Maraqlı bir hekayə

 
Maraqlı bir hekayə

Maraqlı bir hekayə

Heç düşünmüsüz ki, öldüyünüz günü bilseydiniz həyatınız necə dəyişərdi? Hamının ağlına bank yarmaq, kimisə öldürmək və s. gəlir. 2-3 gün əvvələ qədər mən də elə fikirləşirdim.

Bir neçə gün bundan əvvəl həmişəki kimi dostlarımdan ayrılıb evə gedirdim. Hava yaxşı, səma açıq olduğundan Dağüstü parkda siqaret çəkmək keçdi könlümdən. Sözün qısası, marketdən bir red-bull alıb, getdim. Ora çatanda artıq gecə 11-12 idi. Elə gec olduğuna görə də demək olar ki, heç kim yox idi. Maşından düşüb ən sevdiyim yerə yaxınlaşdım. Yoldan çox uzaqda olmağıma baxmayaraq yenə də avtomobillərin səsi gəlirdi. Cibimdən siqareti qutusunu çıxardım amma alışqanı tapa bilmədim. Yenə də itirmişəm. Bu anda məndən bir az aralıda 24-25 yaşında bir oğlanın siqaret çəkdiyini gördüm. Yaxınlaşıb soruşdum:

– Alışqanı olar?

– Səndə də yoxdu?

Bu sualdan sonra məndə elə bir təsürrat yarandı ki, bu cavan oğlan alışqanı olmayan 30 nəfərə kömək etmək üçün hər axşam gəlir burda dayanır. Sonra isə davam elədi:

– al siqaretdən yandır, məndə də yoxdu

Siqareti yandıra-yandıra diqqətlə oğlana baxdım. Saçına elə bil heç vaxt daraq dəyməyib, gözlər axır, mimika – hər şeydən narazı, əynində köhnə cins, geyimindəki heç nə ilə uyğun gəlməyən idman ayaqqabıları və havaya görə çox isti olan gödəkcə.
Siqaretini qaytarıb çox sağ ol deyib getmək istəyirdim ki, sanki çoxdan tanışıq kimi bir sual verdi:

-Sən niyə çəkirsən?

-Elə-belə

-Həyatda heç nə elə-belə olmur

-Bəs sən niyə çəkirsən?

-Bilirsən necədi?

-Bilsəydim soruşmazdım

(dodağının altından gülümsəyərək) Mən özümü biləndən hər şeyə tələsmişəm. Yeriməyə də, dil açmağa da, məktəbə getməyə də, universitetə də, əsgərliyə də. Ümumiyyətlə həyatı yaşamağa (mən artıq getmək istəyirdim, bu söhbətlər mənə maraqlı deyildi). Amma bir gün adi həkim yoxlanışından keçəndə mənə dedilər ki, tələsməli bir şey qalmayıb. Onda başa düşdüm ki, ad günümdəki tortun üstündəki şamları möhkəm üfürmüşəm (gülür). İnanmadım. Mənə elə gəlirdi ki, belə hadisələr ya kiçik büdcəli bolywood kinolarında, ya da 17-18 ci əsr avropa yazıçılarının əsərlərində olur. Heç kimə heç nə demədim daha doğrusu deyə bilmədim. Özün fikirləş də, əsgərlikdən təzə gəlib yeni həyatı duelə çağırmaq istədiyin zaman həkimin bu xəbəri Yaponiyanı Tsunami silkələdiyi kimi səni tutur. Cini bir kənara atıb, Şeytanı axtardığım vaxtlar idi. Bilirsən bunları sənə niyə danışıram?

-Yəqin ki, psixoloqa oxşayıram, ona görə

-Yox, sadəcə səni tanımıram ona görə. Bu şad xəbəri biləndən heç kimlə bölüşməmişəm

-Məni buna layiq bildiyivə görə çox sağ ol – mızıldandım (artıq narkoman olması haqqında fikirlərim güclənirdi)

-Bölüşə də bilmərəm. Amma sən məni tanımırsan, mən də səni. Mən gedəndən sonra maksimum fikirləşəssən ki, dəli idi. Yaxınlarıma danışsam ya onlar əzab çəkəcəklər, ya da məni vakkumda saxlayıb, yazıq insan kimi davranacaqlar. Bəziləri isə sevincindən mini-infarkt keçirdəcək. Bilirsən, brat, necədi? Əslində belə olmağı yaxşı oldu. Hamı elə fikirləşir ki, o seçilmiş insandı, pis hadisələr onun başına gələ bilməz. Hamı fərqli olmaq istəyir, elə mən də. Amma indi ən istədiyim şey normal olmaqdı. Hamı kimi gələcək haqqında plan qurmaq, bahalı maşın sürməyi ən böyük problem hesab etmək, eziyyətlə pul qazanıb, mənasız xərcləmək, iPhone – nun yoxsa Blackberry-nin daha yaxşı olması haqqında saatlarla mübahisə eləmək bir sözlə adi insan olmaq istəyirəm. Mən bunları istəyirəm və edirəm də. Çox vaxt isə alınmır, elə indi alınmadığına görə də bura gəlmişəm. (söhbət get-gedə mənə maraqlı olmağa başladı. Bunları danışarkən artıq 2 siqareti bir-birindən yandırıb tullamışdı və ancaq 1 nöqtəyə baxırdı). Ən pisi bilirsən nədi?

-Nə?

