Səbir dediyin belə olur

 
Səbir dediyin belə olur

Bu məqalə sevgidə vəfasızlıq görənlərə də ibrət dərsi ola bilər. Yəni, sevgidə xəyanət görmüş insanlar bəzən keşmişini unuda bilmir, gələcəyə də şübhə ilə baxırlar.
Getməyə özgə yer varmı?
Səbir dediyin belə olur

Adını bilmədiyimiz böyük bir alim varmış. Həmin alim illər uzunu gənclərə dərs verərmiş, onların haqq yolunu tutmalarına səbəb olardı. Onun yetişdirdiyi tələbələrin bəsirət gözləri açılar və çoxlarının görə bilmədiyi gerçəklikləri belə görə bilərdilər. Onun tələbələrindən bir çoxu bəsirət gözü ilə Lövhi-Məhfuz adlanan Göy üzündəki gizli kitabda insanların aqibətini görməyə başladılar. Tez öz müəllimlərinin aqibəti ilə maraqlanır və görürlər ki, onun adının qarşısında "Şaki” (yəni şəkk edən, hələ inanmamış, doğru –düzgün tapınmamış) yazılıb. Bunu oxuyandan sonra tələbələr iki-iki, üç-üç o müəllimi tərk edib gedirlər. Beləcə bircə tələbədən başqa hamı çəkilib gedir. Həmin tələbə də fikirləşir: "Bir halda ki, bu adamın sayəsində biz bu qədər uca məqama yüksələ bildik, ondan ayrılmayacağam. Kim getsə də, mən onu tərk etməyəcəyəm”
Səbir dediyin belə olur

Bir gün müəllim bu sadiq tələbəsindən soruşur:
- Övladım, bəs yoldaşların hanı?
Tələbə dilini sürüyür, bilmir nə cavab versin. Müəlliminə yalan söyləməyi ağlına belə gətirmir, doğrunu söyləməksə ondan da çətindir. Ancaq müəllim israr edəndə o sadiq tələbə məcbur qalıb doğrunu söyləməli olur:
-Ustadım, sizin sayənizdə bizim bəsirət gözümüz açıldı və göy üzündə Lövhi-Məhfuzu görə bildik. Orada gördük ki, sizin adınızın qabağına "cəhənnəm-əhli” yazılıb. Yoldaşlarım cəhənnəm əhli olan birisinin yanında qalmağı qəbul edə bilmədilər və çıxıb getdilər.
Səbir dediyin belə olur

Bəs sən niyə getmədin?
- Necə gedim axı, mənim bu səviyyəyə çatmağıma siz səbəb olmusunuz. Sizi tərk edib getməyi vəfasızlıq sayıram. Ona görə də sizi tərk etməyəcəm.
Tələbəsindən bu sözləri eşidən müəllim belə deyir:
- Övladım, mən bu halımı 40 ildir ki, görürəm. Amma Uca Haqqın qapısından başqa bir qapı da tanımıram. Onun üçün hər şeyə rəğmən dözüb dururam və bu qapıdan ayrılmıram və ayrılmayacağam da. Çünki getməyə başqa qapı, üz tutmağa başqa ünvan yoxdur. Əgər sənin dostların Uca Haqqın qapısından başqa,bir qapı bilirlərsə, gəlib mənə də söyləsinlər.
Uctad başını aşağı dikib düşüncəyə dalır və həmin an tələbənin də gözləri qarşısında ustadın adının qarşısında yazılmış "Şəkki” sözü silinir yerində "Səid” yazılır, yəni bir an əvvələ qədər cəhənnəm əhli sayılan ustad cənnət sakininə çevrilir.
Səbir dediyin belə olur

SƏBİR DEDİYİN BAX BELƏ OLUR...

İnsan inandığı, səbir etdiyi və təslim olduğu qədər güclüdür, xoşbəxtdir. Bəzən sınaq çox ağır olur, amma bir gerçək də var ki, Allah-Təala hər çiyinə daşıya biləcəyi qədər yük qoyar. Başqa cür düşünmək Allah-Təalanın ədalətinə şübhə etmək anlamına gəlir.
Səbir dediyin belə olur


Geri dön

mor.menekse

  • 26 oktyabr 2011 16:29
  • Məqalə: 0
  • Şərh: 300
  • Bal:
Maraqlidi... Allah razi olsun...

TarlanBaycan

  • 22 oktyabr 2011 14:24
  • Məqalə: 6
  • Şərh: 37
  • Bal:
{awards}
Çox ibrətli bir mövzudur Allah razı olsun

--------------------
Love me or hate me, i'm such...

Nikoyl

  • 22 oktyabr 2011 11:29
  • Məqalə: 139
  • Şərh: 1602
  • Bal:
{awards}
tesekkur edirem bele gozel xebere gore

--------------------

_TUNAR_MAMEDOV_

  • 22 oktyabr 2011 00:43
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN ... TWK edrem deyerli yazi ucun

--------------------

Narka E-ZaDe

  • 21 oktyabr 2011 22:15
  • Məqalə: 404
  • Şərh: 4384
  • Bal:
{awards}
Maraqli hekayədir

--------------------
Тот, кто в тебе нашел счастье – твой. Все остальные - гости.

SeL_cAn

  • 21 oktyabr 2011 17:30
  • Məqalə: 19
  • Şərh: 987
  • Bal:
{awards}
Maraqli hekayədir

--------------------
SÖZLƏRİM ÖPSÜN BAXIŞLARINI
XƏYALIM RUHUNU ÖPDÜYÜ KİMİ

_eslemnur_

  • 21 oktyabr 2011 16:30
  • Məqalə: 0
  • Şərh: 69
  • Bal:
{awards}
Cox gozel maraqli hekayedi... Allah razi olsun.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 17
Cəmi: 29

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}