Kişi - Birinci qan qrupuna malik kişiyə rədd cavabı verməklə elə bilməyin ki, o sizdən əl çəkəcək. Çünki onlar özləri haqda o qədər yüksək fikirdədirlər ki, heç bir etirazı qəbul etməyəcək və son nəticəyə qədər mübarizəyə davam edəcəklər. Deyilənə görə, seks haqqında onlar dəqiqədə 6 dəfə fikirləşirlər.
Qadın - birinci qan qrupudursa, qısqanc, hissiyyatlı, ehtiraslı olur. Bu qadınlar özlərini yad kişilərlə aparmağı çox yaxşı bacarırlar, yumşaq təbiətli kişilər onlara darıxdırıcı gəlir. Soyuqqanlı, qorxubilməz biznes-ledilər arasında birinci qan qrupuna daha çox rast gəlinir.
İkinci qan qrupu: əməksevər calışqanlar!
Haradasa 15 min il əvvəl ov zamanı bəxti gətirməyən insanlar bitki yeməyi öyrəndilər və beləliklə, ikinci qan qrupu meydana gəldi. Adətən sakit, hövsələli, mehriban, nizam-intizamlı insanların damarlarında məhz bu qan axır.
Kişi - ikinci qan qrupudursa, sevgilisinin bütün kaprizlərinə dözür, nazı ilə sona qədər oynayır, uşaqcasına ona konfetlər, meyvələr verir. Adətən bu cür kişiləri bir az yaşlı qadınlar daha çox qiymətləndirirlər, çünki onları ehtiras yox, etibarlı əllərdə olmaq maraqlandırır.
Qadın - ikinci qan qrupudursa, utancaq olur, geyimlərində və davranışlarında müəyyən hədd gözləyir. Sevgisini etiraf etmək? - Qətiyyən! Birinci yaxınlaşmaq və sadəcə salamlaşmaq? - Xeyr, birdən o başqa şey fikirləşər. Bu cür qadınlar üçün məhəbbətsiz seks yoxdur. Bu qadınlar əla ömür-gün yoldaşı olub sona qədər ərlərinə sadiq qalırlar.
Üçüncü qan qrupu: köçəri, əyləncəsevərlər!
Bu qan qrupu insanların heyvanları əhilləşdirməyə və sonra da köçəri həyat tərzi keçirməyə başladığı andan meydana gəlib. Onlar kollektivdən kənar özlərini əla hiss edir, tez-tez yaşayış yerlərini dəyişirlər. Amerikada keçirilən sorğuya görə, milyonçuların 40%-i üçüncü qan qrupuna malik insanlardır.
Kişi - köçəri ingilissayağı çıxıb getməyə həmişə hazırdır. O, heç kimi əldə etməyə çalışmır, sadəcə xoşa gəlmək, görüş təyin etmək, sıxılmadan söhbət etmək xoşuna gəlir. O, həzz almağı və əylənməyi bacarır.
Qadın - üçüncü qan qrupuna aid olanları kobud olaraq �dinamist� adlandırırlar. Və əgər o, kipriklərini aşağı-yuxarı hərəkət etdirib, sonra sizə telefon nömrəsini veribsə, bu hələ heç nə demək deyil.
Dördüncü qan qrupu: sirrli və ziddiyyətli!
Dördüncü qrup ən cavanı hesab olunur. Təxminən 2 min il yaşı var. Əmələ gəlməsini isə qida ilə deyil, müxtəlif qan qruplu insanların birləşməsi ilə bağlayırlar. Bu insanlar ziddiyyətli, qətiyyətsiz, daima şübhə içində olur, başqalarına qulaq asmağı və yaxşı məsləhət verməyi bacarırlar
Kişi - dördüncü qrupudursa, əlavə güc sərf etmədən qadınları asanlıqla toruna salır. Onun oyunu zərif və alicənab olur. Ancaq özü vurulduqda hər şey dəyişir, ehtiras qaynayır, məntiq unudulur.
Qadın - dördüncü qrup sevdiyi insanı xoşbəxt etmək üçün əlindən gələni etməyə hazırdır. Özünü çox qiymətli hədiyyə kimi təqdim edir və bundan zövq alır. Deyilənə görə, bu qadınlarla yaxınlıq edən hər bir kişi onun təbii həzz hissini görüb özünü seks-nəhəngi hesab edir. Ancaq bu cür ləzzətverici hisslərlə dolu münasibətə çoxları dözmür.
Əfsanə olmaq istəyən bizimlədi ...
Sənin musiqi zövqün ...
Fikrini bizimlə paylaş ...
Söhbətə qoşul, yeni dostlar tap ...
Mobil əyləncə dünyan ...
Description























