Qəzzafinin cəsədini soyuducuya qoyub tamaşaya çıxardılar!

 
Qəzzafinin cəsədini soyuducuya qoyub tamaşaya çıxardılar!

Liviyada iki gün əvvəl tutulub öldürülən keçmiş diktator Müəmmər Qəzzafinin qanlar içərisindəki cəsədini Misurata şəhərində ticarət mərkəzində soyuducuya qoyub tamaşaya çıxarıblar. Xarici mətbuatın xəbərlərinə görə, əvvəlcə cəsədin harada saxlandığı açıqlanmırdı. Lakin Milli Keçid Şurasının döyüşçüləri dünən onun cəsədini meyvə-tərəvəz saxlamaq üçün nəzərdə tutulan soyuducuya qoyaraq əhalinin tamaşasına çıxarıblar. Ticarət mərkəzinin qarşısında dərhal uzun növbə yaranıb.

“Assoşeyted press” xəbər verir ki, Misurata sakinləri diktatorun cəsədinə baxmaq üçün ora axışıb. Cəsədi mühafizə edən əsgərlər insan axınının qarşısını almaqda çətinlik çəkib, nəticədə onlar Qəzzafinin ölüsünə baxmaq istəyənlər üçün qrafik hazırlamalı olublar. Belə ki, cəsədə bir saat evlilər, o biri saat subay kişilər baxa bilər. Cəsədə baxmaq istəyənlərin arasında uşaqlar da var. İnsanlar Qəzzafinin ölüsü ilə həvəslə şəkil çəkdirir. Növbədə dayananlar “Biz iti görmək istəyirik” deyə qışqırır.

Keçmiş diktatorun cəsədi hələ yuyulmayıb və kəfənlənməyib, onun bədənində qan izləri və güllə yerləri görünür. Cəsəd qurşaqdan yuxarı çılpaqdır. Qeyd edək ki, Misurata şəhərinin əhalisi Benqazidən sonra Qəzzafi rejiminə qarşı etiraza başlayan ikinci iri şəhər idi. Polkovnikin rejimi bu şəhərə xüsusi amansızlıqla divan tutub. Misurata aylarla mühasirədə saxlanılıb. Qəzzafinin oğlu Hamisin başçılıq etdiyi xüsusi təyinatlı briqada şəhəri tanklardan və raketlərdən aramsız atəşə tutub, yaralılarla dolu xəstəxanalar bombalanıb, minlərlə insan öldürülüb. Buna baxmayaraq misuratalılar təslim olmayıb və sonda mühasirəni yararaq Qəzzafi qüvvələrini Tripoli istiqamətində geri oturda biliblər.

Milli Keçid Şurası Qəzzafinin cəsədi ilə necə davranmaq barədə qərar qəbl etməyib. Təkliflər var ki, Qəzzafinin məzarı gələcəkdə ziyarətgaha çevrilməsin deyə onu bin Laden kimi kəfənləyib dənizə atsınlar. Digər təkliflərə görə, cəsədi gizli yerdə basdırmaq nəzərdə tutulur. Belə görünür ki, keçmiş diktatorun dəfni uzana bilər. Onun arvadı, hazırda Əlcəzairdə sığınacaq alan Zaviya Farkaş BMT-yə müraciət edərək ərinin cəsədinin ailə üzvlərinə verilməsini istəyib. O bildirib ki, 6 ay dünyanın ən böyük ölkələrinə qarşı savaşan əri və döyüşlərdə ölən oğulları ilə fəxr edir.

BMT isə Liviya hakimiyyətini Qəzzafinin ölümünün təfərrüatlarını araşdırmağa çağırıb. Bu arada Rusiyadan da Qəzzafinin ölümü ilə bağlı ziddiyyətli bəyanatlar eşidilir. Prezident Dmitri Medvedyev Qəzzafinin ölümünü eşidən kimi bunu “çox yaxşı xəbər” adlandırmışdı. Lakin dünən xarici işlər naziri Sergey Lavrov deyib ki, Qəzzafinin avtomobil karvanının NATO aviasiyası tərəfindən vurulması, daha sonra onun diri ələ keçirilərək öldürülməsi beynəlxalq hüquq baxımından suallar doğurur.

Qəzzafinin ölümünün ardınca NATO da elan edib ki, Liviyada bu ilin martında başladığı “Birləşmiş müdafiəçi” əməliyyatını dayandırır. Bu barədə alyansın silahlı qüvvələrinin komandanlığının tövsiyəsindən sonra baş katib Andres Foq Rasmussen qərar verib. O deyib ki, əməliyyat rəsmən oktyabrın 31-də başa çatacaq: “NATO-nun Liviyadakı əməliyyatı həlledici uğurdur. Bu gün əməliyyat sona çatmaq üzrədir. Tərəfdaşlarla məsləhətləşmələrdən sonra biz qərara aldıq ki, əməliyyatı oktyabrın 31-də dayandıraq”.

