Ən qəribə toy adətləri

 
Ən qəribə toy adətləri

Hollandiya
Holland toylarında gəlinlə bəyin masasının yanında ağac yerləşdirirlər. Toya gələn qonaqlar gəlin və bəy üçün arzularını yazaraq, bu ağaca asırlar.

Polşa
Polşada gəlinlər toyda yalnız pul qarşılığında rəqs edirlər.

İsveç
İsveç toylarında qonaqlar gəlin və bəyi öpürlər. Əgər gəlin rəqs etməyə gedirsə, bütün qadın qonaqlar bəyi öpmək üçün sıraya düzülürlər. Əgər bəy ortalıqda görünməsə, kişilər gəlini öpmək üçün növbəyə dururlar.

Şimali Koreya
Şimali Koreyada qadınların yaşı 25-dən, kişilərin isə 27-dən aşağıdırsa, evlənmələri qadağandır. Evlənmədən əvvəl fərdlərin əsgərlik və dövlətə qarşı digər öhdəliklərini yerinə yetirmiş olması vacibdir.

Tayvan
Tayvanda gəlinin bəkarətini bəyin qohumu, ya da dostu alır. Səbəb – bəyin belə darıxdırıcı işlə vaxt itirməsinin qarşısını almaqdır!

Bolqarıstan
Toyda gəlin içində köhnə pul, çiy yumurta və buğdanın olduğu qabı başının üzərindən geriyə doğru atır və arxasına baxmır. Qab nə qədər kiçik parçalara ayrılsa, o qədər yaxşıdır. İnanca görə, hələ evlənməmiş iki gəlin namizədinin başqa birisinin toyunda qarşılaşması uğursuzluq kimi qəbul edilir, çünki bu halda onların bir-birlərinin xoşbəxtliyini oğurlayacaqlarını düşünürlər.

Fransa
Toy günü gəlin köhnə sevgi və düşüncələrindən tamamilə təmizlənməsi üçün saatlarla duş qəbul etməlidir. Bir maraqlı ənənədə gəlin və bəyin yalnız evlilik günlərində istifadə edilən və nəsildən-nəslə ötürülən evlilik bardağından şərab içməsidir.

Pakistan
Pakistanın bəzi bölgələrində bəy namizədi qızın ailə böyükləri tərəfindən imtahana çəkilir. Bu imtahanda ailə böyükləri bəy namizədinə ağla gələ biləcək bütün təhqir və söyüşləri işlətməlidirlər, bəy namizədi isə bütün bunlara dözə biləcək qədər soyuqqanlı olmalıdır. İmtahandan müvəffəqiyyətlə keçən gənc evlilik icazəsini almış olur.

Kolumbiya
Gəlinin anası cütün yatağının kənarına oturaraq, ilk cinsi əlaqəyə şahidlik edir.

Mavritaniya
Evlənmə çağına gələn qızların ən az 60, ən çox da 100 kilo olması vacibdir. Hətta gəlin yemək yeməkdən imtina etsə, cəzalandırılır.

Finlandiya
Finlandiyalı gəlinlər toyda əl işi olan qızıl tac taxırlar. Mərasimdən sonra subay gənc qızlar gəlinin ətrafında toplanır. Gəlin gənc qızlar arasından birini seçərək qızıl tacını ona verir, bu da seçilən qızın ondan sonra evlənəcəyinə işarədir.

Bosniya-Hersoqovina
Qızın ailə böyükləri bəy namizəd haqqında bir qərara gəldikdən sonra, oğlan evini qəhvə içməyə dəvət edirlər. Qəhvə şəkərlidirsə, bəy namizədi evlilik üçün uyğun hesab edilib, qəhvə sadədirsə, bəy namizədi rədd edilib deməkdir.

Hindistan
Gəlin və bəy toy yerində yandırılan müqəddəs atəşin ətrafında 4 dəfə fırlanırlar və masalarına doğru qaçmağa başlayırlar. Kim birinci otursa, evdə onun sözünün keçəcəyinə inanılır. Toyda bəy qayınanası tərəfindən qarşılanır, bəyin ayaqları yuyulur, ardından ona süd və bal təqdim edilir.

Çin
Toydan əvvəl bəy evlilik yatağını hazırlayır və üzərinə portağal, fıstıq və müxtəlif meyvələrdən düzür. Ailənin kiçik uşaqları yatağın üzərinə oturdulur və meyvələrlə oynamalarına icazə verilir. Yatağın üzərində nə qədər çox uşaq olsa, bu, yeni bəy və gəlinin o qədər çox uşağının olacağına işarədir.

Türkmənistan
Türkmən gəlinlərinin toylarda geydiyi paltarların ağırlığı az qala gəlinin öz ağırlığı qədər olur. “Kürdə” olaraq adlandırılan və əllə hazırlanmış gəlin paltarının örtüsü və digər paltarlarla birgə ağırlığı 40 kq-ı aşır.

Şotlandiya
Şotlandiyada qədim inanca görə, gəlin toydan bir gün əvvəl küçəyə çıxarılmalı və onun üstünə yumurta, sous kimi maddələrin qarışığı bulaşdırılmalıdır. Və o bu görkəmdə şəhər boyu gəzdirilməlidir. Gecə isə o, ailə böyüklərinin ayaqlarını yumalıdır. Bu ənənə cütün xoşbəxtlik yolunda getmələrinin simvoludur.

