Səni sevirəm

 
Səni sevirəm

Görüşdük səninlə bir axşam çağı,
Gözlərdə göründü sevgi sorağı,
Alışdı qəlbimin sönmüş çırağı,
İndi də istisi qızdırır məni,
Hələ gizli-gizli sevirəm səni.

Vüsal sorağında yandım hicrana,
Sızlatdın könlümü, qəst etdin cana,
Nakam məhəbbətim döndü dastana,
Aşiqlər oxuyur qəmli nəğməmi,
Hələ gizli-gizli sevirəm səni.

Tale görüşdürdü, tale ayırdı,
İndi geniş dünya başıma dardı,
Ürəyimdə yardı, dilimdə yardı,
Qəlbimi bürüyüb hicranın qəmi,
Hələ gizli-gizli sevirəm səni.

Yolların üstündə dayanıb hərdən,
Gizlicə süzürəm gözlərimdə qəm,
Deyirəm nə olar qayıda biləm,
Keçən günlərimə tutam əlini,
Hələ gizli-gizli sevirəm səni.

Günah nə səndədir, nə məndə əlbət,
Qüruruma qurban oldu məhəbbət,
Vardırmı taledə elə bir qüdrət,
Yenidən qaytarsın gülü-gülşəni,
Hələ gizli-gizli sevirəm səni.

İndi göz önündə durub camalın,
Mənə təsəllidir sənin xəyalın,
Əzəldən qaradır bəxti Kənanın,
Şe`riylə ağladır gəlib-gedəni,
Hələ gizli-gizli sevirəm səni.

Səni sevirəm


Geri dön

KAYBOLAN YILLAR

  • 28 oktyabr 2011 14:40
  • Məqalə: 14
  • Şərh: 1120
  • Bal:
ESIL SEVGI BUNA DIYIREM TEBRIKLER XEBER SUPERDI

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

Fiyoş

  • 25 oktyabr 2011 21:58
  • Məqalə: 1
  • Şərh: 27
  • Bal:
{awards}
Əhdə vəfa sözü yazıldıgı dəm
Oğlanlar adına çəkildi qələm.
Oğlan vəfalıdır,səni çox sevir
Səndən yaxşısını tapana qədər.
************************
Sənə bəslədiyim bu saf məhəbbət
İnan,ömrüm boyu sönməyəcəkdir
Sönsə göydə günəş,qopsa qiyamət
Eşqım başqa yola dönməycəkdir.

--------------------
Özünü elə apar ki,guya xoşbəxtsən.O zaman həqiqətən xoşbəxt olacaqsan.

Dusha_Moya))

  • 25 oktyabr 2011 20:58
  • Məqalə: 0
  • Şərh: 453
  • Bal:
{awards}
Xmm..ne nado koqo to 4enit tak ..a to prodast za 2 kopeyki))

Leyla_Memmedova

  • 25 oktyabr 2011 20:57
  • Məqalə: 17
  • Şərh: 446
  • Bal:
{awards}
tewekkurler gozel seirdi

--------------------
MənƏ SöZ AtanA MəN GüL AtıraM...AmmA MƏZARINA...

V_I_P

  • 25 oktyabr 2011 12:25
  • Məqalə: 3
  • Şərh: 1937
  • Bal:
{awards}
Görüşdük səninlə bir axşam çağı,
Gözlərdə göründü sevgi sorağı,
Alışdı qəlbimin sönmüş çırağı,
İndi də istisi qızdırır məni,
Hələ gizli-gizli sevirəm səni.

qeweng sozlerdir. seni sevirem. ..............

twk.

--------------------
sen sen olki sene hormet qoyan cox olsun
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 38
Cəmi: 59

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 62
Cəmi: 236
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 875
 
Limon qoxusu
Xəbərləri: 56
Cəmi: 77
 
Nergiz__Sirinova
Xəbərləri: 29
Cəmi: 549
 
♔Hе важно∞
Xəbərləri: 27
Cəmi: 283
 
aytc.sza
Xəbərləri: 27
Cəmi: 27
 
Lmzade
Xəbərləri: 25
Cəmi: 25
 
_Qismet_
Xəbərləri: 6
Cəmi: 805
 
..::Kitty::..
Xəbərləri: 4
Cəmi: 16
 
Yagmur_Gözlum
Xəbərləri: 4
Cəmi: 6
 
 
{slinks}