«Nur» surəsi və ailənin qorunması

 
«Nur» surəsi və ailənin qorunması

[font=Arial]
«Nur» surəsi və ailənin qorunması

Qur’ani-kərim ardıcıl olaraq ailə məsələləri, ailə əsasları, ailə hökmləri və əxlaqı haqqında söhbət açır. «Nur» surəsində paklıqdan, evlənmədən əvvəlki qorunmalardan danışılır. Ailə qurmaq göstərişi də bu surədə buyurulub. Eləcə də qadın və kişi baxışlarının naməhrəmdən qorunmasından söhbət gedir. Xanımların biganə nəzərlərdən çəkinməsindən danışılır. Ailə və cəmiyyətin iffətinə təcavüz edən günahkarların tənbehi qeyd edilir. İftira deməklə ailə hörmətini ləkələyənlərdən söhbət açılır. Qısası, bu surədə uşağın psixoloji sağlamlığının qorunması, ən kiçik qıcıqlandırıcı hallardan pəhriz olunması tapşırılır. Ona görə də demək olar ki, «Nur» surəsi ailənin qurulmasını nəzərdə tutur. Ailəyə toxunulmazlıq verən bu mövzu ilahi ayətlərdən bilinir. Surənin əvvəlində bu nöqtəyə işarə olunur ki, bunlar ilahi dəlillər və insanın tənbeh olma səbəbləridir.

Qur’an və uşağın psixoloji sağlamlığı

Mübarək «Nur» surəsi ailə haqqında bir çox məsələlərə toxunub. Bunların bir hissəsi birbaşa tərbiyə üsulu haqqındadır. Buna görə də surənin 57-ci ayəsi ətrafında bir neçə mühüm tərbiyəvi məsələyə toxunuruq.

Müqayisə

Tarixin təfsir etdiyi «dünənki» və bizim şahid olduğumuz «bu günkü» cəmiyyət insanı hörmətdən salmış, həya pərdəsini yırtmış, zahirən insani həyat, əslində isə heyvani bir həyat olmuşdur. Dünənin abırsızlığı o yerə gedib çatmışdır ki, Allahdan xəbərsiz insan çılpaq şəkildə bayıra çıxır, hətta bu şəkildə Allah evinin təvafına gedirdi! Bu günsə mədəni adlanan bir cəmiyyətdə həmin cahil mədəniyyət qiyafəsini dəyişərək üzə çıxmış, bəşəriyyətin əxlaq və hissiyatı məhv olmaq təhlükəsi ilə üzləşmişdir. Bu gün elmi-texniki tərəqqinin nailiyyətləri sayəsində bütün cəmiyyətlər rabitə və mədəniyyət nöqteyi-nəzərindən bir ailə formasını almışdır. Allahdan, vəhydən xəbərsiz əxlaqsızlıq mədəniyyəti ciddi bir təhlükə olmuşdur. İlahi dəyərlər unudulmuş, onların yerini azğınlıq tutmuşdur. Pozğun qərb mədəniyyəti nəzərincə hansı qəzet və jurnal əxlaqsızlığa daha çox yer verirsə, o qəzet, o jurnal ən böyük tirajla çap olunmalıdır. Hansı televiziya şəbəkəsi əxlaqsızlığı daha aşkar nümayiş etdirirsə, ətrafına daha çox tamaşaçı toplayacaq. Bu gün peyk antenələri bir qüvvələrin ixtiyarındadır ki, insani dəyərləri nəzərə almadan ən qısa zamanda istədikləri filmi, səhnəni bütün cəmiyyətlərə nümayiş etdirirlər. Təhrikedici səhnələr əxlaqa zidd məsələni açıq-aşkar tə’lim edir. Bu həyasızlıq bir həddə çatıb ki, Allahın and içdiyi qələm bunları yazmağa xəcalət çəkir. Siz əziz oxucular bu «mədəniyyəti» Qur’an və Əhli-beyt mədəniyyəti ilə müqayisə edin. Bir mədəniyyət ki, uşağın hüzurunda qızışdırıcı səhnələrə, əxlaqa zidd hərəkətlərə yol verilir, bu mədəniyyəti müqayisə edin. Qoy, islamla bu günkü mədəniyyətin fərqi aydınlaşsın. Əslində onlar müqayisə ediləsi deyil. Hər halda bu məqsədlə mübarək «Nur» surəsindən qısaca zikr edək: «Ey iman gətirənlər, göstəriş verin ki, qulam və kənizləriniz, eləcə də yetkinlik yaşına çatmış övladlarınız gündə üç dəfə otağınıza daxil olmaq istəyəndə icazə alsınlar – biri sübh namazından əvvəl, ikincisi günorta, üçüncüsü şam namazından sonra. Çünki bu üç vaxt sizin istirahət vaxtınızdır və yataq paltarında olursunuz».

