Müsahibə zamanı nə etməli?

 
Müsahibə zamanı nə etməli?

Müsahibə zamanı nə etməli?

Müsahibə götürənlərin adlarının öyrənməli və sual soruşarkən adlarını söyləməklə xitab etmək lazımdır.

Müsahibəyə başlamazdan öncə şirkət və elan olunmuş iş haqqında məlumat verilməsini xahiş edin.

Müsahibə əsasında icazə alaraq, öncədən hazırladığınız işlə bağlı sualları soruşmaq müsbət fikir oyada bilər.

Müsahibə zamanı lazım olan məlumatları qeydə almağınız proses boyunca sizə daim kömək ola bilər.

Tələblərdə xarici dil varsa, müsahibənin bir qisminin və ya tam hissəsinin xarici dildə keçəcəyini unutmayın.

Müsahibə zamanı soyuqqanlı və rahat olmalısınız.

Görüşdüyünüz insanlarla yaxşı əhval-ruhiyyədə davranmalı və müsbət enerji verməlisiniz.

Müsahibə zamanı hər hansı bir içki götürməməyiniz məsləhətdir. Diqqətinizi görüşə cəmləyin.

Özünü çox müvəffəqiyyətli bir adam olaraq görün və bu istiqamətdə motivasiya edin.

Özünüzə güvənməyiniz bədən dilinizdən müəyyən olunmalıdır.

Güclü xüsusiyyətlərinizi, bacarıqlarınızı və maraqlarınızı ön plana çıxarın.

Qarşı tərəf danışarkən, sizə faydalı məlumatlar təqdim edəcəyi üçün müsahibinizin sözünü kəsməyin.

Müsahibə zamanı öz haqqınızda danışdıqlarınız daha öncədən təqdim etdiyiniz CV ilə üst-üstə düşməlidir.

Gələcəklə əlaqədar, sirr olmayan planlarınızı açıq şəkildə ortaya qoymalısınız.
Qərarlı olmalı, karyera hədəflərinizi dəqiq olaraq şərh etməlisiniz.

Bədən dilinizə, mimika və jestlərinizə diqqət yetirməlisiniz.

Bu işi və şirkəti niyə seçdiyinizi izah etməlisiniz.

Təhsil həyatınızdakı müvəffəqiyyətlərinizi və ictimai fəaliyyətinizi danışmalısınız.

İş həyatınızda məsul olduğunuz layihələr və ya etdiyiniz fərqliliklərdən bəhs etməniz faydalı olacaqdır.

Müsahibəni istiqamətli və konkret olaraq yürütməli, subyektiv yanaşmadan uzaq durmalısınız.

Müsahibə zamanınızın məhdud, qarşı tərəfi isə razı salmanızın vacib olduğunu əsla unutmayın.

Onlara sizi niyə seçməli olduqlarını izah etməlisiniz.

Bu günə qədər əldə etdiyiniz mükafatlar və ya təhsil dərəcələriniz varsa, mütləq qeyd etməlisiniz.

İlk müsahibələrdə əmək haqqı mövzusuna toxunmayın, əgər qarşı tərəf soruşarsa, ortalama bir rəqəm söyləyin və bu mövzuda firmanın əmək haqqı siyasətini daha öncədən öyrənin (müraciət etməmişdən qabaq).

Müsahibə zamanı nə etməli?


Geri dön

QaraQurd

  • 22 oktyabr 2011 23:23
  • Məqalə: 1
  • Şərh: 39
  • Bal:
Hmmm, bu yazı məndə var. Çox vaxt bu tip yazılar insanların köməyinə çatır.

--------------------
Qoyunsansa, qurddan inciməyə haqqın yoxdur!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 36
Cəmi: 56

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 582
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 23
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 7
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 4
Cəmi: 671
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}