Hüseyn Cavid * Keçmiş günlər* kitabından şeirlər

 
Hüseyn Cavid * Keçmiş günlər* kitabından şeirlər

ÇİÇƏK SEVGİSİ

Ədibi-möhtərəm Əlibəy Hüseynzadəyə

Sevimli, nəşəli, dörd-beş yaşında bir sarışın,
Mələk baxışlı, gözəl bir qız iştə oynayaraq
Qoşardı bağçada... bir şey görüb də etdi maraq:
— Əfəndim, annəciyim! Şöylə saçdığın nə?
— Saqın,
Quzum, ayaqlama! Bunlar çiçək toxumlarıdır.
Səninçin iştə bir az sonra pənbə, mavi, sarı
Gözəl çiçəklər açar həpsi; anladınmı?
— Xayır,
Xayır mən onları sevməm; mənimki pək ayrı,
Bu yanda, bax bu kiçik yerdə ayrı olmalıdır.
— Pəki, mələk çocuğum, hər toxumdan al da bir az,
Bəyəndiyin yerə saç... Kəndin iştə qönçəyi-naz!..
Çocuqcığaz gülərək həp birər-birər ayırır;
Bu çox gözəl, bu nasıl? — der, saçardı həpsindən,
O imdi bir kələbək... hoplayır sevincindən.

Hüseyn Cavid * Keçmiş günlər* kitabından şeirlər

Bu vəqədən azacıq bir zaman keçib getdi...
Gülümsəməkdə ikən şəms, o növərusi bahar,
Təbəssüm etməyə üz tutdu büsbütün əzhar,
Sarıb da bağçayı həp rəngə, nura qərq etdi.
Fəqət o nazlı mələk nerdə?!.
— İmdi yapyalınız,
Dərin bir uyquya dalmış məzar içində o qız!

Hüseyn Cavid * Keçmiş günlər* kitabından şeirlər

QIZ MƏKTƏBİNDƏ

— Quzum, yavrum! Adın nədir?
— Gülbahar.
— Pəki, sənin anan, baban varmı?
— Var.
— Nasıl, zənginmidir baban?
— Əvət, zəngin, bəyzadə...
— Öylə isə, geydiyin geyim neçin böylə sadə?
Yoxmu sənin incilərin, altun bilərziklərin?
Söylə, yavrum! Heç sıxılma...
— Var əfəndim, var... lakin
Müəlliməm hər gün söylər, onların yox qiyməti,
Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti.
- Çox doğru söz... Bu dünyada sənin ən çox sevdiyin
Kimdir, quzum, söylərmisən?
— Ən çox sevdiyim ilkin
O allah ki, yeri-göyü, insanları xəlq eylər.
— Sonra kimlər?
— Sonra onun göndərdiyi elçilər.
— Başqa sevdiklərin nasıl, yoxmu?
— Var...
— Kimdir onlar?
Anam, babam, müəlliməm, bir də bütün insanlar...

Hüseyn Cavid * Keçmiş günlər* kitabından şeirlər

İLK BAHAR

Kiçik bir məktəbliyə

Bahar, bahar gəlmiş, yenə ilk bahar;
Güllər, çiçəklər gülər, quşlar oynar.
Göyün altun saçlı qızı nur saçar,
İnsanların tutqun könlünü açar.
Dağlar, çəmənlər geyinir al, yaşıl;
Yerlər, göylər parıldar işıl-işıl.
Bülbüllər ötüşür, cəh-cəh vururlar,
Güllüklərdə dügün, dərnək qururlar.
Sevgili bir çoban, on bir yaşında,
Düdük çalar axar sular başında.
Ətrafında qoyun, quzu hoplaşır,
Oynar, mələr, qoşar yenə toplaşır.
Bir yanda bir dul qadın ağır-ağır
Xəstə yavrusunu öpüb oynadır.
Bir yanda məktəbli bir çox qız, oğlan
Oynaşıb oxuşur həp bir ağızdan.
Əl-ələ, qol-qola şadan olurlar,
Haqqın qüdrətinə heyran olurlar.

Hüseyn Cavid * Keçmiş günlər* kitabından şeirlər

ÖKSÜZ ƏNVƏR

Doquz yaşında zəki, uslu bir çocuq: Ənvər...
Sinifdə tam iki ildir, birincilikdə onun
Şərəfli bir adı var; daima müəllimlər
Sevərdilər onu. Lakin o imdi çox yorğun.