-Yaxınlarıvı həmin gün təsəvvür etmək. İndidən desəm bir problem, mən gedəndən sonra isə başqa. Mən ölüm qorxusunu çoxdan aşmışam amma yaxınlarımın məndən sonrakı əzabları məni hələ də qorxuzur. Ona görə də çox vaxt heç kimin izah verə bilmədiyi hərəkətlər edirəm. Sanki, hamının məndən nifrət etməsini istəyirəm. Çox təəssüf ki, həmişə alınmır, axı insanıq. Bəzi özünü ağıllı sayanlar deyirlər ki, hər günü axırıncı gün kimi yaşamaq lazımdı. Boş şeydi, ancaq axırıncı günü axırıncı gün kimi yaşamaq olar. Hər günü sabaha bir iş planlaşdırmaqla yaşamaq lazımdı. (bu anda telefonuna zəng gəldi.)

-Gəlirəm, gəlirəm, narahat olmayın.

Mən yavaş-yavaş gedim, sabah bütün normal insanlar kimi işdə olmalıyam. Həm də nigaran qalmasınlar. Axı mən evin tək oğluyam (gülür)

sağ ol, səni də yordum.

-Xoş idi, ….(adını demək istədim)

-Adım Ruslandı

-Mənim də Mirağa

-Şad oldum.

Bu anda arxadan səs gəldi, mən arxaya baxandan sonra döndüm o isə artıq yoxuydu. Yavaş-yavaş maşına tərəf getdim, dayanacaqdakı 2 oğlanın mənə çox qəribə baxdığını gördüm. Mən onların yanından keçəndən sonra birinin-o birindən “dəliyə oxşamır, bu niyə öz-özünə danışırdı?”- deyə soruşduğunu eşitdim. Yerimdə donub, qaldım.

Maraqlı bir hekayə


Geri dön

sweet2121

  • 1 noyabr 2011 22:45
  • Məqalə: 0
  • Şərh: 39
  • Bal:
Super hekayedir twwkler

KAYBOLAN YILLAR

  • 28 oktyabr 2011 17:43
  • Məqalə: 14
  • Şərh: 1140
  • Bal:
{awards}
INANIN BU SOZLER MENI KEDERLENDIRDI TEWEKKUR EDIREM

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

Mustanger

  • 25 oktyabr 2011 20:34
  • Məqalə: 0
  • Şərh: 10
  • Bal:
{awards}
men gozleyirdim hekayenin sonunda ibretamiz bir meslehet olacaq, ama sonu qeyri adi oldu, buna baxmayaraq cox maraqli idi , cunki sonu gozlediyin kimi olmadi.. twk.

..::Nice Lady::..

  • 25 oktyabr 2011 14:28
  • Məqalə: 0
  • Şərh: 156
  • Bal:
{awards}
bilmirem bu dogrudur ya yoxxxx ama onu deye bilerem kiiii olumden qorxuram bilirsiz niyeee cunki o biri dunyaya getmeye hazirligsizam ama olmey isdeyirem bilirsiz niyeee cunki bu dunyadan getmeye haziram recourse recourse recourse

--------------------
....Ya ümidsizsiniz, ya ümid sizsiniz, Ya çarəsizsiniz, ya çarə sizsiniz....

romantikim

  • 25 oktyabr 2011 11:56
  • Məqalə: 27
  • Şərh: 612
  • Bal:
{awards}
Ruhlar yoxdu bow-bow movzularla vaxtimizi almiyin

ayibogan qiz

  • 25 oktyabr 2011 11:32
  • Məqalə: 0
  • Şərh: 92
  • Bal:
{awards}
twk.......................

V_I_P

  • 25 oktyabr 2011 00:03
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
maraqlidir. twk.

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

nar_18

  • 24 oktyabr 2011 23:45
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
axira qeder oxudum cox maraqli idi beyendim teshekkurler

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

FLY TIME

  • 24 oktyabr 2011 23:04
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
{awards}
cox uzundu oxuya bilmedim amma twklar emeye gore wink

EMARALD

  • 24 oktyabr 2011 21:46
  • Məqalə: 0
  • Şərh: 156
  • Bal:
{awards}
OXUDUM TESIRLI HEKAYEDI TESEKKURLER
ALLAH hamini ezabli olumden ve yaxinlarinin acisindan uzaq etsin

OXUDUM TESIRLI HEKAYEDI TESEKKURLER
ALLAH hamini ezabli olumden ve yaxinlarinin acisindan uzaq etsin

OXUDUM TESIRLI HEKAYEDI TESEKKURLER
ALLAH hamini ezabli olumden ve yaxinlarinin acisindan uzaq etsin

Caspi

  • 24 oktyabr 2011 21:17
  • Məqalə: 0
  • Şərh: 179
  • Bal:
{awards}
cox ela hekaye idi.

--------------------
Ən əsas şeyi gözlə görə bilməzsən.

Nikoyl

  • 24 oktyabr 2011 21:12
  • Məqalə: 139
  • Şərh: 1602
  • Bal:
{awards}
Təşəkkür

--------------------

mor.menekse

  • 24 oktyabr 2011 21:05
  • Məqalə: 0
  • Şərh: 300
  • Bal:
{awards}
Heqiqi maraqlidi... TSK.

MiLeyla

  • 24 oktyabr 2011 21:02
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
cox pis oldum,mende olumden qorxmuram,ama heqiqeten insan ozunden cox yaxinlarinin ezab cekmesinden qorxur

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 40
Cəmi: 54

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}