Bismillahir Rəhmanir Rahim

 
Bismillahir Rəhmanir Rahim

Cənnət və Cəhənnəmə "vəsiqə"

Artıq ilahi ədalət məhkəməsi bitdikdə, hər bir insanın aqibəti, əbədi durumu müəyyən edilir. İmtahandan «yüksək qiymət» alanlar əbədi səadət yurdu Cənnətlə mükafatlanırlar. İmtahandan "kəsilmiş" zavallılar isə əbədi bədbəxtlik, sıxıntı, təsviredilməz müsibətlər yurdu Cəhənnəmə sürüklənirlər: "Kafirlər dəstə-dəstə Cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və Cəhənnəm gözətçiləri onlara deyəcəklər: "Girin Cəhənnəmin qapılarına (təbəqələrinə) orada əbədi qalmaq üçün!"(İman gətirməyə) təkəbbür göstərənlərin məskəni necə də pisdir! Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və (Cənnət) gözətçiləri (onlara): "Salam-əleykum! Xoş gəldiniz! Əbədi qalacağınız Cənnətə daxil olun!" - deyəcəklər. Onlar isə: "Bizə verdiyi vədini yerinə yetirmiş və bizi bu yerə varis etmiş Allah'a həmd olsun! Biz Cənnətin istədiyimiz yerində sakin oluruq. (Dünyada yaxşı) əməllər edənlərin mükafatı necə də gözəldir!” - deyəcəklər." («Zumər» surəsi, 71-74-cü ayə)
Bismillahir Rəhmanir Rahim

Ümidi qırılmayanlar…

Elə insanlar da vardır ki, onlar imtahandan "yüksək qiymət" ala bilməsələr də, "kəsilməkdən" də qurtulublar. Belələri dünya həyatında bir çox fürsətləri əldən verənlər, bununla belə, Allah’a sığınmağı, Ondan tam uzaq düşməməyi bacaranlardır. Amma bu insanların yaxşı və pis əməlləri tərəzidə eyni gəlir. Belələrinin Qiyamət zamanı ümidləri yalnız böyük imtahan Sahibinin mərhəmətidir. Və mərhəmətli Allah Öz lütfünü belələrinin də üzərindən əsirgəmir: "Onların ikisinin (Cənnət əhli ilə Cəhənnəm əhlinin) arasında pərdə (səs, maneə) və Əraf (Cənnətlə Cəhənnəm arasındakı səddin yüksəklikləri) üzərində isə (savabları və günahları, xeyir və şər əməlləri bərabər olan) insanlar (kişilər) vardır ki, onlar hamını (cənnətlikləri və cəhənnəmlikləri) üzündən tanıyıb Cənnət əhlinə "Sizə salam olsun!” - deyə müraciət edərlər. Bunlar (Əraf əhli) çox istədiklərinə baxmayaraq, hələ ora (Cənnətə) daxil olmamış (lakin Ərafda günahları təmizləndikdən sonra daxil olacaq) kimsələrdir. Onların nəzərləri Cəhənnəm əhlinə çevrildiyi zaman, "Ey Rəbbimiz! Bizi zalımlarla bir etmə!" - deyərlər. Əraf əhli üzlərindən tanıdıqları adamlara müraciət edib, "Sizə nə yiğdığınız mal-dövlət, nə də təkəbbürünüz fayda verdi", - deyəcək. (Və fağır, yoxsul möminləri kafirlərin böyüklərinə göstərərək): "Allah onları Öz mərhəmətinə nail etməyəcək, - deyə and içdiyiniz kəslər bunlarmıdır?" - söyləyəcəklər. (O anda Allah həmin möminlərə müraciətlə belə buyuracaq: "Cənnətə daxil olun. Sizin heç bir qorxunuz yoxdur və siz qəm-qüssə görməyəcəksiniz!" («Əraf» surəsi, 46-49-cu ayələr)
Bismillahir Rəhmanir Rahim

Ümidini itirmə!

Mənəviyyatsızlıqda həddi aşanların əbədi Cəhənnəm aqibəti öz əməllərinin "bəhrəsidir"! Lakin Allah’dan yapışan, yaxşı olmağa çalışan şəxslər isə bütün qüsurlarına baxmayaraq, İlahi mərhəmətdən məhrum olmazlar: "Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər." («Şura» surəsi, 30-cu ayə) Dünya həyatında yaşanan xoş anlar da olur, acılar da. Lakin Cənnətlə Cəhənnəm bu baxımdan tam fərqlənir. Cənnət elə bir yerdir ki, orada yalnız sevinc və ləzzət hissləri yaşanır və zərrəcə də qəm-qüssə olmur. Cəhənnəmdə isə yalnız iztirab hissləri yaşanır və zərrəcə də ürəkaçan bir şey olmur. Beləliklə, dünyada necə yaşamasından asılı olaraq, insanlar ya Cənnətə düşüb əbədi səadətə qovuşacaq, ya da Cəhənnəmə düşüb əbədi bədbəxtliyə düçar olacaqlar…


Geri dön

SeNi_SeVeN

  • 8 fevral 2012 15:07
  • Məqalə: 63
  • Şərh: 476
  • Bal:
adəti pozmayaraq yenə ilk şəRh məNdən təşəkkür

--------------------

mor.menekse

  • 26 oktyabr 2011 16:22
  • Məqalə: 0
  • Şərh: 300
  • Bal:
{awards}
Allah razi olsun...
TSK.

R.M_FaNaTka

  • 23 oktyabr 2011 16:46
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
gozel xeber idi cox beyendim tesekkurler
beyenilsin like....

--------------------

sharm

  • 23 oktyabr 2011 14:32
  • Məqalə: 2
  • Şərh: 472
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Gedənə yalvaracaq olsaydım, Hər gələnə EyvAllah deyərdim.
Mən seçərəm mən Tərk edərəm, Mən başlaram mən Bitirərəm. ! Susqunluğumla əzər gülüşümlə keçər Qürurumla Gedərəm!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 39
Cəmi: 61

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}