Mercedes CLS63 AMG sürəti "üç yüz"ü keçdi

Mercedes CLS63 AMG sürəti "üç yüz"ü keçdi

Vath alman tüninq emalatxanası mütəxəssislərinin uzun əlləri bu dəfə ikinci nəsil Mercedes-Benz CLS modelinə, həm də onun ən güclü variasiyası olan CLS63 AMG da çatıb. Onların fikrincə dörd qapılı sportkupe adını qürurla daşımaq üçün maşının ştat göstəriciləri - 525 a.g. və 4,4 saniyəyə 100 km/saat sürətlənmə azdır.

Buna görə də onlar 5,5 litrlik ikiqat turbo V8 idarəetmə blokunu yenidən işləməklə bərabər hava qəbul etmə və xaric etmə sistemlərini təkmilləşdirməklə maşının nəfəs alıb-verməsini asanlaşdırmış və nəticədə 100 km/saat sürət həddini 3,9 saniyəyə aşan və saatda 325 km maksimal sürəti olan 660 güclü heybətli maşın əldə ediblər. Əgər qalan bütün məsələlərdə standart CLS63 AMG sizi təmin edirsə, o zaman Vath gördüyü bu işə görə sizə 12 800 avro hesab təqdim edəcək və bu sürətə tab gətirəcək dörd ədəd əlavə təzə təkər də verərək sizi rahat buraxacaq.

Yox əgər siz əməlli-başlı iş gördürmək istəyirsizsə, almanların sizə təklifləri az deyil. Məsələn 980 avroya onlar sizin CLS -yə 2-4 sm aşağı salınmış asqı quraşdıra bilərlər. Əlavə 590 avroya isə əyləc magistralı dəyişdirilir. 20 düymlük yaraşıqlı disk dəstini isə onlar 6 338 avroya verirlər. Lakonik qabaq və arxa spoylerin hər biri üçün 1490 avro götürəcəklər. Arxadakı diffuzor isə düz 10 avro ucuzdur. İnteryerlə, aydın məsələdir ki, praktik olaraq nə istəsən edə bilərsən. Qeyd edilənlərdən heyrətamiz 360 km/saat göstəricisi olan spidometr 1450 avro qiymətləndirilib, onun karbon tərtibatı isə göz oxşayır və o cəmi ikiqat bahadır - 3300avro.

Geri dön

1heyat_1desen

  • 25 oktyabr 2011 01:57
  • Məqalə: 143
  • Şərh: 727
  • Bal:
MERSEDESDIDE HEYATDI

heyatim ellerimde

  • 22 oktyabr 2011 21:50
  • Məqalə: 7
  • Şərh: 57
  • Bal:
{awards}
yeni mersedes yaranacaq:Gələn ilin əvvəlində Almaniyanın “Mercedes” avtokonserni özünün yenilənmiş “C class” modelini təqdim edəcək. Bu təqdimat ABŞ-ın Detroyt şəhərində dünyanın ən iri avtosalonunda keçiriləcək. Avtomobil satışa isə 2011-ci ilin yaz aylarında çıxarılacaq. Artıq yeni model avtomobilin ikl görüntülərini Almaniyanın “Autobild” jurnalı öz səhifələrində dərc edib.

Detroyt avtosalonu gələn ilin yanvar ayının 10-da açılacaq. Elə bu zaman da avtomobilin təqdimatı olacaq. Amma bununla belə, yenilənmiş “Mercedes” haqqında artıq indidən də nə isə söyləmək mümkündür. Belə ki, avtomobilin bamperləri və radiator qəfəsinin formasında qismən dəyişikliklər edilib. Avtomobilin ön işıqları L hərfinə bənzər forma alıb. Amma avtomobilin korpusuna demək olar ki, əl dəyilməyib. Bununla belə, maşının salonu daha mükəmməl olub. “Mercedes E-Class Coupe” avtomobilinə quraşdırılan salon burada daha rahat və yüngül materiallardan istifadə olunaraq tətbiq edilib.

Avtomobil 6-silindrli benzin mühərriki ilə təhciz olunub və mühərrik 292 l/s sürəti yığa bilir. Dizel mühərrəkinin gücü 231 l/s olub. Kapotun altında ən güclü versiya - “C 63 AMG” modelindən olan yeni “V8” tipli ikiqat modullu və 500 l/s güclü mühərrik qoşulub. Bu mühərriklər avtokonsernin "C-class" modellərində də qoşulub.

Şirkət rəsmiləri deyir ki, alıcılara daha sonra avtomobilin hibrid versiyası da təqdim ediləcək. Bu model benzin və elektromühərriklə təhciz olunacaq. Avtomobilin qiymətinin o qədər də baha olmayacağı deyilir. Amma bununla belə, yenilənmiş avtomobilin qiymətinin neçəyə olacağı açıqlanmır.

--------------------

beyaz melek

  • 20 oktyabr 2011 18:25
  • Məqalə: 58
  • Şərh: 1126
  • Bal:
{awards}
AMMA YENEDE BMW-nin YERINI VERMEZ

--------------------
Məhəbbəti qorusan onunla ucalarsan
Məhəbbətli qocalsan qoca deyil cavansan.
Hech bir zaman Qadinin eybini uzune vurma, Chunki Qadin ureyi derin bir okeandir ve O okeanda Senin minlerce qebul olunmush eyblerin var!

GEDEN GETMISDIR,GETDIYI GUN BITMISDI,MEN GEDENI DEYIL,GEDEN MENI ITIRMISDIR

Musique Sage

  • 20 oktyabr 2011 17:41
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
aydaaaa gelen il 400 kecer wink

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 
Online

İstifadəçilər: 1
Qonaqlar: 43
Cəmi: 63

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
{slinks}