Sən məni heç vaxt tək qoymadin İlahi...
Allahım, bilirəm sənə sevgimi izah etmek üçün sözlər, kəlmələr kifayət etmir. Sənin mərhəmətin o qədər böyükdür ki İlahi, sadəcə bunu da sözlərlə ifadə etməyə gücüm çatmır. Sənin sevgin, İlahi mənə sudan da, qidadan da, havadan da daha vacibdir. Susuz da yaşaram səhralarda mən, qidasız da yaşaram çovğunlu, şaxtalı gecələrdə mən, nəfəsimi bir insan olaraq ən çoxu 4 dəqiqə tutub da həyatda qala bilərəm İlahi, ancaq sənin sevgin olmadan bir saniyə də, bir an da yaşaya bilmərəm, Tanrım. Məni heç vaxt tək qoymadın, İlahi. Hər gecə məni şeytandan qorumaq üçün mələk göndərdiyini də bilirəm, bəzən gecələr üstüm açılanda, soyuq olmasın deyə üstümü də örtdüyünü bilirəm, İlahi.

Ağlayanda göz yaşlarımı silən də Sənsən, yıxılanda məni qaldıran da Sənsən, ümidsiz olanda ümid verən də Sənsən, ya bir olan Allahım. Bütün dərdlərimdən, sevinclərimdən, arzularımdan xəbərdar olan Allahım, məni heç tek qoymadın ki Sən. Bu qədər gözəlliklər etdin mənim üçün İlahi, məni həmişə əyri yollardan qorudun, arzularımı çin etməkdə mənə yardımçı oldun, məni sən heç vaxt tək qoymadın İlahi. Hər gecə səndən insanların günahlarından keçməni yalvaranda gözlərimdən yaş gilə-gilə axırdı, İlahi. Heç bilmirəm niyə ağlayıram İlahi, ancaq məndən aslı deyil ki bu, adın gələn kimi bədənim, ruhum titrəyir, çünki qəlbim bədənimin bütün istiliyini alır və dayanmadan sevgi ilə vurur, İlahi. Eybi yox, İlahi qoy mənim ruhum üşüsün, onsuz da ruhumun qidası sənə olan sevgimdir İlahi. Hər cür çətinliyə dözməyə hazıram İlahi, bircə o sevgini məndən əskik etmə. İlahi, bilsəm ki Axirətdə lap mənə heç Cənnəti qismət eləməyəcəksən, yenə də səni çox sevəcəm. Çünki bu hissin insana verdiyi qeyri adi sevinci heç bir şeyə dəyişmərəm.

İlahi, özümü çox xoşbəxt hiss edirəm, baxmayaraq ki hər gün biriləri qəlbimi qırır, qururuma toxunur, məni ağladır. Bunu sənin sevginə borcluyam İlahi. Sənin sevgində əsl xoşbəxtliyi daddım İlahi, sevgin təbəssümümlə, göz yaşlarımı birləşdirdi. Mən sənin borcunu necə qaytaracam ALLAHIM? Mənə sonsuza qədər yaşamağa icazə versən də İlahi, bilirəm ki, heç vaxt borcundan çıxa bilmərəm. İlahi yaxşı günümdə də, pis günümdə də həmişə yanımda oldun və məni dəstəklədin. Sevincimden qanadlanib uçmaq istəyəndə də, kədərimdən boğulanda da birinci sənin adını çəkirəm və sənə sığınıram Tanrım. Hər gün həyat eşqimi bir az da artırırsan İlahi, mənə yaşamağa, öz ayaqlarım üzərində əzilmədən durmağa yardım edirsən Allahım. Sən mənə həyatın mənasını açdın, İlahi. Sən mənə yaşamağın sirrlərini öyrətdin Tanrım. Ən başlıca olaraq da səndən öyrəndim ki, Hər Şərdə Doğurdan da bir Xeyir Vardır. Bu kəlmələri hər hüzünlənəndə deyirəm İlahi və doğurdan da yıxılmamağıma kömək edir, Tanrım.

Zaman keçdikcə də görürəm ki, doğurdan da bir vaxtlar ağlayaraq, özümə əzab verdiyim günlərdə də bir xeyirli həyat dərsi var idi. Sadəcə təəsüf ki, hamı etdikləri səhvlərdən nəticə çıxara bilmir, İlahi. Həyat bir sınagdir, bilirəm Ilahi, bu imtahani hamı verməlidir. Fani dünya üçün göz yaşı axıtmaq lazım deyil, onsuz da özümüz ilə Axirətə bir çöp də apara bilməyəcəyik. İnşallah Allahım, dünyadakı bütün bəndələrinə Cənnəti qismət edərsən, İnşallah mənə də qismət olar Sənin o nurlu simanı görmək, Amin deyirəm İlahi. Səni bütün vücudumla çox sevirəm İlahi və heç bir şey bu sevgini bir damla da olsa azalda bilməz. Mənə görə dünyada insanın sadəcə bir dənə, həqiqi dostu var, o da ki Allahdır. Çünki dostluq dedikdə ilk dəfə fikirə etibarlıq, güvənc, sədaqət gəlir. Dostlar arasında heç vaxt bir sirr olmur, çünki ortada həmişə inam olur. Bütün bu gözəlliklər də sadəcə səndə var İlahi, Sən ən gözəl dostsan Allahım, kim ki hər zaman bəndələriylədir və onlardan heç vaxt yardım əlini əsirgəmir.

Mən bacardığım qədər sevgimi sənə göstərmək istədim, ancaq onsuz da
Sən qəlblərdə olanı bilənsən İlahi. Sənin sevgin mənə hər şeyden daha vacibdir, onu mənə çox görmə İlahi.
Sən doğurdan da heç vaxt məni tək qoymadın İlahi və arzu edərdim ki, hech vaxt da qoymayasan.
AMİN.