Virusların yaranma tarixi haqqında

 
Virusların yaranma tarixi haqqında

"Brain" - Dünyada ilk dəfə olaraq, 1986-cı ildə pakistanlı bir proqram təminatçısı satdığı proqramları saxta nüsxələrdən qorumaq məqsədilə "Brain" adlı virus yaradıb.

"Christmas tree" - Bu virus 1987-ci ildə yaradılıb və kompüterə düşdüyü vaxt ekranda yeni il ağacı görünür və nüsxəsini e-mail ünvanındakı bütün ünvanlara göndərir.

"Morris worm" - İnternetdə yayılan ilk mənfi məqsədli proqram kimi tanınan "Morris worm" virusu Robert Morris tərəfindən inkişaf etdirilmiş və 1988-ci ildə on minlərlə kompüterə zərər vermişdi. Bu hadisə ilə 1986-cı ildə ABŞ kompüter saxtakarlığı və mənfi məqsədlərlə işlədilməsi qanunu ilə mühakimə olunan Morris, ölkədən kompüter hücumlarının qarşısını almaq üçün tədbirlərin başlanılmasına səbəb olmuşdu.

"Melissa" - Bu virus 1999-cu ildə yaradılmışdır. Devid Smit tərəfindən yaradılan "Melissa" virusu özünü e-mail mesajlarına nüsxələyən bir virus idi. Göndərilən mesajda "Sənin istədiyin sənəd budur, əsla heç kimə göstərmə" yazılırdı. Çox tez bir zaman ərzində yayılan bu virus bəzi ABŞ şirkətlərinin elektron məktub vasitəsilə alış-verişlərinə son qoymalarına səbəb olmuşdu. Devid Smit saxlanıldıqdan sonra 20 ay həbs cəzası və 5000 dollar cərimə ilə cəzalandırıldı. Bununla yanaşı, o, həyatının sonuna qədər kompüterdən istifadə etmə hüququndan məhrum edildi.

"I love you" - Öz nüsxəsini çıxara bilmək qabiliyyəti olan bu virus ən zərərli kompüter viruslarından biri sayılır. 2000-ci ildə Filippində yaradılan bu virus 10 milyard dollar ziyana səbəb olmuşdu. Belə ki, virus, "Gizli pərəstişkarından gələn eşq məktubu" ifadəsi ilə insanları tələyə salır və beləliklə, istifadəçinin şifrə və gizli məlumatlarına yiyələnə bilirdi.

"Santy" - 2004-cü idə meydana çıxan bu virus "Google" və "AOL" kimi axtarış sistemlərində olan, təhlükəsizliyi yaxşı qorunmayan internet səhifələrini özünə qurban seçərək, 3 saatdan daha az vaxtda xeyli sayda səhifəni yararsız hala salmışdı.

"Conficker" - Wİndoüs əməliyyat sistemini hədəf seçən bu virus 2008-ci ildə yaradılmış və 15 milyondan çox "Microsoft" serverinə təsir edərək, xüsusilə İngiltərə, Almaniya, Fransa ordularına əməliyyat problemləri yaratmışdı.

"Stuxnet" - 2010-cu ildə yaradılan bu virus sadəcə insanları deyil, ölkələri də təhdid etmək məqsədilə, xüsusilə İranın nüvə proqramına zərər vermək üçün naməlum proqramçılar tərəfindən hazırlanmışdır. Bu virus öz hədəfinə çatmış və İran Elektrik Stansiyasına ciddi zərər vurmuşdu.


Geri dön

QaraXaker

  • 25 oktyabr 2011 01:55
  • Məqalə: 1
  • Şərh: 30
  • Bal:
Hmm, bu virusların hər birini Google dan əldə edə bilərsiniz... Mən özüm şəxsən "I love you" və "Morris worm" viruslarından istifadə edirəm... İşimə yarayır..

R.M_FaNaTka

  • 23 oktyabr 2011 16:47
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
gozel xeber idi cox beyendim tesekkurler
beyenilsin like....

--------------------

sharm

  • 23 oktyabr 2011 14:33
  • Məqalə: 2
  • Şərh: 472
  • Bal:
{awards}
tesekkurler

--------------------
Gedənə yalvaracaq olsaydım, Hər gələnə EyvAllah deyərdim.
Mən seçərəm mən Tərk edərəm, Mən başlaram mən Bitirərəm. ! Susqunluğumla əzər gülüşümlə keçər Qürurumla Gedərəm!

QaraQurd

  • 23 oktyabr 2011 14:17
  • Məqalə: 1
  • Şərh: 39
  • Bal:
{awards}
Ay Üzlü,
KASPERSKY İNTERNET SECURİTY istifadə et, Virus sənin yox, sən virusun düşməni ol wink

--------------------
Qoyunsansa, qurddan inciməyə haqqın yoxdur!

Ay Üzlü

  • 23 oktyabr 2011 13:55
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Boyuk duwmenimdi Virus angry

lonely crazy girl

  • 23 oktyabr 2011 13:18
  • Məqalə: 11
  • Şərh: 527
  • Bal:
{awards}
ilk werh menden maraqli idi thankssss

--------------------
(ړײ)♥ℒℴѵℯ ♥(ړײ)(ړײ)♥ℒℴѵℯ ♥(ړײ)
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 47
Cəmi: 72

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}