İslamda ən böyük günah

 
İslamda ən böyük günah


"Qiyamət günü hər kəsin əməl dəftəri qarşısına qoyulacaq. Ya Məhəmməd! O zaman günahkarların orada yazılmış öz pis əməllərindən onlara görə veriləcək cəzadan qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: "Vay halımıza! Bu əməl dəftəri niyə heç bir kiçik və böyük günahımızı nəzərdən qaçırmadan hamısını sayıb qeydə almışdır!». Onlar (dünyada) etdikləri bütün əməllərin (öz qarşısında) hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!" ("Kəhf" surəsi, 49)

1.Allaha şərik qoşmaq.
Böyük günahların ən böyüyü şirkdir. Şirk Allaha şərik qoşmaq, Allahdan başqa ilahi olduğuna inanmaqdır. Yəni Allahın bir ortağı olduğunu qəbul etməkdir. Bu mənadakı şirk yalnız böyük günah deyil, eyni zamanda kafirlikdir. Qurani-Kərimdə belə buyurulur: «Sizin Tanrınız tək olan Allahdır. Ondan başqa Tanrı yoxdur. O, rəhmli və mərhəmətlidir» («Əl-Bəqərə» surəsi, 162). Allaha ortaq qoşan insan ən böyük günaha batmışdır. Buna görə tövbə etmədiyi müddətcə Allah-Təala onu bağışlamaz. «Nisa» surəsinin 48-ci ayəsində belə buyrulub: «Şübhə yoxdur ki, Allah özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlayar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur». İbadət yalnız Allaha edilir. Ona edilən ibadətə başqasını ortaq etmək şirkdir. Bəzi insanlar özləri də bilmədən bu günaha batır. Onların Allah üçün olan hörmət və təzimin oxşarlarını insanlara da edirlər. Halbuki hər gün beş vaxt qıldığımız namazın hər rükətində oxuduğumuz «Fatihə» surəsində: «Ey Rəbbimiz! Biz yalnız Sənə ibadət edirik və Səndən kömək diləyirik» deyirik.

2.Adam öldürmək.
Bu, Allah-Təalanın ən gözəl şəkildə yaratdığı və kainatdakı hər şeyi xidmətinə verdiyi insana haqsız yerə qıymaqdır. Dinimizə görə hər kəs yaşamaq hüququna sahibdir. Bu hüququ insana böyük Allah vermişdir. İnsanı bu hüququndan məhrum etməyə Allahdan başqa heç kimin səlahiyyəti yoxdur. Buna görə də başqasını haqsız yerə öldürən insan böyük günaha batmış olur. Çünki Allah-Təala: «Allahın haram buyurduğu Cana haqsız yerə qəsd etməyin», -deyə buyurmuşdur («İsra» surəsi, 33). İnsanın öz canına qəsd etməsi, yəni intihar etməsi də böyük günahdır. Peyğəmbərimiz (s.ə.s) buyurur: «Kim kəskin bir alətlə özünü öldürsə, o Adama cəhənnəm atəşində həmin alətlə əzab veriləcək».

3.Namuslu qadınlara böhtan atmaq.
Böhtan bir insanın eləmədiyi şeyi elədiyini və ya söyləmədiyi sözü söylədiyini iddia edərək ona qara yaxmaqdır. Qurani-Kərimdə belə buyrulur: «Ey insan! Bilmədiyin bir şeyin dalınca getmə. Çünki qulaq, göz və ürək sahibinin etdiyi əməl, dediyi söz barəsində sorğu-sual olunacaqdır». Namuslu bir qadına böhtan atmaq onun həyatını məhv edər. Çünki ismət qadının ən qiymətli varlığıdır. Böhtan onu yerlə-yeksan edər. Günahsız insanların əzab çəkməsinə səbəb olmaq çox pis hərəkətdir. İnsan özünə olmasını istəmədiyi bir şeyi başqasına da etməməlidir.

