Hisslərinə yenilən məhşurlar

 
Hisslərinə yenilən məhşurlar

Məşhur, dahi insanlar haqqında adətən belə bir fikir var ki, sanki onlar həddindən çox iradəli, çalışqan və zirəkdilər. Uğur qazanan insanların əksəriyyətində belə keyfiyyətlər olsa da, zəif cəhətləri olanlar da kifayət qədərdir. Hətta onlar bəzən o qədər aciz olurlar ki, başqalarının onlara yazığı gəlir. Bu gün sizə hissləri, duyğuları, vərdişləri ilə bacarmayan məşhurları təqdim edirik.

Hans Xristian Anderson

Məşhur nağıl yazarı Hans Xristian Anderson tipik ipoxondrik idi. Onun səhhətinin pis olması ilə bağlı qeydləriylə dolu olan gündəliyi xəstəlik tarixçəsinə bənzəyirdi. Andersonun istedadı insanlar tərəfindən etiraf edilmədiyində, onun səhhəti daha da pisləşirdi. O özü də etiraf edirdi ki, əgər onunla fəxr etsələr, istedadını vurğulasalar, o özünü xoşbəxt hiss edəcək.
Əgər bir nəfər belə olsa, ona şübhə ilə yanaşırdısa, Anderson ruhdan düşürdü.

Volfqanq Amadey Mosart

Dahi bəstəkar pullarının hamısını bilyard oyununa xərcləyirdi. Yaradıcılığının pik dövründə o, bir çıxışına görə nə az, nə çox 500 qulden alırdı. Bu isə o dövr üçün 5 nəfərlik ailənin orta hesabla bir ay dolanacağı məbləğə bərabər idi.

Rembrandt

Rəssam Remrandt isə kolleksiya hərisi idi. O, kətanları, xalçaları, cəngavər dəbilqələrini, silahları, mirvariləri, Venesiya şüşələri və Çin farforlarını alırdı. Kolleksiya toplamaq həvəsi məşhur rəssamın vaxtını çox aldığından, o, digər işləri ilə maraqlanmağa vaxt tapmırdı. Bu da onun müflisləşməsinə səbəb olmuşdu.

Bismark

Bir çox məşhurların zəif cəhəti isə qarınqululuq olub. Məsələn: məşhur almaniyalı siyasətçi Otto fon Bismarkın otuz yaşına yaxın çəkisi o qədər artmışdı ki, yaxınları Bismarkın sərbəst hərəkət edə bilməyəcəyindən və xüsusi təkərli kresloya və ya arabaya ehtiyacı olacağından ehtiyat edirdilər. Şəxsi həkimi Şvenninqerin məsləhəti ilə dahi siyasətçi pəhriz saxlamalı oldu. Hətta bir neçə kiloqram arıqladı da. Amma o arıqladığına görə, o qədər sevinmişdi ki, 4 litr qatıq içdikdən sonra 1 litr konyakı həzm-rabedən keçirmişdi. Axşama isə ağlasığmaz həcmdə şam yeməyi sifariş vermişdi. Həkimi onun bu hərəkətlərini görüb, son dərəcədə məyus halda gündəliyinə bu qeydləri yazmışdı: “Həqiqətən də belə dahi şəxsin öz zəiflikləri qarşısında aciz qaldığını görmək çox kədərlidir”.

Fridrix

Çox yeməkdən Böyük Fridrix də özünü saxlaya bilmirmiş. Lakin onun zəifliyi yeməyə həddən artıq ədviyyat əlavə etməsi idi. O yeməyin istiotunu o qədər bol edirdi ki, ətrafında əyləşən qonaqlar dayanmadan asqırır və öskürürdülər.