Almaniya
Alman gəlinləri toyda duvaq əvəzinə, çiçəklərlə bəzədilmiş tac taxırlar. Toy mərasiminin sonunda cütlük bir kötüyü mişarla kəsir, bu da qarşılaşdıqları çətinliklərə birlikdə sinə gərəcəkləri mənasını verir. Qonaqlar cütün üstünə düyü səpirlər, bu da bərəkət mənasını verir. Gəlinin saçında nə qədər düyü dənəsi qalsa, bu o deməkdir ki, onların düyü dənələrinin sayı qədər uşaqları olacaq.

Çex Respublikası
Bəyin yaxın dostları toy günü gəlini oğurlayır. Bəy gəlini tapmalıdır. Bu adət bəyin gəlini həmişə qoruyacağına işarədir.
Gəlinlə bəy toy salonuna girərkən ayaqlarının önündə qab qırılır və ardından cütlük xoşbəxtliklərinin əbədiliyi üçün bu qırıqları süpürməlidir. Onların xoşbəxt olacağını göstərmək üçün, toy yeməyini də onlar eyni qaşıqla yeməlidirlər.


Geri dön

mor.menekse

  • 22 oktyabr 2011 17:08
  • Məqalə: 0
  • Şərh: 289
  • Bal:
Maraqlidirlar... ama oz adetlerimiz daha gozeldi...

Zaurcik2011

  • 21 oktyabr 2011 12:27
  • Məqalə: 77
  • Şərh: 1776
  • Bal:
{awards}
en gozel adetler bizdedi azerbaycanda

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

TarlanBaycan

  • 20 oktyabr 2011 23:53
  • Məqalə: 6
  • Şərh: 37
  • Bal:
{awards}
Tayvan
Tayvanda gəlinin bəkarətini bəyin qohumu, ya da dostu alır. Səbəb – bəyin belə darıxdırıcı işlə vaxt itirməsinin qarşısını almaqdır! am

--------------------
Love me or hate me, i'm such...

..:LuNaTiK:..

  • 20 oktyabr 2011 23:35
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
en gozel ele bizim adetlerdi mence...

tesekkurler,,,

Ay Üzlü

  • 20 oktyabr 2011 23:12
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
En gozeli oz adetlerimizdi smile
Maraqli xeber ucun cox sag ol bacim


castle_walls

  • 20 oktyabr 2011 22:02
  • Məqalə: 0
  • Şərh: 576
  • Bal:
{awards}
hmm hamis bir birinnen qeribe idi.twkler.

--------------------
Bu gunler bizim omrumuzden kecher
Menim son umidim achilan seher
Senin ellerin,menim elimden
Ayrilarag qovushar ebedi goylere..

Aleyra

  • 20 oktyabr 2011 21:57
  • Məqalə: 4
  • Şərh: 643
  • Bal:
{awards}
maraqli adetler idi bezileri

:..GIZEMLI..:

  • 20 oktyabr 2011 21:30
  • Məqalə: 28
  • Şərh: 3290
  • Bal:
{awards}
Oz adetlerimiz hamidan yaxwidir.,

FLY TIME

  • 20 oktyabr 2011 21:27
  • Məqalə: 51
  • Şərh: 2087
  • Bal:
{awards}
maraqliydi.en yaxwisi Polsadaki toylardi.

aga482

  • 20 oktyabr 2011 20:27
  • Məqalə: 0
  • Şərh: 840
  • Bal:
{awards}
TESEKKURLER fellow

--------------------
HER GUN İNSAN UCUN YENİ BİR HEYATDİR..........

Ku-ku

  • 20 oktyabr 2011 18:52
  • Məqalə: 267
  • Şərh: 5252
  • Bal:
{awards}
maraqli idi fellow

--------------------

Leyla_Memmedova

  • 20 oktyabr 2011 18:40
  • Məqalə: 17
  • Şərh: 446
  • Bal:
{awards}
cox qeribe ve maraqli adetlerdi

--------------------
MənƏ SöZ AtanA MəN GüL AtıraM...AmmA MƏZARINA...

beyaz melek

  • 20 oktyabr 2011 18:21
  • Məqalə: 58
  • Şərh: 1109
  • Bal:
{awards}
HE BUNLARIN COXUSUNU OXUMUSDUM.

--------------------
Məhəbbəti qorusan onunla ucalarsan
Məhəbbətli qocalsan qoca deyil cavansan.
Hech bir zaman Qadinin eybini uzune vurma, Chunki Qadin ureyi derin bir okeandir ve O okeanda Senin minlerce qebul olunmush eyblerin var!

GEDEN GETMISDIR,GETDIYI GUN BITMISDI,MEN GEDENI DEYIL,GEDEN MENI ITIRMISDIR

MiLeyla

  • 20 oktyabr 2011 18:17
  • Məqalə: 0
  • Şərh: 3949
  • Bal:
{awards}
dogrudanda qeribe adetlerdi

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 41
Cəmi: 60

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 36
Cəmi: 582
 
♔Hе важно∞
Xəbərləri: 18
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 23
 
MiSS HaPPy)
Xəbərləri: 10
Cəmi: 20
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 6
Cəmi: 671
 
ஐ Payiz ஐ
Xəbərləri: 5
Cəmi: 8
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 3
Cəmi: 226
 
 
{slinks}