Ashura

 
Ashura

[center]Aşura günü Məhərrəm ayının onuncu günüdür. Bu gündə peyğəmbərin sevimli nəvəsini şəhid elədilər. O insan ki, peyğəmbərin (s.a.a.) xütbələrində dizində oturar, namazlarında çiyninə çıxar və düşməyənə qədər peyğəmbər (s.a.a.) səcdədən qalxmaz və peyğəmbərin özünün
buyurduğu kimi peyğəmbərin bədəninin bir hissəsidir. İmam Huseyni qəddarcasına, susuz şəhid elədilər. Əhli əyalını əsir aldılar, körpə balasını əlində boğazını oxladılar, qardaşının qollarını qələm elədilər. İmamın özünü susuz şəhid elədilər. Tarixdə belə bir qanlı qətl baş verməmişdi. Kərbəla müsibəti şəhidliyin zirvəsidi və qiyamətə qədər də belə olacaq. Tarix bu cürə qəhrəmanlığın şahidi olmamışdı. Dünya qəhrəmanlıq, şücaət dedikdə ilk növbədə İmam Huseynin (a.s.) qiyamı yada düşür. Aşura günü yetmiş iki insan otuz beş min qoşuna qarşı çıxdı. Bu qanlı hadisəni bütün peyğəmbərlərə izlədilmiş və bütün peyğəmbərlər bu müsibətə ağlamışlar. Bütün müsəlmanlar İmam Huseyn (s.a.) məktəbindən keçməlidir. Kərbəlada yetmiş iki nəfər şəhadətə qovuşdu, cənnət onlar üçün vacib oldu. Kərbəlada şəhid olanların hamısının başını kəsdilər və şəhər bə şəhər gəzdirdilər. Ravilərdən nəql olunur ki, Əbəlfəzl ağa gəldi İmam Huseyndən (a.s.) icazə almağa ki, döyüş meydanına atılsın. Görür şühədalar ağadan icazə alır və bir bir qəhrəmancasına şəhid olurlar. Dedi ağa icazə ver məndə gedim döyüş meydanına. İmam buyurdu sən get fərata su gətir. Çün Ruqəyyə susuzdu, çun balalar susuzdu. Əbəlfəzl ağa gəldi fərata məşkərini (su qabını) suyla doldurdu. Fikirləşdi gəlmişkən sudan içəm döyüşdə yaxşı iştirak eləyim. Suyu əlinə aldı birdən Ruqəyyə yadına düşdü. çöndü xeymələrə baxdı və balaların susuzluqdan inildiyən səsləri qulağına gəldi. Rəvadırmı ki, Ruqəyyə susuz qala mən su içəm, balalar susuz qala, ağam Huseyn susuz qala mən su içəm. Əbəlfəzl ağa əlindəki suyu yerə atdı və atına mindi xeymələrə doğru gəlirdi. Su məşkərini ağa sağ əlində aparırdı. Düşmən ağanın sağ əlini yaraladı və qələm elədi. Sonra ağa məşkəri sol əlinə aldı. Düşmən bu dəfə ağanın sol əlini yaraladı və qələm elədi və nişan aldılar ağanın gözünə ox atdılar və ağa atdan yıxıldı. Görmüş olarsız insan yıxılanda əllərini qabağa verər. Amma ağanın qolları qələm olmuşdu, atdan düşəndə qabağa verməyə əlləri yox idi. Əbəlfəzl ağa Aşuraya kimi İmam Huseynə qardaş deməmişdi. Həmişə ağa deyərdi, amma köməyə çağıranda qardaş deyə çağırdı. İnsan dara düşəndə adətən qardaşın köməyə çağırar. İmam Huseyn doğma bir səs eşitdi, gördü anamız Xanım Zəhranın səsidir. Dedi Huseyn tez yetiş Əbəlfəzl atdan düşdü. Diqqət elə qolları ayağın altında qalmasın. İmam gəldi ağanın başını qoydu qucağına. Əbəlfəzl ağanın bir gözündən qan, digər gözündən yaş axırdı. İmam soruşdu: qardaş bu göz yaşları qolların qələm olub deyə axıdırsan? Gözünə ax batıb deyə ağlıyırsan? Dedi yox qardaş çün sən tək qaldın onunçün ağlıyıram. Allah bizləri İmam Huseynin həqiqi əzadarlarından qərar versin, imama əsl yas saxlayanlardan qərar versin. Allah bizləri İmam Huseynin, Əbəlfəzlin ziyarətin nəsib eləsin. Allah bizləri Əhli Beytin yolunda əbədi qərar versin. Allah bizlərə dünyada məsumların ziyarətin, axirətdə isə şəfaətlərin nəsib eləsin. Allah İmam Zamanın (ə.f.) zühurunu təcil eləsin və bizləri də ailəlikcə imamın sadiq xidmətçilərindən qərar versin. Allahummə Səlli əla Muhammədin və ali Muhamməd və əccil fəracəhum. Amin.
[/center]

Ashura


Geri dön

KAYBOLAN YILLAR

  • 28 oktyabr 2011 17:29
  • Məqalə: 14
  • Şərh: 1140
  • Bal:
AMIN ILAHI TEWEKKUR EDIREM

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

edvart

  • 26 oktyabr 2011 16:56
  • Məqalə: 1
  • Şərh: 219
  • Bal:
{awards}
ilk werh menden twk

_SVETLANA_777_

  • 25 oktyabr 2011 23:57
  • Məqalə: 109
  • Şərh: 1536
  • Bal:
{awards}
cox gozel maraxli idi tesekkurler

--------------------
<p></p>

_eslemnur_

  • 25 oktyabr 2011 19:02
  • Məqalə: 0
  • Şərh: 69
  • Bal:
{awards}
Allah bizleri EhliBeytin heqiqi davamcilarindan qerar versin Amin... Allah senden razi olsun bacim, yazan ellerin dert gormesin, yazdiqin dualara AMIN deyirem.. cox saqol bu gozel ve coox deyerli movzuya gore ,bu yazin meni aqlatdi, bunun ucun sene teshekkur edirem,imam Huseyin(e) ucun goz yashi axitmaqima sebeb olduqun ucun cox saqol.. Allah seni razi qaldiqi bendelerinden etsin inshAllah.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 50
Cəmi: 62

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}