Günahların Təsiri

 
Günahların Təsiri

Günah dedikdә itaәtsizlik, qanunu pozmaq, dünyanın tәbii nizamına qarşı qiyam mә`naları nәzәrdә tutulur. Bu baxışa әsasәn, yaranış alәminin tam qanuni zәrurәtlәrini görmәmәzliyә vuran şәxs günahkar sayılır. Çünki yaranış nizama әsaslanır, hәr bir nizam qanundan qaynaqlanır. Qanunsuzluq özü günahdır vә günah Xaliqә qarşı üsyan kimi başa düşülür. Bu gün bәşәriyyәt mә`nәviyyat qaynağından uzaqlaşaraq itaәtsizliyә üz tutmaqla yerdә vә göydә bir çox bәlalar әrsәyә gәtirmişdir. İnsan isә faciәyә düçar olmasının sәbәbini anlamır. Doğrudan da, bәşәriyyәt nә üçün bir bu qәdәr bәlaya düçar olmuşdur? Hansı bәladan danışaq?
Günahların Təsiri

Bәzәn dәhşәtli bir sel şәhәrlәri vә әkin sahәlәrini xaraba qoyur, sunami şәklindә cәnub-şәrqi asiya sahillәrini bürüyür, milyonlarla insan ev-eşiksiz qalır; Bәzәn göy yerә açılmış bacalarını bağlayır, yaşıl alәm dodağını islatmaq arzusunda qalır. Quraqlıq, qәhәtlik, aclıq, mәcburi mühacirәtlәrlә sonuclanır;
Bәzәn od, bәzәn külәk, bәzәn torpaq sürüşmәsi, bә`zәn su elә fәlakәtlәr yaradır ki, buna savaşlar, qәtl-qarәtlәr dә әlavә olunsa bәşәr nәslinә son qoyular.
Günahların Təsiri

Әgәr bu hadisәlәrin, tәbii vә qeyri-tәbii bәlaların sәbәbini araşdırsaq belә bir qәnaәtә gәlәrik ki, biz öncәdәn yolumuzu seçmişik: Mәnәviyyatdan uzaqlaşmaq! Bu iddia üçün sözsüz ki, dәlillәrimiz var. Birinci dәlil tam mәntiqi vә asan anlaşılandır: Hәr kәs әkdiyini biçir. Yә`ni müsibәt әkәn, torpağa günah toxumu sәpәn rahatlıq vә xoşbәxtlik görmür. İkinci dәlil vәhy vә mә`sumların buyurduqlarında әks olunur. İslami mәnbәlәrdә bәd әmәllәrin acı nәticәlәrinә aşkar işarәlәr var. Qarşıdakı söhbәtlәrimizdә deyilәnlәr әtraflı şәkildә açıqlanacaq, günahın tәsirlәri araşdırılacaq.

Günahların Təsiri


Geri dön

Nikoyl

  • 22 oktyabr 2011 11:42
  • Məqalə: 139
  • Şərh: 1602
  • Bal:
ALLAH RAZI OLSUN!!!

--------------------

_TUNAR_MAMEDOV_

  • 22 oktyabr 2011 00:44
  • Məqalə: 671
  • Şərh: 4820
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN ... TWK edrem deyerli yazi ucun

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 28
Cəmi: 40

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}