Baş katibin bildirdiyinə görə, həmin vaxta qədər NATO Liviyadakı situasiyanı izləyəcək və lazım olsa hərbi müdaxilə edəcək. Qəzzafinin ölümünə gəldikdə isə Rasmussen deyib ki, alyans Liviyada konkret şəxsləri məhv etməyi qarşıya məqsəd qoymamışdı. Onun sözlərinə görə, Qəzzafinin olduğu hərbi maşınlardan ibarət karvan NATO aviasiyası üçün qanuni hədəf olub, çünki bu karvan dinc əhaliyə təhlükə təşkil edə bilərdi. Bundan əvvəl alyans bildirmişdi ki, zərbə endirilərkən karvanda Qəzzafinin olduğunu bilməyiblər.

Bu arada Qərb mətbuatı Qəzzafinin ölkədən təxmin edildiyindən xeyli çox - 200 milyard dollara yaxın pul çıxara bildiyini yazır. “Los Angeles Times” qəzetinin yazdığı xəbərdə deyilir ki, bu məbləğ Qəzzafinin əvvəlki oğurladıqlarından iki dəfə çoxdur. ABŞ, Avropa Birliyi və Liviyanın yeni hökumətinin apardığı araşdırmaların nəticələrinə görə, Qəzzafi pullarını dünyanın bütün böyük dövlətləri də daxil olmaqla Yaxın Şərq və Cənub-Şərqi Asiyanın bir çox banklarında saxlayırmış. Sabiq diktator xarici ölkələrdə mülklər alır və bir çox layihələrə sərmayə qoyurmuş. Rəsmi dövlət idarələrinin hesabları formal şəkildə açılır, lakin bu hesablardan Qəzzafinin ailəsi asanlıqla pul çıxara bilirdi. İlin əvvəllərində Qəzzafinin xarici banklarda on milyardlarla dollarlıq hesabları bağlanıb.
Qəzzafinin sağ qalan oğullarından Seyf əl-İslamın isə Nigerə qaçmağa imkan tapdığı açıqlanıb. Milli Keçid Şurasındakı mənbələr deyiblər ki, o, Siirtdən çıxa və zirehli avtomobillə Nigerə keçə bilib. İndiyədək Qəzzafinin 6 oğlundan 3-ü öldürülüb.


Liviyadakı fransalı jurnalistlər isə Qəzzafiyə atəş açaraq onu öldürən 22 yaşlı əsgərin videorolikini aşkar ediblər. Sanad əl-Sadiq əl-Ureybi adlı bu əsgər hərbi formada olan bir neçə nəfərlə söhbətində Qəzzafini necə öldürməsindən danışır.
“Biz Qəzzafini küçədə tapdıq. Onun yanında qadın və uşaqlar da var idi. Başında şlyapa vardı, ancaq biz onu saçlarından tanıdıq. Mən əvvəlcə onun sifətinə yumruq vurdum, o isə ”sən mənim oğlumsan" dedi. Mən onu bir də vurdum, o isə “mən sənin atanam” dedi. Sonra onun saçlarından yapışdım və yerə yıxdım. Bu zaman döyüşçülər arasında mübahisə başladı. Hərbçilər bildirdi ki, Qəzzafini rəhbərliyə təhvil vermək lazımdır. Lakin bu ideya mənim xoşuma gəlmədi, ona iki dəfə atəş açdım. Güllələrdən biri başından, biri qarnından dəydi, ancaq o saat ölmədi. Haradasa yarım saatdan sonra can verdi" - deyə əl-Ureybi bildirib.
S.əl-Ureybinin iddiasına görə, bundan sonra o biri döyüşçülər ondan silahı alıblar və ölümlə hədələyərək qovublar. O, Qəzzafiyə aid olan qızıl tapançanı da nümayiş etdirir. Lakin Ureybinin danışdıqları Qəzzafinin son anlarını əks etdirən videokadrlarla uzlaşmır. Belə ki, kadrlarda Qəzzafinin salamat halda “Pikap” tipli avtomobilin kuzovundan düşürüldüyü, daha sonra bir neçə əsgərin onu vurmağa başladığı və yerdə sürüdüyü görünür.

Qəzzafinin ölümü aylardır xalq etirazlarının qanla boğulduğu Suriyada da rejim əleyhdarlarını ruhlandırıb. “Röyter” xəbər verir ki, ötən cümə günü Suriyanın Hama və Homs şəhərlərində on minlərlə insan küçələrə çıxaraq Bəşər Əsədin istefasını tələb ediblər. Nümayişçilər əllərində “Doktor, növbədə sənsən!” (Əsədin peşəsi həkim-oftalmoloqdur-red.), “Qəzzafi hazırdır, indi sənin növbəndir, Bəşər!”, “Əsəd, hazırlaş!” kimi şüarlar yazılmış plakatlar tutublar. Rejim isə nümayişləri dağıtmaq üçün yenə də ordu və polisdən istifadə edib. Nümayişçilərə qarşı odlu silah tətbiq edilib və onlarla adam öldürülüb. “əl-Ərəbiyyə” kanalı azı 27 nümayişçinin öldürüldüyünü xəbər verir.

