Ayrıldıq

 
Ayrıldıq

Ayrıldıq!
İçimə baxıram, ürəyimin dərinliklərinə, yerlə yeksan olmuş.
Zəlzələdən sonra necə görünsə bir şəhər, ürəyim eyni elə görünür.

Ayrıldıq

Ayrıldıq!
Sonunda dincliyə çatdıqmı? Ayrılmaq üçün verdiyimiz gizli döyüşü qazandığımıza niyə sevinmirik ki? İki ucundan tutub çəkişdirmədikmi bu fağır sevgini? Halbuki, bütün istəyi böyük könüllərimizdə kiçik bir yer tapmaq idi özünə. Bacara bilmədik, təəssüflər olsun bizə!
Hər kəsin etdiyi kimi günahı sənə atmaq işin asanı amma edə bilməm. Madam ortada bir ayrılıq var, mənim də qatqım olmuşdur. Gərəyindən çox sevmək səhvinə düşmüşəm. İnsan yanımızı, eqomuzu unudub, çox sevərək, aşan dənizini ayaqlarının altına sərmişəm.

Gərəksiz qısqanclıqlar edib,dincliyini qaçırmamışım. Gündə yüz dəfə axtarıb harada olduğunu soruşmamışam. Gözün gözəl bir qadına sürüşdüyündə, döyüş çıxartmayıb səninlə birlikdə baxmışam. Savab işlərik deyə içimdən təbəssüm etmişəm. Özümə olan özünə inamımı xarici gözəlliklə müqayisə etmədən, gözəl olan hər şeyə baxıla biləcəyinə inanmışam.

Çox çox güvənmişəm. Sevən bir kişinin aldatmayacağını, başqa bir bədənə toxunmaqdan utanacağını, mənim də eynisini etdiyim zaman düşəcəyi vəziyyəti düşünərək əsla sədaqətsizliyə yanaşmayacağını düşünmüşəm.
Gec gəldiyində üzünü turşutmamışam.

Ayrıldıq

Hər vaxt qəşəng və baxımlı qarşılayıb, saat neçə olsa olsun önünə bir isti yemək qoymuşam. Günün necə keçdiyini soruşub, söylədiklərini həqiqətən dinləmişəm. Ailənlə aravıza girməyə cəhd etməmişəm. Dostlarınla görüşmənə, kişi gecələrinə etiraz etməmişəm. Baş çəkməyə getdiyin axşamlarda, saat başı axtarıb nə vaxt gələcəyini soruşaraq yoldaşlarının yanında, səni çətin vəziyyətə salmamışam..

Bir çətinliyim olduğunda, danışmaq üçün doğru zamanı gözləmişəm. Matçın ortasında televiziyanın qarşısından keçməmişəm. Səhv, səninlə eyni komandanı tutmasaq da yanında oturub izləməmə baxmayaraq, ofsaydın nə olduğunu izah etməyini istəməmişəm.
Yataq otağında təklikdən xilas olmaq üçün davamlı yeni fantaziyalar inkişaf etdirmişəm. Hər axtardığında telefonu açmış, sevdiyim insanlarla səni tanış etmiş, evimi və çörəyimi bölüşmüş, döyüşdüyümüzdə uzun müddət küs qalmamışam.

Mən də bu əlaqədə bir çox səhv etmişəm. Bitdisə ikimizin də qüsurları vardır. Mən üstümə düşəni götürürəm. Hətta, ən böyük qisimini yüklənirəm. Mən bir insanı,insan olduğunu unudaraq gərəyindən çox sevmişəm..Günah məndədir..!Bağışla..!

Ayrıldıq

Ayrıldıq!
İçimə baxıram, ürəyimin dərinliklərinə, yerlə yeksan olmuş. Zəlzələdən sonra necə görünsə bir şəhər, ürəyim eyni elə görünür..


Geri dön

..::Nice Lady::..

  • 23 oktyabr 2011 23:35
  • Məqalə: 0
  • Şərh: 153
  • Bal:
vallah bu yazilari oxumaq isdemirem eyy fani dunyaaaaaa recourse

--------------------
....Ya ümidsizsiniz, ya ümid sizsiniz, Ya çarəsizsiniz, ya çarə sizsiniz....

Nikoyl

  • 23 oktyabr 2011 23:11
  • Məqalə: 139
  • Şərh: 1584
  • Bal:
{awards}
Təşəkkür

--------------------

Delya_91

  • 23 oktyabr 2011 20:19
  • Məqalə: 319
  • Şərh: 5162
  • Bal:
{awards}
ehhh tupurmusem sevgiye de her seye

--------------------
"Camaat nə deyər" ifadəsi qədər divarları hündür bir hebsxana yoxdur...

★Azerbaijan girl★

  • 23 oktyabr 2011 18:47
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
Allah qovuwdursun

GUL YAGMURU

  • 23 oktyabr 2011 17:31
  • Məqalə: 20
  • Şərh: 349
  • Bal:
{awards}
Mən də bu əlaqədə bir çox səhv etmişəm. Bitdisə ikimizin də qüsurları vardır. Mən üstümə düşəni götürürəm. Hətta, ən böyük qisimini yüklənirəm. Mən bir insanı,insan olduğunu unudaraq gərəyindən çox sevmişəm..Günah məndədir..!Bağışla..!

Coox menali sozlerdi..bele anlarda qedrini bilmiyende sehvi oz isteyimizde axtaririq,
ozunu gunahlandirmaga deymez..bu sadece qismetdi..cetin olsada fikirleski belkede senin geleceyin ucun en xeyirlisi buymus...

--------------------
Esl qehremanliq heyatda mubarize aparib
qalib gelmekdir..

111_Shawmn Michaelais_111

  • 23 oktyabr 2011 16:58
  • Məqalə: 250
  • Şərh: 1093
  • Bal:
{awards}
Ey dost sen onu yox O seni itirdi.Sənin qədrini bilməyənlərə,öz yoxluğunla dərs ver.

Beyendim super bir yazı

--------------------


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 35
Cəmi: 55

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 46
Cəmi: 633
 
MiSS HaPPy)
Xəbərləri: 39
Cəmi: 71
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 36
Cəmi: 50
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 144
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}