Səpələntilər

 
Səpələntilər

Ürəyim görəni görə bilmirəm,
Qoparmı köksümdən nərə bilmirəm,
O dadı o sözə verə bilmirəm,
Yarın dodağından çıxdığı kimi.

Səpələntilər

Çıxıb haqq yoluna qərar tapaydıq,
Yol boyu nə dövlət, nə var tapaydıq.
Barı geyinməyə paltar tapaydıq,
Bəlli “donumuz”un çoxluğu kimi.

Səpələntilər

Nə tapdıq düşənə qılınc vurmadan,
Mən sənə, sən mənə qurğu qurmadan?
Dərd olmaz qəlbimin susub-durmadan,
Dərdini gözümə soxduğu kimi.

Səpələntilər

İnsan əsir olur şöhrətə, ada,
Hökm etmək arzusu düşəndə yada.
İkinci həqiqət yoxdur dünyada,
Həqiqət dadının yoxluğu kimi.

Səpələntilər

Nə dara çəkirsən tale əhdini?
Durub oyatmaqdan sönük bəxtini.
Bəndə günah gəzir, dönük bəxtini
Tanrının başına qaxdığı kimi.

Səpələntilər

Ruhuma yeni bir inam gələydi,
Düşkün düşüncəyə sədd çəkiləydi.
Ox batıb gözümdən qan töküləydi,
Xeyirsiz yaşların axdığı kimi.

Səpələntilər

“Of” çıxır dilimdən vətən yolunda.
Nə gəlir əlimdən vətən yolunda?
Qorxmalı ölümdən vətən yolunda,
Əzrail ölümdən qorxduğu kimi.


Geri dön

sharm

  • 23 oktyabr 2011 14:41
  • Məqalə: 2
  • Şərh: 472
  • Bal:
Ruhuma yeni bir inam gələydi,
Düşkün düşüncəyə sədd çəkiləydi.
Ox batıb gözümdən qan töküləydi,
Xeyirsiz yaşların axdığı kimi.

--------------------
Gedənə yalvaracaq olsaydım, Hər gələnə EyvAllah deyərdim.
Mən seçərəm mən Tərk edərəm, Mən başlaram mən Bitirərəm. ! Susqunluğumla əzər gülüşümlə keçər Qürurumla Gedərəm!

Dinar Mamedova

  • 23 oktyabr 2011 05:06
  • Məqalə: 772
  • Şərh: 1863
  • Bal:
{awards}
cox gozel seyirdi tewekkurler

--------------------

ZERiDE

  • 23 oktyabr 2011 01:18
  • Məqalə: 35
  • Şərh: 148
  • Bal:
{awards}
“Of” çıxır dilimdən vətən yolunda.
Nə gəlir əlimdən vətən yolunda?
Qorxmalı ölümdən vətən yolunda,
Əzrail ölümdən qorxduğu kimi.

Ay Üzlü

  • 22 oktyabr 2011 22:00
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
elleriniz derd gormesin

Nikoyl

  • 22 oktyabr 2011 21:11
  • Məqalə: 139
  • Şərh: 1602
  • Bal:
{awards}
oy dalbadal seirler gelire sayta)))

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 40
Cəmi: 77

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 28
Cəmi: 509
 
♔Hе важно∞
Xəbərləri: 23
Cəmi: 65
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1143
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}