3 heykəl

 
3 heykəl


İki qonşu ölkənin hökmdarları bir-birləriylə döyüşməzlər, amma hər dəfə bir-birlərini narahat edərmişlər. Ad günləri, bayramlar da maraqlı hədiyyələr göndərərək qarşıdakına zəka nümayişi edərlərmiş. Hökmdarlardan biri, günün birində ölkəsinin ən əhəmiyyətli heykəltaraşlarını hüzuruna çağırır.
Bir qarış yüksəkliyində, qızıldan bir-birinin eynisi olan üç insan heykəli düzəltmələrini əmr edir. Heykəllərin aralarında bir fərq olacaqmış amma bu fərqi yalnız ikisi biləcəkmiş. Heykəllər hazırlanır və ad günündə qonşu ölkə hökmdarına göndərilir.
Heykəllərin yanına bir də məktub qoyulur. Məktub belə yaızılır :

"Ad gününü bu üç qızıl heykəllə təbrik edirəm. Bu üç heykəl bir-birinin eynilə eynisi kimi görünə bilər. Amma içlərindən biri digər ikisindən daha çooox qiymətlidir. O heykəli tapınca mənə xəbər ver."

Hədiyyəni alan hökmdar əvvəl heykəlləri çəkdirir. Görür üç qızıl heykəl qramına qədər bərabərdir. Ölkəsində sənətdən anlamı olan nə qədər insan varsa hüzuruna çağırır. Hamısı da heykəlləri böyük bir diqqətlə araşdırırlar amma aralarında bir fərq görə bilmirlər.
Günlər keçir... Bütün ölkə hökmdarın çətinliyini eşidir, amma kimsə həll tapa bilmir.
Sonunda, hökmdarın, çox üsyankar olduğu üçün zindana atdırdığı bir gəncə xəbər göndərir, bunu bacarar deyə.. Yaxşı oxumuş, ağıllı olan bu gənc, hökmdarın bəzi istəklərinə qarşı çıxdığı üçün zindana atılmışdı. Başqa çarəsi olmayan hökmdar bu gənci çağırtdırır. Gənc əvvəl heykəlləri möhkəm-möhkəm araşdırır, sonra çox incə bir tel gətirilməsini istəyir.
Teli birinci heykəlin qulağından salıb, heykəlin ağzından çıxardır.
İkinci heykələ də eyni şeyi təkrar eliyir.
Ama bu dəfə tel bir qulağdan salınıb digər qulaqdan çıxmış.
Üçüncü heykəldə tel qulaqdan girmiş amma bir yerdən çölə çıxmamış.
Ancaq telin yerləşə biləcəyi bir kanal ürək xəttinə qədər enir, oradan kənara getmir.
Hökmdar heykəlləri göndərən qonşu hökmdara cavabı yazırki :

"..Qulağından girəni ağzından çıxardan insan məqbul deyil,
Bir qulağından girən digər qulağından çıxırsa, o insan da məqbul deyil.
Ən qiymətli insan, qulağından girəni ürəyinə basdıran insandır.

Bu qiymətli hədiyyən üçün çox təşəkkür edirəm."

"..Qoy ağa olsun ürəyin bəndinə, dərya,
Meyl etmə ona çoxda, amansızdı bu dünya..
"


Geri dön

.♣.Chrysalis.♣.

  • 29 dekabr 2011 20:30
  • Məqalə: 784
  • Şərh: 6217
  • Bal:
TWK EZIYYET UCUN

--------------------
"Kimsəni yorğanın altında gözyaşlarınızı pijamanızın qoluyla siləcək qədər çox sevməyin"

Grace_Angel

  • 8 oktyabr 2010 23:54
  • Məqalə: 654
  • Şərh: 2273
  • Bal:
{awards}
Tewekkurler maraqli hekayedi...

--------------------

deniz27

  • 5 oktyabr 2010 11:50
  • Məqalə: 4
  • Şərh: 97
  • Bal:
{awards}
Bunu oxumuwdu cox maraqli hekaye idi tewekkurler

Grace_Angel

  • 4 oktyabr 2010 17:20
  • Məqalə: 654
  • Şərh: 2273
  • Bal:
{awards}
Tewekkurler xebere gore.....Maraqlidir....

--------------------

Ulya

  • 4 oktyabr 2010 16:36
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
coox maraqlidi.ellerine sagliq

Kisa_Kiss

  • 4 oktyabr 2010 13:44
  • Məqalə: 431
  • Şərh: 1302
  • Bal:
{awards}
hmm спасибо

--------------------

Baby_Love

  • 4 oktyabr 2010 13:15
  • Məqalə: 13
  • Şərh: 405
  • Bal:
{awards}
Çox sağol xəbərə görə

Azeri_Gozeli

  • 4 oktyabr 2010 12:27
  • Məqalə: 91
  • Şərh: 2383
  • Bal:
{awards}
"..Qulağından girəni ağzından çıxardan insan məqbul deyil,
Bir qulağından girən digər qulağından çıxırsa, o insan da məqbul deyil.
Ən qiymətli insan, qulağından girəni ürəyinə basdıran insandır.


bu sozler dehset necede gozel ve menalidir love coox xosuma geldi xeberine goree bir yeke tort wink tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 47
Cəmi: 75

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 582
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 108
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 23
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 7
Cəmi: 18
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 4
Cəmi: 671
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}