Atanın qızına təsirli məktubu

 
Atanın qızına təsirli məktubu

Ata nə deməkdir ???!
İlk dəfə səni qollarına götürəndə , barmaqları sərt gələn?
İlk baxışmada gözyaşı tökə bilmədiyi üçün səni daha az sevən ?
... İlk laylanı söyləyən olmadığı üçün layla bilməyən ?
İlk altını dəyişdirən olmadığı üçün qoxunu bəyənməyən ?!!!
Bəli səni ilk dəfə görəndə barmaqlarım sərt idi amma həyat elə öyrətmişdi və bilirsənmi o incə bədənin ağrımasın deyə istədiyim qədər qucaqlaya bilmədim belə... Onsuzda sən də ağlamaya meylli idin bəlkə sərt barmaqlarımı bəhanə edəcəkdin deyə… İlk baxışmada gözyaşı tökmədim sanma. Elə çox ağladım ki... Amma atanı zəif görmə deyə içimə atdım bütün atəş toplarını... Böyüklər kişilər ağlamaz demişdi və mən ağladıqca əslində sənmi böyüksən mənmi bilmədim…
İlk laylanı söyləmək istəyərdim və hazırlamışdım da əvvəldən amma sən tərəfindən də ilk laylanı söyləmək ananın haqqı deyildimi ? Eynilə ilk qoxunu içinə çəkən olmaq, ilk barmaqlarından öpən olmaq, ilk ürəyinə sıxan olmaq, ilk gülümsəyən olmaq, ilk saçı sığallayan olmaq, ilk adı deyilən olmaq, ilk əlindən tutulan olmaq, ilk öpülən olmaq kimi…
Ata olmaq, çox şeydə ilk olmamaqdır qızım... Amma bu səni sevməmək deyil. Mənim də ilk olduğum anlar var))) Məsələn ilk atın məndim, ilk üzünü çəkdiyin, ilk küsdüyün, ilk gizlənpaç oynadığın, ilk qol vurduğun, ilk kürəyində yatdığın, ilk qapıda gözlədiyin, ilk darıxdığın…
Ata olmaq, doğulduğun ilk gündən etibarən gecələri -ananı da oyandırmadan gəlib səni seyr etməkdir. Rahat yat deyə yanına mələklər çağırmaqdır, lazım gəldikdə altını dəyişdirməkdir, nağıllar əzbərləməkdir. Soruşduğun minlərlə suala bezmədən usanmadan cavab verməkdir yenidən və yenidən. Boyama kitablarındakı ağacları sarıya, pişikləri maviyə, qağayıları yaşıla rəngləməkdir və dəvəquşlarına inadla leylək deməkdir sırf sən istədin deyə.
Mənim kimi güldüyünü və ayaqqabılarını mənim bağladığım kimi bağladığını görməkdir... Birlikdə dişlərimizi fırçaladığımızı və saçlarımıza jele çəkdiyimizi hər kəsə söyləməkdir.
Birlikdə dua etməkdir.
Bəlkə də ata olmaq nə olursa olsun və nə etsə etsin sənin üçün həmişə ana ilə müqayisə edilərək ikinci sıraya layiq görülməkdir…amma bir uşaq üçün valideynlikdə ikinci sıra vardırmı??? Sənin üçün olmadığı kimi mən üçün də övladlıqda ikinci sıra yoxdur, əksinə 7 oğlum olsa da sənin yerin başqa olacaq. Kişilər qız uşağı sevmir deyirlər sən inanma... Kim sənin kimi mələk kimi məsum bir varlıgı sevməz?? Bu sadəcə qısqanclıqdı heç bir ata gözünün nurunu başqa bir kişi ilə paylaşmaq istəmir yada anası kimi ikinci bir gözəlin olması istəmir. Sənin sayəndə mən də ananın atasının keçirdiyi hissləri anladım... Sənin sayəndə dünyalar qədər sevdiyim qadının gözəlliyinin yenidən həyata gəldiyini anladım...yaxşıki varsan qızım...

Atanın qızına təsirli məktubu


Geri dön

marshall

  • 29 oktyabr 2011 21:18
  • Məqalə: 0
  • Şərh: 21
  • Bal:
maraqli ve tesirli idi. recourse

--------------------
I'M CLUE AND STAN.

