Günün tarixi (22 Oktyabr)

 
Günün tarixi (22 Oktyabr)

E.ə.202 — Hannibalın rəhbərlik etdiyi Karfagen
ordusu Zama döyüşündə Roma legionlarına məğlub olmuşdur.

362 — Dafne şəhərində yerləşən Apollon məbədi
səbəbi bilinməyən yanğında məhv olmuşdur.

1600 — Osmanlı ordusu, Macarıstanın Kanije qalasını fəth etmişdir.

1746 — "The College of New Jersey"
(indiki adı ilə Prinston Universiteti) qurulmuşdur.

1883 — Nyu-York şəhərində yerləşən Metropolitan Operası
"Faust" operasının premyarası ilə açılmışdır.

1931 — Amerikalı mafiya lideri Al Kapon (Al Capone)
vergi ödəmədiyinə görə 11 il həbs cəzası almışdır.

1935 — SSRİ-də marşal rütbəsi təsis edilmişdir.

1938 — Amerikan mühəndis Çarlston surətçıxarma aparatını icad etmişdir.

1953 — Laos Fransadan müstəqilliyini elan etmişdir.

1960 — boksçu Məhəmməd Əli professional rinqdə ilk qələbəsini qazanmışdır.

1962 — Amerika Birləşmiş Ştatları prezidenti Con Kennedi (John F. Kennedy),
Kubada SSRİ nüvə başlığları olduğunu açıqlamışdır və Karib
böhranının qızğın vaxtında Kennedi Kubaya qarşı iqtisadi embarqo qoymağı təklif etmişdir.

1964 — Jan Pol Sartr (Jean-Paul Sartre) Nobel
Ədəbiyyat Mükafatını qazanmış, amma mükafatı geri qaytarmışdır.

1980 — Roma papası Qaliley haqqında
1633-cü ildə çıxarılmış hökmü ləğv etmişdir.

1982 — Amerikada ilk Rembo filmi ekranlara çıxmışdır.

1983 — Qərbi Almaniya və Fransada 1 milyon
500 min nəfər nüvə silahı əleyhinə etiraz nümayişi keçirmişdir.

1990 — Qırğızıstanın müstəqilliyi haqqında konstitusiya aktı qəbul olunmuşdur.

1996 — Azərbaycan Respublikası Cibuti ilə diplomatik əlaqələr qurmuşdur.

2000 — Taliban hərəkatı Əfqanıstanda axşamlar
idmanla məşğul olmağı qadağan etmişdir.

2006 — Alman avtombil pilotu Mixael Şumaxer karyerasına son qoymuşdur

Doğumlar

1688 — Nadir şah Əfşar — İran şahı (ö. 1747).
1919 — Ərtoğrul Cavid.
1929 — Lev Yaşin - sovet futbolçusu.
1940 — Mailə Muradxanlı - rejissor.
1949 — Arsen Venqer — futbol məşqçisi.
1985 — Zak Henson — aktyor.

Ölümlər

1981 — Həsənağa Salayev - Xalq artisti, aktyor (d. 1921).

Bayramlar və xüsusi günlər

Rusiya - Ağ leyləklər günü.
Honduras - Ordu günü.
Somali - İnqilab günü.


Geri dön

R.M_FaNaTka

  • 22 oktyabr 2011 20:42
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
hmm maraqli xeberdi twkler baciwkoo

--------------------

Ada...07

  • 22 oktyabr 2011 20:15
  • Məqalə: 46
  • Şərh: 2814
  • Bal:
{awards}
bu gunun cox maraqli tarixleri var, maraqli melumat ucun tewekkurler...

--------------------


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 36
Cəmi: 50

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}