4.Zina etmək.
Zina bir-birilə evli olmayan insanların cinsi əlaqəyə girməsidir. Dinimiz zinanı qadağan etmişdir. Çünki onun müxtəlif zərərləri var. Hər şeydən əvvəl insanın sağlamlığını pozur. Bir çox zöhrəvi xəstəliyin mənbəyi zinadır. Ailə üçün ən böyük təhlükə şübhəsiz ki, zinadır. Zina ailənin qurulmasına mane olur, qurulmuş ailəni isə dağıdır. Ailə isə cəmiyyətin nüvəsini əmələ gətirir. Uşaq ailədə böyüyür. Ailənin təhlükəyə düşməsi cəmiyyətin təhlükəyə düşməsidir. «İsra» surəsinin 32-ci ayəsində buyrulur: «Zinaya da yaxın düşməyin. Çünki o çox çirkin bir əməl və pis bir yoldur».

5.Müharibədən qaçmaq.
Dinimizin bizə verdiyi bir sıra vəzifələr vardır. Vətəni qorumaq və lazım olduğu zaman onun uğrunda vuruşaraq ölmək bu vəzifələrin ən vaciblərindən biridir. Dinimiz əsgərliyə böyük əhəmiyyət vermişdir. Peyğəmbərimiz (s.ə.s) buyurur: «Sərhəddə bir gün növbət gözləməyin bir ay gündüz nafilə oruc tutub gücə ibadət etməkdən daha çox savabı vardır». Vətən uğrunda döyüşərkən ölənlərə şəhid deyilir. Şəhidlik isə bir müsəlmanın bu dünyada nail ola biləcəyi ən uca mərtəbədir. Peyğəmbərimiz (s.ə.s) öldükdən sonra Cənnətə gedən heç kimin bütün dünyanı ona versələr də, geri qayıtmaq istəmədiyini bildirmişdir. Yalnız şəhidlərin şəhidliyin ucalığını gördükləri üçün dünyaya qayıdıb yenə on dəfə şəhid olmağı arzu edəcəklərini xəbər vermişdir.

6.Sehrbazlıq etmək.
Sehrbazlıq cadu, əfsun gözbağlayıcılıq və hiyləgərlik şəklində təzahür edən şeyə deyilir. Sehr fikirləri qarışdırır, ürəyi yaralayır, əxlaqı yerlə-yeksan edir. Ərlə-arvadın arasını vurur, ailə yuvasını dağıdır. İnsanları bir-birilə düşmən edir, cəmiyyətdə narahatlıq yaradır. Məhz bu səbəblərlə dinimiz sehrbazılığı qadağan etmiş, sehrbazlıqla məşğul olanların pis ruhlu insanlar olduğunu, dünyada və axirətdə pərişan olacaqlarını bildirmişdir. Peyğəmbərimiz (s.ə.s) belə buyurur: «Kim falçıya gedib onun söylədiyinə inansa, o adam Məhəmmədə nazil olan Qurani-Kərimi inkar etmiş olar».

7.Yetim malı yemək.
Yetimlərin özü kimi mallarını da qorumaq hər bir müsəlmanın vəzifəsidir. Onların malını öz malı kimi yeyənlər böyük günah işləyir. «Nisa» surəsinin 10-cu ayəsində belə buyurulur: «Həqiqətən yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar qiyamətdə alovlu Cəhənnəmə girəcəklər».

8.Ata-ananın üzünə ağ olmaq.
Müsəlmanın iki əsas vəzifəsi vardır: yalnız Allaha ibadət etmək və Onun yaratdıqlarına şəfqət və mərhəmət göstərməkdir. Ata-anaya xüsusilə qocaldıqları vaxt edilən xidmət insanın Cənnətə girməyə layiq görülməsinə, əksi isə Cəhənnəmə girməsinə səbəb olur. Peyğəmbərimiz (s.ə.s): «Başı daşdan daşa dəysin, yenə başı daşdan daşa dəysin», - deyə buyurmuşdur. Ondan kimin, deyə soruşduqda: «Ata-anasından ikisinin və ya birinin yaşlandığı vaxtda köməyinə yetişib, Cənnətə getməyənin», - deyə cavab vermişdir.

