ALLAHı inkaretmə xətasına düşən fəlsəfələr

 
ALLAHı inkaretmə xətasına düşən fəlsəfələr

Şübhəsiz, burada nəzərdən keçirdiklərimiz onun sonsuz dəlillərinin sadəcə olaraq çox kiçik bir qismidir. İnsan hara baxsa, Yaradıcının varlığını göstərən işarələrlə qarşılaşır.

Bəs bütün bunlara baxmayaraq nə üçün yer üzərində hələ ateist vardır? Bu qədər açıq dəlilə baxmayaraq nə üçün Allahın varlığını qəbul etmirlər?

Bu sualın cavabını araşdırdığımız zaman ateist insanların, ateist elm adamlarının da daxili inanclarını şəkilləndirən əvvəl əldə edilmiş dəlillərlə bərabər, bəzi fəlsəfi fikirlərlə qarşılaşırıq. Ümumi mənada materializm olaraq tanınan bu fəlsəfi görüş kainatın əvvəlsiz olduğu və bir Yaradıcıya ehtiyac duymadan işlədiyini müdafiə edir. Yəni bu insanlara görə, var olan mütləq güc maddədir. Maddə yaradılmışdır və bir Yaradıcının müdaxiləsi olmadan öz-özünə işləyir. Tarixdə bu fikri müdafiə edən bir çox filosof vardır. Qədim Şumerdəki bütpərəst dinlərdən, qədim Yunanıstandakı atomçu filosoflardan, müasir dövrdəki dialektik materialistlərə qədər bir çox insan bu fikrə əsaslanaraq Allahın varlığını rədd etmişdir.

Bu insanların hər hansı bir konkret əsası yoxdur. Sadəcə olaraq özlərini maddənin əzəli olduğuna inandırmışlar və bu inanca sarılmışlar. Eyni məntiqlə təkamül nəzəriyyəsini qəbul etmişdilər və bunu da yenə israrla qoruyurdular. Tanınmış amerikalı mikrobioloq Maykl Behenin müəyyən etdiyi kimi, canlılığın təsadüflərlə ortaya çıxmayacaq qədər kompleks olduğunu gördükləri zaman isə sadəcə olaraq susur və mövzunu dəyişdirirlər.

Bu vəziyyət bəhs edilən insanları materializmə və onun təbii nəticəsi olan ateizmlə əlaqələndirən bəzi əvvəlcədən qəbul edilmiş mənfi fikirli olduğunu göstərir. Yəni Allahın varlığını inkar edərkən bunu konkret məlumatlara baxmayaraq edirlər.

Bundan başqa, bir də bu inkarlarını cəmiyyətə mənimsətməyə çalışırlar.

''HİYLƏGƏR QURULUŞ'' SAHİBLƏRİ

Allah inancına qarşı təbliğatların təşkil olunması onların müəyyən olunduqları mənasına gəlir. Başqa sözlə, cəmiyyətdə dini inancları aradan qaldırmaq üçün səy göstərən güc mərkəzləri vardır. Necə ki, Allah Quranda bu mərkəzlərin varlığına işarə etmişdir. Bir ayəyə görə, axirətdə cəhənnəmlə cəzalandırılan bir qrup insan dünyada onları haqq yolundan sapdırmış liderlərinə belə deyəcəklər: ''...Xeyr, bəs gecə-gündüz qurduğunuz hiylələr? O zaman ki, bizə Allahı danmağı və Ona şəriklər qoşmağı əmr edirdiniz''
(''Səbə'', 34/33).

