Siqareti atmaq istəyənlərə 30 təklif

 
Siqareti atmaq istəyənlərə 30 təklif

Peşəkar yardım olmadan siqareti atmaq mümkündürmü?

Mütəxəssislər bu suala müsbət cavab verirlər.
Hətta onlar bunun üçün konkret üsullar olduğunu da deyirlər.
Ancaq bu üsulları yerinə yetirməkk nə qədər vacibdirsə, psixoloji
hazırlıq da bir o qədər vacibdir. Yoxsa, bu üsullar istənilən
nəticəni verməyə də bilər. İndi isə bu barədə daha ətraflı:

1. Çəkdiyiniz siqaretin markasını dəyişdirin.

2. Əgər mümkündürsə, xoşlamadığınız markaya keçin.

3. Siqareti atmaq istədiyiniz tarixdən bir neçə həftə əvvəl tərkibində daha
az nikotin və daha az qatran olan siqaretlər alın.
Bu, siqaretdən "soyumağınıza" kömək edər.

4. Markanı dəyişdirməklə yanaşı, çəkdiyiniz siqaretin sayını da azaldın.

5. Tüstünü ciyərlərinizə çəkməyin.
Bu, orqanizmin daha çox nikotin qəbul etməsinə səbəb olur.

6. Siqareti yarısına qədər çəkin.

7. Hər gün ilk siqaretinizi bir saat gec çəkin.

8. Günün yalnız cüt və ya tək saatlarına siqaret çəkməyə çalışın.

9. Bir gün əvvəldən nə qədər siqaret çəkəcəyinizi qərarlaşdırın.

10. Yeməkləri elə seçin ki, axırda siqaret çəkməyə ehtiyac olmasın.

11. Siqaret əvəzinə bir stəkan meyvə şirəsi için.

12. Siqaretin sayını azaltmaq hələ siqareti atmaq deyil.
Əgər gündə 7 siqaretdən az çəkirsinizsə, deməli,
siqareti atacağınız günü müəyyən edə bilərsiniz.

13. Yalnız çox istədikdə siqaret çəkin.

14. Külqabıları boşaltmayın.
Bu mənzərə, həmçinin kötüklərinin qoxusu sizi narahat edəcək.

15. Siqareti elə yerlərə qoyun ki, götürmək çətin olsun.

16. Siqareti yandırmazdan əvvəl güzgüdə özünüzə baxın.

17. Bir qutu bitməmiş başqa qutu almayın.

18. Evdə və iş yerində yanınıza siqaret qoymayın.

19. Siqaret kötüklərini böyük şüşə balona yığıb saxlayın.
Onları görmək sizi siqareti atmağınıza xeyli kömək edər.

20. Biri sizə siqaret təklif etsə, rədd edin,
"Çəkmirəm " , - deyin. Bu sizin özünüzə inamınızı artırar.

21. Çoxlu su için. Su bütün hallarda orqanızm üçün xeyirlidir.
Digər tərəfdən, su siqaretə olan tələbatınızı azaltmaqla yanaşı,
orqanizmdəki niktoin və başqa zərərli maddələrin ifraz olunmasına da kömək edər.

22. Siqareti azaltdıqca özünüzə mükafatlandırın.

23. Əgər siqareti atmaq istəyən başqa bir dostunuz varsa,
bu iş sizin üçün daha asan ola bilər.
Bir-birinizi siqareti atmağa həvəsləndirin.

24. Hər siqaret istəyəndə siqaret yandırmaq əvəzinə hisslərinizi
bir gündəliyə yazın və gündəliyi həmişə yanınızda gəzdirin.

25. Əlinizdəki və ağzınızdakı "boşluq hissini" aradan qaldırmaq
üçün bir məşğuliyyət tapın. Məsələn, su için, çərəz yeyin və s.

26. Siqareti ən çox nə vaxt istədiyiniz düşünün: əsəbi olanda,
yeməkdən sonra, yoxsa, işdən evə gələndə... Siqaret
çəkmək əvəzinə xoşunuza gələn başqa bir işlə məşğul olun.

27. Hər gün 3-5 dəqiqə nəfəs təmrinləri edin: Gözlərinizi yumun.
Burnunuzdan dərindən nəfəs alın. Nəfəsinizi bir neçə saniyə
saxlayın. Sonra yavaş-yavaş nəfəsinizi ağzınızdan verin.
Bu təmrini hər dəfə təkrar edəndə nə qədər təmiz və rahat nəfəs aldığınızı görəcəksiniz.

28. Həftədə 3-4 dəfə 30-40 dəqiqə idmanla məşğul olun.
İdman sizi həm stresdən xilas edər, həm də siqaretə olan həvəsinizi azaldar.

29. Ailənizə, dostlarınıza siqareti atmaq istədiyinizi deyin və onlardan dəstək istəyin.

30. Siqareti nə üçün atmaq istədiyinizi bir kağıza yazın ( məsələn, sağlam
olmaq, pula qənaət etmək və s. kimi ) və bu kağızı hər gün oxuyun.


Geri dön

KAYBOLAN YILLAR

  • 28 oktyabr 2011 15:01
  • Məqalə: 14
  • Şərh: 1140
  • Bal:
MESLEHT DEYIL SIKARET CEKMEK ALLAH RAZI OLSUN XEBERE GORE TEWEKKURLER

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

... Deryam ...

  • 24 oktyabr 2011 15:30
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
Hələ siqaret çəkənlər siqaretdən nə anlayırlar anlamış deyiləm .
Tərgitmək istəyən tərgidər laughing

--------------------

heyatim ellerimde

  • 24 oktyabr 2011 15:09
  • Məqalə: 7
  • Şərh: 57
  • Bal:
{awards}
cox sagol maragli idi tessekur
wink

--------------------

mor.menekse

  • 24 oktyabr 2011 13:37
  • Məqalə: 0
  • Şərh: 300
  • Bal:
{awards}
TSK......................

Nikoyl

  • 23 oktyabr 2011 23:11
  • Məqalə: 139
  • Şərh: 1602
  • Bal:
{awards}
Təşəkkür winked

--------------------

mileyda

  • 23 oktyabr 2011 17:56
  • Məqalə: 0
  • Şərh: 18
  • Bal:
{awards}
twk smile

--------------------
................

G_L LADY

  • 23 oktyabr 2011 17:04
  • Məqalə: 11
  • Şərh: 104
  • Bal:
{awards}
maraqlidi twk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 34
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 478
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
SweeTy_
Xəbərləri: 3
Cəmi: 580
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}