Hüseyn Cavid * Keçmiş günlər* kitabından şeirlər

O imdi çox mütəfəkkir... cahanda iştə onun
Həyatı, nəşəsi, ümmidi tək bir annəsi var.
Fəqət o, bəlkə üç ay var ki, xəstə, giryənümun
Nəzərlərilə üzər binəvayı leylü nahar.

Hüseyn Cavid * Keçmiş günlər* kitabından şeirlər

Zavallı annəsi söndükcə yavrucuq yanıyor,
Yanıb da qovruluyor; ən böyük düşüncələri
Yarınki matəmi güldürmək üzrə aldanıyor,
Fəqət qadın ərimiş, onda yox həyat əsəri.

Hüseyn Cavid * Keçmiş günlər* kitabından şeirlər

Çocuq dəvam eləyir dərsə hər sabah; lakin
Nə söyləyirsə müəllim, o bir şey anlamayır.
Dalıb, dalıb gediyor, dərs için, vəzifə için,
Toqat yeyirsə də biçarə susmuş, ağlamayır.

Hüseyn Cavid * Keçmiş günlər* kitabından şeirlər

Səkiz gün oldu ki, artıq xəbər yox Ənvərdən,
O imdi dərsə dəvam etməyir, qadıncığazın
Qoşar məzarına öksüzcə ağlar, inlərkən
Gəlincə xatirə mazi, düşüb qalır bayğın.
Sorar sinifdə müəllim o kimsəsiz çocuğu,
Qızar da söylənərək hər gün arxasınca onun;
“Aman, nasıl yaramaz! Bax, bu həftə keçdi dəxi
Nə bir xəbər, nə bir iz var? Demək o bir çapqın...”

Hüseyn Cavid * Keçmiş günlər* kitabından şeirlər

Yarınki gün o soluq çöhrə pürməlali təəb,
Sinifdə ərzi-vücud etdi. Dərsə başlanaraq
Müəllim əkşi, çatıq üzlə püritabü qəzəb,
Görüncə Ənvəri, qaldırdı:
- Ey! Çocuq, mənə bax!
Sən, iştə hanki cəhənnəmdə, söylə, nerdə idin?
Düşünmə, söylə!
- Əfəndim, şey...
- Ah, dəni yaramaz!
Nasıl da bax dalıyor, sanki tülküdür qurnaz!..
Çocuqcığazda cavab: iştə bir sükuti-həzin...
Gözündə dalğalanır incə bir bahar buludu,
O həp baxıb duruyor, yoxdur onda hiylə və suç...
Sükuta qarşı müəllim qəzəblə bir, iki, üç
Toqatlayınca, çocuq bircə kərrə hıçqırdı:
“Aman, vay, annəciyim!..”, sonra qəşş olub getdi;
Bu səs sinifdə olan cümlə qəlbi titrətdi.


Geri dön

sharm

  • 23 oktyabr 2011 14:49
  • Məqalə: 2
  • Şərh: 472
  • Bal:
tesekkurler

--------------------
Gedənə yalvaracaq olsaydım, Hər gələnə EyvAllah deyərdim.
Mən seçərəm mən Tərk edərəm, Mən başlaram mən Bitirərəm. ! Susqunluğumla əzər gülüşümlə keçər Qürurumla Gedərəm!

Nikoyl

  • 22 oktyabr 2011 15:11
  • Məqalə: 139
  • Şərh: 1602
  • Bal:
{awards}
seirler niye beledi?)

--------------------

Zaurcik2011

  • 21 oktyabr 2011 15:28
  • Məqalə: 77
  • Şərh: 1796
  • Bal:
{awards}
2sini oxudum gozel seirlerdi saq olun xebere gore

--------------------

"Mənə nifrət edənlərə nifrət edəcək qədər vaxtım yoxdur.
Çünki mən, məni sevənləri sevməklə məşğulam."

Ay Üzlü

  • 21 oktyabr 2011 13:29
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Cox sag olun bele gozel xeber hazirlamisiniz bele xeberler cox olsa bir o qeder yaxsidi.Elleriniz derd gormesin tewekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 48
Cəmi: 63

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}