''Hiyləgər quruluş'' quraraq insanlara inkar etməyi əmr edən bu mərkəzlər tarixin hər mərhələsində fərqli ad və quruluşlarda ortaya çıxmışdılar. Ancaq əsas xüsusiyyətləri həmişə eyni olmuşdur. Allah Quranda onları ''...naz-nemət içində yaşayan başçıları'' (''Möminin'', 23/64), ya da ''...tayfasını özlərinə yaraşdırmayan başçıları'' (''Əraf'', 7/75) olaraq tanıtmışdır. Yəni bu insanlar maddi cəhətdən güclü olan, bundan başqa, cəmiyyətdə şöhrət sahibi olan və bu imkanların gətirdiyi təkəbbürlülük və dikbaşlıq içində yaşayan insanlardır. Zalımlıq və zülümlə əldə etdikləri bu imkanlarına qarşı bir təhlükə kimi gördükləri dini isə yox etmək istəyirlər. Bu səbəblə də mütəşəkkil bir şəkildə ''hiyləgər quruluşlar'' qurar, yəni cəmiyyətlərini inkar etməyə sürükləmək üçün cəhd göstərərlər.

Bu cür təşkilatlanma güclərinin tək bir tərəfi verilə bilməz. Bu təşkilatlar cəmiyyətdə müxtəlif ad və şəkillərə sahib ola bilərlər. Ancaq son 3-4 əsrin tarixinə nəzər saldığımız zaman Quranda olan tərifə uyğun beynəlxalq bir təşkilatla qarşılaşırıq: bu, masonluqdur.

Bu yerdə masonluğun qlobal mübarizəsinin Quranda bəhs edilən bir mərkəz tərəfindən də hazırlandığını və hər mərhələsində dəstəkləndiyini bildirmək lazımdır: -yəhudilik. Bəli, Musəviliyin ilahi bir din olmasına və yəhudilərin də bu dinə mənsub olmalarına baxmayaraq yuxarıda bəhs etdiyimiz kimi, yer üzərindəki din əleyhədarı təbliğatların aparılmasında mühüm rolları olmuşdur. Bunun səbəbi haramların (yəhudi din adamı) Tövratı öz istəklərinə görə təhrif edib dəyişdirmələri və Hz. Musanın təbliğ etdiyi dinə bir neçə batil inanc daxil etmələrindədir. Beləcə, yəhudilik haramların bu təhrifləri ilə ilahi bir din olmaqdan çıxaraq materialist görüşlərə sahib olan dünyəvi və şovinist bir ideologiya halına gəlmişdir. Bunun nəticəsində bir qism mühafizəkar yəhudi dini sadəcə olaraq özlərinə aid bir anlayış kimi görərək, xristianlıq və İslamı yox edilməsi lazım olan ''saxta din'' kimi qəbul etməyə başlamışdılar. Bundan başqa, bu maraqlı birləşmə bəhs edilən adamları yer üzərində dini inancların silinməsi yönündə səy göstərən bir güc halına gətirir. Yəhudilik ilə masonluq arasındakı ittifaqın məntiqi də budur.

MASONLUĞUN ROLU

Qərb dünyasında doğulmuş və sonra da digər ərazilərə yayılmış bu gizli təşkilat girdiyi hər ölkədə din əleyhədarı düşüncə və fəaliyyətlərin mənbəyi olmuşdur.

Hər hansı ölkədə son bir neçə əsrdir dinə qarşı edilən mübarizənin tarixi araşdırılarkən, masonluğun bu hadisənin mərkəzində olduğunu görürük. Xüsusilə Avropa tarixində bunu müşahidə etmək son dərəcə asandır. Bu səbəblərdir ki, katolik dünyasının lideri Papa XIII Leo 1884-cü il tarixli məşhur ''Humanum genus'' adlı fərmanında masonluğu hədəf almış və təşkilatın məqsədlərini belə açıqlamışdır: ''Zamanımızda masonluq adlı çox yayılmış və qüvvətli təşkilata sahib bir dərnəyin dəstəyi və köməyi ilə şər qüvvələrə itaət edənlər qeyri-adi bir cəhd içində birləşmiş vəziyyətdədirlər. Bunlar artıq niyyətlərini gizlətməyə ehtiyac duymadan Allahın yüksək varlığı ilə mübarizə edirlər... Masonların istəkləri və bütün səyləri eyni məqsədə yönəlməkdədir -dinin tələblərindən olan hər cür sosial və insanı qaydaları tamamilə yıxmaq və yerinə yetirmə prinsiplərini naturalizmdən alan öz fikirlərinə görə şəkillənmiş yeni qanunları oturtmaq''[74].