Çox siqaret çəkənlər: Bayron, Rixard Ştraus, Hofman, Tekkerey, Napoleon III…

Höte

Höte isə tüstüyə tab gətirə bilmirdi. Siqaret çəkən insan gördüyü zaman o, naxoşlayırdı. Siqaret çəkilən məkanlarda iştirakı vacib olduğu zamanlarda onu vahimə hissi bürüyürdü. Höte hətta hiss edilməsi çətin olan, cüzi tütün iyini də hiss edirdi. Tənbəl aşpazını işdən çıxardığı zaman, yazıçıdan qorxunc qisas alınmışdı. Təhqir olunmuş qadın gizlicə yazıçının iş otağına daxil olub, ən tünd tütünlü qəlyan çəkmişdi.

İçki düşkünləri

Dahilərdən bir çoxu spirtli içkilərdən ağlasığmaz dərəcədə çox istifadə edirdi. Məsələn: bəstəkar Ferens List konyak içməyi çox sevirdi. Ernst Teodor Amadey Hofman axşamlarını şərab ehtiyatı saxlanılan anbarda keçirirdi. Yazıçının ölümündən sonra bu məkanın sahibi Hofmanın qohumlarına onun borcu ilə bağlı narazılığını bildirməmişdi. Səbəb sadəydi – bu məkan Hofmana görə daha da məşhurlaşmışdı. Beləcə, yazıçı öz borcunu bu məkana yeni qonaqlar cəlb etməklə ödəmişdi.

II Fridrix

Kral II Fridrix qadınlara nifrət edirdi. Onun hakimiyyəti dövründə Kral sarayına qadınların girməsi qadağan edilmişdi. Onun ətrafındakılar həmişə kişilər olurdu. O, ən ülvi hisslərini itlərə bəsləyirdi. Onun həyatı boyu 50-dən 80-ə qədər iti olub. Ən sevimli iti Alpina ilə o həmişə bir yataqda yatarmış, öldükdən sonra isə o özü üçün sifariş etdiyi türbədə Alpinanı da dəfn etməyi əmr etmişdi.

Henrix Hayne

Məşhurların bir çoxu həyatlarını qadınlarsız təsəvvür edə bilməyib. Henrix Hayne adi, savadı belə olmayan, ayaqqabı satan bir qıza aşiq olmuşdu. Bu xanım yazıb-oxumağı bacarmasa da, Henrix onu həmişə şən olduğuna görə sevir və hamıya qısqanırdı. Hətta bu xanımın tutuquşusuna bəslədiyi hisslərinə görə, Henrix dözməmiş və həmin tutuquşunu öldürmüşdü.


Geri dön

Sirli Melek

  • 26 oktyabr 2011 14:37
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
ÇOX MARAQLI FAKTLARDIR

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Ku-ku

  • 26 oktyabr 2011 11:35
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
maraqlidi twk

--------------------

Inciciceyi

  • 26 oktyabr 2011 09:15
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
yazya gore twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

H.o.S.t _ FaNaTka

  • 26 oktyabr 2011 03:00
  • Məqalə: 11
  • Şərh: 1363
  • Bal:
{awards}
belay maraqlı idi

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

V_I_P

  • 25 oktyabr 2011 23:39
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
her bir insanin aciz oldugu weyler cav,

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

_SVETLANA_777_

  • 25 oktyabr 2011 22:54
  • Məqalə: 109
  • Şərh: 1536
  • Bal:
{awards}
maraxlidir tesekkurler

--------------------
<p></p>

MiLeyla

  • 25 oktyabr 2011 22:34
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
cox maraqliydi

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

Ay Üzlü

  • 25 oktyabr 2011 21:35
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
cox sag ol bacim gozel xeber ucun

niyal nn

  • 25 oktyabr 2011 20:23
  • Məqalə: 0
  • Şərh: 2
  • Bal:
{awards}
bir dənəsən

B.E.H.R.U.Z

  • 25 oktyabr 2011 20:22
  • Məqalə: 9
  • Şərh: 159
  • Bal:
{awards}
wink wink wink fellow

--------------------
Smack
Down Is My Life...Rey Mysterio Boyakaaaaa
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 18
Cəmi: 32

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}