9.Yalan və yalançı şahidlik.
Xətir və ya mənfəət üçün məhkəmədə yalançı şahidlik etmək böyük günahdır. Çünki yalançı şahid ədaləti zədələyir, haqqın tapdalanmasına və günahsız insanların əziyyət çəkməsinə, zərər görməsinə səbəb olur. Şahidlik etdiyimz şikayətçi yaxınlarımız, sevdiklərimiz də olsa, yenə şahidliyi Allah üçün etməli və doğrunu söyləməliyik. Qurani-Kərimdə belə buyurulur: «Ey iman gətirənlər! Şahidliyiniz özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışın Allaha şahid olun!» («Nisa» surəsi, 135).

10.Fərz olan ibadətləri tərgitmək.
Fərz olan ibadətlər dedikdə, kəlmeyi-şəhadət, namaz qılmaq, zəkat vermək, Həccə getmək, Ramazan orucunu tutmaq nəzərdə tutulur. Bu ibadətləri hər bir müsəlmanın yerinə yetirməsi lazımdır, fərzdir. Şərtlərini bildiyi və imkanı olduğu halda, bu ibadətləri etməmək böyük günahlardandır.

11.Təkəbbür.
İnsanın özünü bəyənməsi və başqalarının yanında lovğalanması təkəbbürdür. Özündən razı olan adamı Allah sevmədiyi kimi, insanlar da sevməzlər. Qurani-Kərimdə təvazökarlıq təriflənmiş, təkəbbür, yəni özündən razılıq və lovğalıq pislənmişdir. Allah-Təala buyurur: «Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz!» («Lokman» surəsi, 18). Başqa bir ayədə isə buyurulur: «Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edirik. Gözəl aqibət ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir» («Qəsəs» surəsi, 83). Peyğəmbərimiz də (s.ə.s) belə buyurur: «Cəhənnəmlikləri sizə xəbər verimmi? Onlar Daşürəkli, malını xeyir işdən əsirgəyən təkəbbürlü insanlardır».


Geri dön

♡VoR_zAkOn♡

  • 7 fevral 2012 21:35
  • Məqalə: 4
  • Şərh: 115
  • Bal:
ALLAH RAZI OLSUN

_favorit_arkadas

  • 5 fevral 2012 12:56
  • Məqalə: 556
  • Şərh: 8232
  • Bal:
{awards}
Tewekkurler,deyerli xebere gore....

--------------------

YaKiWiKLi SeRSeRi

  • 20 yanvar 2012 20:53
  • Məqalə: 128
  • Şərh: 798
  • Bal:
{awards}
Allah razi olsun!!!!

B_A_H_A_R

  • 20 yanvar 2012 18:53
  • Məqalə: 12
  • Şərh: 2919
  • Bal:
{awards}
EZIYYETE GORE TESEKKUR

--------------------
xosbextem cunki almagim gereken qisaslarini aldim)))) seni yandirdim yaaaa gerisi bosss

FLY TIME

  • 9 noyabr 2011 19:54
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
{awards}
xebere gore twk coooooooooooox maraqli idi.......

miss_sokaladka

  • 4 sentyabr 2011 10:53
  • Məqalə: 0
  • Şərh: 936
  • Bal:
{awards}
tesekkurler

--------------------
Bir sabah oyandığında onun sənin üçün nə qədər dəyərli olduğunu
anlayacaqsan,amma o bunu artıq dərk etmiş oğlanın yanında oyanmış olacaq................................................

music_angel

  • 1 sentyabr 2011 12:22
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

..:MeleK kiz:..

  • 24 avqust 2011 20:38
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
twk maraqlidi[u][/u]

CandyGirl

  • 2 iyul 2011 15:09
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tewekkurler maraqlidi

--------------------

Inciciceyi

  • 23 iyun 2011 10:27
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun
gozel xeberdi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

nilayka

  • 1 may 2011 21:31
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
tewekkurler. deyerli melumatlara gore

--------------------

::..ONSLAUGHT::..

  • 10 mart 2011 18:30
  • Məqalə: 197
  • Şərh: 11490
  • Bal:
{awards}
tewekkur......................

--------------------
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (

L_SimuS

  • 4 yanvar 2011 21:52
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkurler

Grace_Angel

  • 9 oktyabr 2010 19:32
  • Məqalə: 654
  • Şərh: 2278
  • Bal:
{awards}
Tewekkurler xebere gore....ALLAH RAZI OLSUN.......