Fikirlərinizi bildirməyi unutmayın...


Geri dön

BadZero

  • 28 oktyabr 2011 13:54
  • Məqalə: 178
  • Şərh: 2544
  • Bal:
Axı bunun nə mənası var? Müsəlmanlara yaraşmayan hərəkətlərdir bunlar. Yaxşı və ya pis prezident olub, onu özləri bilərlər, amma bu cür hərəkətlər yolverilməzdir. Axı o da insandır... Meyidi nümayiş etdirmək elə müsəlmanlardan çıxar

--------------------
Sənə "pissən" deyənlərə əhəmiyyət vermə.. Mənə də vaxtilə "anormalsan" deyənlər olmuşdu.. Mən də atomu parçalayıb onlara təqdim etdim...

~ Albert Einstein

heyatim ellerimde

  • 26 oktyabr 2011 19:55
  • Məqalə: 7
  • Şərh: 57
  • Bal:
{awards}
cox yaxsi♥

--------------------

Ku-ku

  • 26 oktyabr 2011 11:35
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
emeye hormet

--------------------

Inciciceyi

  • 26 oktyabr 2011 09:03
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
oz omelleridi bawina geldi. her ne olur olsun. gere ALLAHIMIZI unutmayaq

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

H.o.S.t _ FaNaTka

  • 26 oktyabr 2011 04:10
  • Məqalə: 11
  • Şərh: 1363
  • Bal:
{awards}
nə deyim daha recourse

--------------------
http://imgs.su/tmp/2012-03-09/1331317146-502.jpg

meri

  • 26 oktyabr 2011 00:27
  • Məqalə: 0
  • Şərh: 219
  • Bal:
{awards}
Bir insan kimi onun olüm görüntüləri çox pis təsir bağışladı. o diktatordur.düzdür. Ancaq bir dövlət başçısının bu cür təhqir olaraq öldürülməsi. özü də adi bir əsgərlərin əlində,küçədə o cür vəhşiliklə Allahu Əkbər deyə deyə öldürülməsi,sonrada onu soyuducuya qoyub tamaşa düzəltməkləri heç bir insanlığa müsəlmançılığa yaraşmır.Bunların bir qanunları.məhkəmələri yox idimi.

V_I_P

  • 25 oktyabr 2011 23:40
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
allah goyden baxir. kimki bu dunyada ne edir onuda gorur.

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

_SVETLANA_777_

  • 25 oktyabr 2011 22:50
  • Məqalə: 109
  • Şərh: 1536
  • Bal:
{awards}
men shexsen ele olmeyine pis oldum zalim balasi 42 il yemisende cixde gerek bele oldurerdiler seni neyse qismet ALLAH BILEN MESLEHETDI

--------------------
<p></p>

Dusha_Moya))

  • 25 oktyabr 2011 20:53
  • Məqalə: 0
  • Şərh: 464
  • Bal:
{awards}
Mence müselmana yaraşmayan hereket sergiləyir liviya hal_hazırda..aqressiyaları anlaşılandı..amma qerbin müselmanı vehşi kimi teqdim etməsinə bir səbəb olacağ necə ki, olur da..Allah islah etsin..

hulk91

  • 25 oktyabr 2011 20:48
  • Məqalə: 0
  • Şərh: 63
  • Bal:
{awards}
harda muselman var orda qiyamdi dava nece olacaqe dunyanin iwi?

romantik_awk

  • 25 oktyabr 2011 20:45
  • Məqalə: 35
  • Şərh: 3372
  • Bal:
{awards}
ALLAH REHMET ELESIN PIS ADAM OLAYDI 42IL HAKIMIYETTDE OLMAZDI

--------------------

B.E.H.R.U.Z

  • 25 oktyabr 2011 20:21
  • Məqalə: 9
  • Şərh: 159
  • Bal:
{awards}
ne diyim=) belay

--------------------
Smack
Down Is My Life...Rey Mysterio Boyakaaaaa

RUFET_KERIMOV

  • 25 oktyabr 2011 20:19
  • Məqalə: 0
  • Şərh: 241
  • Bal:
{awards}
iqnorumu ac melek ela xeberdiya

--------------------
afto_xuliqan....10-kk-517

..:MeleK kiz:..

  • 25 oktyabr 2011 20:19
  • Məqalə: 150
  • Şərh: 8828
  • Bal:
{awards}
ne yaxsi oldu ona

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 50
Cəmi: 66

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 43
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1141
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}