Yataq otağı

Bu üç vaxtda elə bir haldasınız ki, kimsənin bu halda sizi görməyi xoşagəlməzdir. İcazə alınmalıdır. Aydındır ki, bu üç vaxtın xüsusiyyəti yoxdur. Yə’ni istənilən vaxt sizin istirahət vaxtınız ola bilər və övladlarınız otağa icazəsiz daxil ola bilməzlər.

Evdə geyim

Bütün hallarda ata və ana yataq paltarı ilə övladlarına görünməməlidirlər. Qeyri-münasib geyimdə övladların hüzuruna çıxmaqdan ata da, ana da çəkinməlidirlər. Onların hüzurunda ən kiçik qızışdırıcı səhnəyə də icazə verilmir. İmam Sadiq (ə) buyurur: «Bu üç vaxt sizin istirahət vaxtınız olduğundan icazə alınmalıdır».[1] Qur’ani-kərim tərbiyə üsuluna o qədər əhəmiyyət verir ki, Qur’an ağuşunda böyüyən uşaqlar mə’nəviyyatca sağlam tərbiyə olunurlar. Qur’an psixoloji sağlamlığa diqqət olunmasını vacib bildirir. Növbəti ayədə yetkin cavanlar haqqında buyurulur: «Onlar da sair yetkinlik yaşındakılar kimi daxil olanda icazə almalıdırlar».[2] Qur’ani-kərimin ciddi əhəmiyyət verdiyi bu mühüm tərbiyə qaydası Qur’an bilicisi Əhli-beyt tərəfindən daha ətraflı şərh olunmuşdur. Onların bə’zilərini qeyd edirik.

[1] «Vəsail» cild 14.
[2] «Nur» 59.

Uşaq və təhrikedici səhnələr


İslamın ciddi göstərişlərindən, tərbiyə üsullarından biri budur ki, uşaq olan otaqda qadın və kişi yaxınlıq etməməlidirlər. Bu hərəkət uşağın talehini təhlükəyə salır. Olsun ki, bu əməl uşağı çaşqınlığa salar və heç zaman zehnindən silinməz. Diqqət edin: İmam Sadiqdən (ə) nəql olunur: «Heç kəsin haqqı yoxdur ki, uşaq olan otaqda yaxınlıq etsin. Çünki bu əməl uşağı azdırıb, günah və zinaya səbəb olar».[1] Yenə də həzrət Peyğəmbərdən (s) nəql olunur: «Bir şəxs uşağın oyaq olduğu otaqda yoldaşı ilə yaxınlıq etsə, uşaq onları görüb, nəfəslərini eşitsə, heç zaman doğru yol tutmaz. İstər bu uşaq oğlan olsun, istərsə də qız fərqi yoxdur».[2]
Bu barədə rəvayət çox olsa da, onlardan yalnız ikisi ilə kifayətlənirik. Çünki bu tərbiyə üsulunun əhəmiyyəti həmin iki rəvayətdən yaxşıca anlanılır. Ən əsası budur ki, cəmiyyət bu dəyərli üsula bağlanıb, ona riayət etsin.

