Səndən öncə bir HEÇ-dim

 
Səndən öncə bir HEÇ-dim

Səndən əvvəl nə edərdim mən, bunu xatırlamağa çalışıram. Xatırlamağa çalışdıqca da böyük bir boşluğun içinə diyirlənmiş kimi oluram. Səndən əvvəl nə edərdim mən?

Niyə düşündükcə hər şey boş və mənasızdı? Çaşıram çünki bir insanın həyatını bir başqa insan necə bu qədər dəyişdirə bilər ki? Sən olmadan əvvəl mənasız idimi həyatım?
Deyildi əlbəttə. Bəlkə həyatıma səninlə birlikdə yüklənən məna, daha əvvəl yaşanan hər şeyi silib apardı... Nə deyirsən ?

Doymaq bilməyən körpələrin anasını müşahidə etməsi kimi müşahidə edirəm məndə səni. Davamlı səndən gələcək bir xəbəri gözləyər vəziyyətdəyəm. Zamanı səninlə necə keçirəcəyimi xəyal edər vəziyyətdəyəm.
Nə etdin mənə bilmirəm. Eşqsə eşq, sevdadırsa sevda. Daha əvvəl də yaşadım bu eşqləri.. Amma bu başqa bir şey.

Səndən əvvəl necə xoşbəxt olardım mən? Nələr sevindirərdi məni? Yenə eyni kitabları oxuyardım, yenə eyni musiqiləri dinlərdim. Amma səndən sonra sanki həyatımda ilk dəfə musiqi dinləyirmişim kimi gəlir. İlk dəfə bir kitabı əlimdən buraxmadan hər sətirini beynimə qazıyaraq oxuyuram...

Qəflətən həyatıma girdiyin o andan əvvəli yoxdu.. Daha nə olduğunu anlaya bilmədən birdən-birə doldun içimə..
Təslimdim artıq sənə, ürəyimlə.. bədənimlə.. ruhumla təslimdim. Varlığınla həyatımı dəyişdirməyinə sevinirəm; amma, səndən əvvəlini xatırlamayan mən gedərsən nə edəcəyəm? ya hər şey eynilə həyatıma girişin kimi yarım qalsa? Gedərsən və mən yarım qalsam hər şey yad gələcək mənə. Hər şeyi yenidən öyrənəcəyəm. Üstəlik müəllimim də olmayacaq.

Bunu edə bilərəmmi bilmirəm. Düşüncəsi belə ruhumu qarardır. Səndən əvvəl nə edərdim mən? Necə xoşbəxt olardım? Bəs gedərsənsə? Necə yaşayaram mən səndən sonra? Söylə sevgilim... nə etdin mənə?....

Səndən öncə bir HEÇ-dim


Geri dön

KAYBOLAN YILLAR

  • 28 oktyabr 2011 14:38
  • Məqalə: 14
  • Şərh: 1140
  • Bal:
Səndən əvvəl nə edərdim mən, bunu xatırlamağa çalışıram. Xatırlamağa çalışdıqca da böyük bir boşluğun içinə diyirlənmiş kimi oluram. Səndən əvvəl nə edərdim mən? ELA SOZLERDI ESASADA BU SOZ XEBERDE ELADI TEWK

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

nar_18

  • 25 oktyabr 2011 19:55
  • Məqalə: 0
  • Şərh: 3338
  • Bal:
{awards}
teshekkurler

--------------------
Susmaq qorxmaq ve ya qebul etmek deyildir: Anlayana cavabdir...

jozefff

  • 25 oktyabr 2011 15:42
  • Məqalə: 0
  • Şərh: 38
  • Bal:
{awards}
heyatimda tek qalmagdan hemiwe qorxmuwam... teesuufki tekliyi duymuwam...

Ku-ku

  • 25 oktyabr 2011 14:40
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
Deyildi əlbəttə. Bəlkə həyatıma səninlə birlikdə yüklənən məna, daha əvvəl yaşanan hər şeyi silib apardı... Nə deyirsən ?

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 30
Cəmi: 46

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}