--------------------

STORM MEN

  • 12 avqust 2010 16:32
  • Məqalə: 146
  • Şərh: 541
  • Bal:
{awards}
Maraqli xebere gore cox saqol.

--------------------

☪SkAzKa KaVkAzA☪

  • 23 fevral 2010 22:18
  • Məqalə: 85
  • Şərh: 928
  • Bal:
{awards}
elerine saqliq cox maraqli xeberdi teshekkurler

nn_nn

  • 22 fevral 2010 12:50
  • Məqalə: 53
  • Şərh: 784
  • Bal:
{awards}
Allah razi olsun xebere gore minnetdaram

--------------------

aydanka09

  • 22 fevral 2010 00:40
  • Məqalə: 0
  • Şərh: 342
  • Bal:
{awards}
duzdu insanlar oz emellerine gore cavab vereceyler

ViTaMiNKa

  • 21 fevral 2010 23:36
  • Məqalə: 1
  • Şərh: 132
  • Bal:
{awards}
..::TiaNa::..,
Allahi unutma,
ikinizde eziyyetinize gore tesekkur.gunahlarin yarisini yadima saldiz yarisi yadimdan cixmisdi...

Persofona

  • 21 fevral 2010 19:55
  • Məqalə: 24
  • Şərh: 562
  • Bal:
{awards}
Allah razi olsun

Mr_Unlimited

  • 21 fevral 2010 15:06
  • Məqalə: 428
  • Şərh: 2845
  • Bal:
{awards}
tewekkurler. deyerli melumatlara gore

..::TiaNa::..

  • 21 fevral 2010 13:38
  • Məqalə: 10
  • Şərh: 62
  • Bal:
{awards}
Sitat: Rufik
Qeyd edimki bu xeberi Allahi unutma və ..::TiaNa::.. adli istifadəçilər hər ikisi eyni göndərib

..::TiaNa::.. xanımın xəbəri daha baxımlı olduğu üçün onu dərc etmək qararına gəldim


Cooox tesekkurler eziyyeteinizi deyerlendireceyem Bele xeberler ve basqa gozel xeberler cox qoyacagam.

Allah tekdir

  • 21 fevral 2010 01:48
  • Məqalə: 5
  • Şərh: 221
  • Bal:
{awards}
islamda 11 gunah oxumuwam bunu hetta men de bunu derc etmek fikrinde idim sadece sen menden celd oldun.

Ayka

  • 20 fevral 2010 22:16
  • Məqalə: 0
  • Şərh: 356
  • Bal:
{awards}
Her ikisine gozel xeber ucun tesekkur

Ulya

  • 20 fevral 2010 21:58
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
emeye hormet

R.e.N.a.T

  • 20 fevral 2010 21:46
  • Məqalə: 6
  • Şərh: 166
  • Bal:
{awards}
Maraqlidi Twr

--------------------

Rufik

  • 20 fevral 2010 21:45
  • Məqalə: 273
  • Şərh: 661
  • Bal:
{awards}
Qeyd edimki bu xeberi Allahi unutma..::TiaNa::.. adli istifadəçilər hər ikisi eyni göndərib

..::TiaNa::.. xanımın xəbəri daha baxımlı olduğu üçün onu dərc etmək qararına gəldim

Heyrətamiz xəbərə görə minnətdaram

--------------------
<i>Когда девушка начинает беседу словами «Ты правда очень хороший парень…», — можешь собирать вещи.</i>


CheMisTry

  • 20 fevral 2010 21:28
  • Məqalə: 0
  • Şərh: 67
  • Bal:
{awards}
Ey Rəbbimiz! Biz yalniz sənə ibadət edirik və Səndən kömək diləyirik" Chox gozel melumatdi. TESHEKKURLER

--------------------
Bismillahir Rehmanir Rehim her bir yazinin bashlangicidir.....,

фея

  • 20 fevral 2010 21:24
  • Məqalə: 594
  • Şərh: 2990
  • Bal:
{awards}
tw maraqlidi

--------------------
Никогда не говорите:"Не надо","Нельзя","Не буду"или"Не могу".Выкиньте слово"НЕТ"из своего словаря:вы лишаете себя своих же возможностей!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 17
Cəmi: 36

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}