[1] «Vəsail» cild 14.
[2] «Vəsail» cild 14.
/font]

«Nur» surəsi və ailənin qorunması


Geri dön

KAYBOLAN YILLAR

  • 28 oktyabr 2011 17:28
  • Məqalə: 14
  • Şərh: 1140
  • Bal:
AALAH MUQQEDSDE ALLAH REHIMLEDI TEWEKKUR EDIREM

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

fiona_138

  • 26 oktyabr 2011 17:10
  • Məqalə: 0
  • Şərh: 63
  • Bal:
{awards}
Allah razı olsun!

Allah razı olsun!

QARA_EQREB

  • 26 oktyabr 2011 13:25
  • Məqalə: 2
  • Şərh: 94
  • Bal:
{awards}
Daglara baxib olari hereketsiz bir yerde durmus guman edirsen, halbuki onlar bulud kecdiyi kimi keciler,. Bu her seyi bacarilqla yaradan Allahin senetidir. Onu sizin edikleriniz emelerden xeberi var,,

_eslemnur_

  • 25 oktyabr 2011 19:08
  • Məqalə: 0
  • Şərh: 69
  • Bal:
{awards}
Allah razi olsun

V_I_P

  • 25 oktyabr 2011 17:32
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
«Nur» surəsi və ailənin qorunması

Qur’ani-kərim ardıcıl olaraq ailə məsələləri, ailə əsasları, ailə hökmləri və əxlaqı haqqında söhbət açır. «Nur» surəsində paklıqdan, evlənmədən əvvəlki qorunmalardan danışılır. Ailə qurmaq göstərişi də bu surədə buyurulub. Eləcə də qadın və kişi baxışlarının naməhrəmdən qorunmasından söhbət gedir. Xanımların biganə nəzərlərdən çəkinməsindən danışılır. Ailə və cəmiyyətin iffətinə təcavüz edən günahkarların tənbehi qeyd edilir. İftira deməklə ailə hörmətini ləkələyənlərdən söhbət açılır. Qısası, bu surədə uşağın psixoloji sağlamlığının qorunması, ən kiçik qıcıqlandırıcı hallardan pəhriz olunması tapşırılır. Ona görə də demək olar ki, «Nur» surəsi ailənin qurulmasını nəzərdə tutur. Ailəyə toxunulmazlıq verən bu mövzu ilahi ayətlərdən bilinir. Surənin əvvəlində bu nöqtəyə işarə olunur ki, bunlar ilahi dəlillər və insanın tənbeh olma səbəbləridir.


allah hamini qorusun. ammin.

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

Nur.

  • 25 oktyabr 2011 16:02
  • Məqalə: 13
  • Şərh: 322
  • Bal:
{awards}
Nur» surəsi və ailənin qorunması

Qur’ani-kərim ardıcıl olaraq ailə məsələləri, ailə əsasları, ailə hökmləri və əxlaqı haqqında söhbət açır. «Nur» surəsində paklıqdan, evlənmədən əvvəlki qorunmalardan danışılır. Ailə qurmaq göstərişi də bu surədə buyurulub. Eləcə də qadın və kişi baxışlarının naməhrəmdən qorunmasından söhbət gedir. Xanımların biganə nəzərlərdən çəkinməsindən danışılır. Ailə və cəmiyyətin iffətinə təcavüz edən günahkarların tənbehi qeyd edilir. İftira deməklə ailə hörmətini ləkələyənlərdən söhbət açılır. Qısası, bu surədə uşağın psixoloji sağlamlığının qorunması, ən kiçik qıcıqlandırıcı hallardan pəhriz olunması tapşırılır. Ona görə də demək olar ki, «Nur» surəsi ailənin qurulmasını nəzərdə tutur. Ailəyə toxunulmazlıq verən bu mövzu ilahi ayətlərdən bilinir. Surənin əvvəlində bu nöqtəyə işarə olunur ki, bunlar ilahi dəlillər və insanın tənbeh olma səbəbləridir

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 52
Cəmi: 82

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}