Həyata fərqli prizmadan yanaşın

 
Həyata fərqli prizmadan yanaşın

Bir gun ata ve oğul meşədə gəzirler.
Necə olursa, oğul yıxılır və “Ah” deyib qişqırır.
Elə həmin an qarşidaki dağdan “Ah” deyə bir səs gəlir.
Oğul səsin sahibin araşdırmaq üçün “Sən kimsən?”, - deyə səslənməyə başlayır.
Aldığı cavab sualınin eynisi olur - “Sən kimsən?”.
Oğul bu dəfə qəzəbindən “Sən qorxağın birisən”, - deyə səslənir.
Dağdan gələn səs də onu qorxaqlıqla tənbeh edir.

Oğul atasına müraciət edərək məlumat almaq istəyir.
Ata “Oğlum, dinlə və öyrən”, - deyib dağa səslənir: “Sənə heyranam!”, - deyir.
Gələn cavab “Sənə heyranam!”, - şəklində olur.
Ata yeniden səslənib, “Sən möhtəşəmsən!” , - deyir.
Dağdan cavab gəlir: “Sən möhtəşəmsən!” .
Sonra hələ də bir şey anlamayıb onu təəccüblü
baxışlarla seyr edən oğluna dönərək sözünə davam edir:

- Oğul, insanlar buna əks-səda deyirlər, amma əslinde bu həyatdır.

Həyat daima ona verdiklerini geri qaytarır.
Həyat davranışların güzgüsüdür.
Daha çox sevgi istədiyin zaman daha çox sev.
Daha çox hörmət istəsən, daha çox hörmət et.
Insanların daha səbrli olmasını istəyirsənsə, daha səbrli olmağı öyrən.
Bu qanun həyatımızın bir parçasıdır.
Yadda saxla ki, həyatımız təsadüflərdən deyil, davranışlarımızın yansımasından ibarətdir

Həyata fərqli prizmadan yanaşın


Geri dön

fiona_138

  • 21 oktyabr 2011 17:18
  • Məqalə: 0
  • Şərh: 63
  • Bal:
çox maraqlı idi teşekkür

jalicka

  • 21 oktyabr 2011 14:56
  • Məqalə: 27
  • Şərh: 1989
  • Bal:
{awards}
Maraqli xebere gore twk)

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 35
Cəmi: 48

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}