KAYBOLAN YILLAR

  • 28 oktyabr 2011 14:53
  • Məqalə: 14
  • Şərh: 1140
  • Bal:
{awards}
HERENIN BIR CUR TALEHI VAR XEBERE GORE TEWEKKURLER

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

Yağmur_

  • 26 oktyabr 2011 09:43
  • Məqalə: 2
  • Şərh: 140
  • Bal:
{awards}
Tesekkurler coooooooox tesirli bir hekaye idi..........

... Deryam ...

  • 24 oktyabr 2011 15:21
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
recourse Təsirli və duyğu dolu sözləri olan bir hekayəydi ......

--------------------

H.o.S.t _ FaNaTka

  • 24 oktyabr 2011 00:40
  • Məqalə: 11
  • Şərh: 1363
  • Bal:
{awards}
müəllifə sonsuz təşəkkürlər

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

_SVETLANA_777_

  • 23 oktyabr 2011 23:37
  • Məqalə: 109
  • Şərh: 1536
  • Bal:
{awards}
coooooooooooooooooooox gozle ellerine salix hallaldi ele indiyenecen bele maraxli serh oxumamisdim cox tesekkurrrrrrrrrrrrrrr smile

--------------------
<p></p>

Ay Üzlü

  • 23 oktyabr 2011 23:31
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Cox duygusaldi oxudum xeber ucun tewekkurler

ZEHRA

  • 23 oktyabr 2011 23:25
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
Ellerinize sagliq cox menali yazidi,her cumle basqa aleme aparir insani..

..::Nice Lady::..

  • 23 oktyabr 2011 23:16
  • Məqalə: 0
  • Şərh: 156
  • Bal:
{awards}
cox cox coxxxx gozel love

--------------------
....Ya ümidsizsiniz, ya ümid sizsiniz, Ya çarəsizsiniz, ya çarə sizsiniz....

GUL YAGMURU

  • 23 oktyabr 2011 22:23
  • Məqalə: 20
  • Şərh: 369
  • Bal:
{awards}
Ellerinize sagliq cox menali yazidi,her cumle basqa aleme aparir insani..

TESEKKUR...

--------------------
Esl qehremanliq heyatda mubarize aparib
qalib gelmekdir..

Ada...07

  • 23 oktyabr 2011 21:29
  • Məqalə: 46
  • Şərh: 2814
  • Bal:
{awards}
coooox qozel yazidir, bele yaziya sadece qozel demekle qaliram, bu qozel yazinin her misrasini oxuduqca cox kederlendim, mena dolu sozler oxuduqcada cox sevindim...

--------------------


sharm

  • 23 oktyabr 2011 20:24
  • Məqalə: 2
  • Şərh: 472
  • Bal:
{awards}
tesekkurler

--------------------
Gedənə yalvaracaq olsaydım, Hər gələnə EyvAllah deyərdim.
Mən seçərəm mən Tərk edərəm, Mən başlaram mən Bitirərəm. ! Susqunluğumla əzər gülüşümlə keçər Qürurumla Gedərəm!

_Selinnn_

  • 23 oktyabr 2011 20:20
  • Məqalə: 9
  • Şərh: 285
  • Bal:
{awards}
recourse Tesekkurler

lonely crazy girl

  • 23 oktyabr 2011 20:16
  • Məqalə: 11
  • Şərh: 527
  • Bal:
{awards}
COX TESIRLI HEKAYE IDI TEWEKKUR EDIREM MUELLIFE winked

--------------------
(ړײ)♥ℒℴѵℯ ♥(ړײ)(ړײ)♥ℒℴѵℯ ♥(ړײ)

sevgi yalandir

  • 23 oktyabr 2011 20:14
  • Məqalə: 538
  • Şərh: 7367
  • Bal:
{awards}
recourse eh ata....

--------------------
Bəzən gülərsən xoşbəxtmiş kimi .. Bəzən sevərsən ilk kezmiş kimi .. Hər səfərində gedənin arxasından ağlarsın sanki değermiş kimi .. Bəzən susayar son kezmiş kimi .. Bəzi şeylərə inanarsan doğruymuş kimi .. Sonra oyanar gerçəkmiş kimi .. Təsirində qalarsan oradan qovulmuş kimi .. Ən sonuna anlarsan yanılmış .. HƏR ZAMAN OLDUĞU KİMİ .. Və mən hələ bir ümidlə gözləyirəm sanki geri dönecekmiş kimi.........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 23
Cəmi: 38

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}