR KECDIYIN O GUNLERE HEYIF DEYIRSEN.

--------------------
Məhəbbəti qorusan onunla ucalarsan
Məhəbbətli qocalsan qoca deyil cavansan.
Hech bir zaman Qadinin eybini uzune vurma, Chunki Qadin ureyi derin bir okeandir ve O okeanda Senin minlerce qebul olunmush eyblerin var!

GEDEN GETMISDIR,GETDIYI GUN BITMISDI,MEN GEDENI DEYIL,GEDEN MENI ITIRMISDIR

angel only

  • 20 oktyabr 2011 15:51
  • Məqalə: 0
  • Şərh: 146
  • Bal:
{awards}
bunlarin hamisini bir nece ay bundan qabaq yasamisam amma indi sukurler olsun cooooooooooox xosbextem

sweet__love

  • 20 oktyabr 2011 12:06
  • Məqalə: 0
  • Şərh: 407
  • Bal:
{awards}
hmmmmmmmmmmmmm bu demek olarki haminin heyatinda hansisa bir donemde olub ele insan yoxduki ancaq desin gulsun xosbext olsun menimde heyatimda olub hemde uzun muddet amma sukur ALLAHIMA o cetin anlardan kecdim indi hyatim normal ve sakitdir))
BUNUDA BU CUR QORUMAGA CALISIRAM

fiona_138

  • 20 oktyabr 2011 11:05
  • Məqalə: 0
  • Şərh: 63
  • Bal:
{awards}
Yaşamişam indide yaşayiram çox yorulmuşam üreyimi oxudun....

PELIN_ATABAY

  • 20 oktyabr 2011 10:22
  • Məqalə: 86
  • Şərh: 1637
  • Bal:
{awards}
evet yasamisam

--------------------

Sirli Melek

  • 20 oktyabr 2011 08:55
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Hər kəsdən, hər şeydən uzaqlara qaçmaq istədiyin anlar oldumu?
Yoruldunmu heç?|

recourse AHA OLUB((

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Inciciceyi

  • 20 oktyabr 2011 08:40
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Ehhhhhhhhhhhhhhhhh bu suallarla coooooooox rastlawmiwam.

twkler duwundurucu yaziya gore

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

_Zara_

  • 20 oktyabr 2011 01:09
  • Məqalə: 0
  • Şərh: 41
  • Bal:
{awards}
Duwunurem her insanin heyatinda olur Ved mi je ludi..................

_SVETLANA_777_

  • 19 oktyabr 2011 21:45
  • Məqalə: 109
  • Şərh: 1536
  • Bal:
{awards}
vediyin suallar cox maraqlidir bir gun cvb tapasiniz bekem o vopse maraxli olar men hamisini yasamisam sexsen cunki sevmisem tesekkurler maraxlidir

--------------------
<p></p>

nazo

  • 19 oktyabr 2011 21:39
  • Məqalə: 0
  • Şərh: 35
  • Bal:
{awards}
Yalan gülüşün nə qədər çətin olduğunu bildinmi heç?

Içindəki acını gizlədərək ətrafdakıların, hətta dostlarının belə “necəsən?” sualına “yaxşı, hər şey əladır” deyib yalandan güldünmü?

BƏZİLƏRİNİ

mor.menekse

  • 19 oktyabr 2011 21:03
  • Məqalə: 0
  • Şərh: 300
  • Bal:
{awards}
He bezen ele anlar olur...

MiLeyla

  • 19 oktyabr 2011 20:54
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
90 faiz he

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 27
Cəmi: 48

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 412
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}