Papanın XIX əsrin sonlarında etdiyi bu analiz yerindədir. Çağdaş mason mətnlərinə baxdığımız zaman təşkilatın dini inancları cəmiyyətdən silməyi qarşısına məqsəd qoyduğunu görürük. Bir Türk mason lojası (dərnəyi) mətnində ''pozitiv elmlərin cəmiyyətə yayılması'' yolu ilə dinin necə yox ediləcəyi belə bildirilir: ''Nəticə olaraq bunları söyləmək istəyirəm: ''Hamımıza düşən ən böyük insani və masonçu vəzifə bunun təkmilləşmədə ən yaxşı və tək yol olduğunu mənimsəyərək bu inancımızı insanlar arasında yaymaq, xalqı müsbət elmlərlə yetişdirməkdir. Ernest Renanın bu sözləri çox və ağılla tərbiyə olunarsa, maarifləşdirilərsə, dinlərin boş inancları öz-özünə yıxılar''[75].

Burada ''pozitiv elm'' dedikdə təcrübə və müşahidə yolu ilə aşkar olunmayan hər şeyi rədd edən materialist fəlsəfə nəzərdə tutulur. Masonluğun vəzifəsi isə bu fəlsəfəni ''elm'' adı altında cəmiyyətə təlqin etmək və beləcə, dini inancları ortadan qaldırmaqdır. Təkamül nəzəriyyəsi isə, yenə yuxarıdakı sitatdan başa düşüldüyü kimi, bu beyin yumaq kampaniyasında müstəsna bir yerə sahibdir. Masonluq təkamül nəzəriyyəsi inancını cəmiyyətdə yaymağı özünün ən böyük vəzifəsi saymaqdadır.

İstər təkamül nəzəriyyəsinin, istərsə də materialist fəlsəfənin digər törəmələrinin dünyanın dörd bir tərəfində bu cür fəal şəkildə müdafiə olunmasının arxasındakı mühüm bir amil bu təşkilatla əlaqələridir. Son 3-4 əsrdə dini inanclara qarşı yürüdülən sistemli təbliğatlarda mason təşkilatının, ya da bu təşkilatın çıxıntılarının böyük rolu vardır. Allahın varlığını inkar edən müxtəlif və bəzən bir-birilə ziddiyyətli fəlsəfi sistemləri quran adamların o an hamısının mason olmasının səbəbi də budur.

MASON FƏLSƏFƏÇİLƏRİ

Yuxarıda da bildiyimiz kimi, din əleyhədarı fəlsəfi sistemləri quran insanlar həqiqətdə dinə qarşı yürüdülən sistemli bir savaşın hissələridir. Bu səbəbdəndir ki, bu sistemləri quran fəlsəfəçilərə baxdığımız zaman çoxunun dinə qarşı yürüdülən savaşın mərkəzi xüsusiyyətindəki mason təşkilatının bir hissəsi olduğunu görürük.

Burada ilk diqqət cəlb edən fəlsəfəçilər Fransız İnqilabının öndə gedənlərindən olan Fransız maarifçiləridir. Bu adamlar yalnız dini liderləri tənqid etməklə kifayətlənməmiş, eyni zamanda, dinin özünə qarşı şiddətli bir düşmənçiliyi qızışdırmışdılar. Bunlar arasında ''Materializmin İncili'' adlandırılan ''Təbiət sistemi'' kitabının müəllifi Didro yenə şiddətli bir materialist və din əleyhədarı olan Volter, qatı maddəçi Monteskü, özünə görə yeni bir ''din'' quran Jan Jak Russo və başqaları şiddətli din əleyhədarı olan ''ensiklopedistlər'' sayıla bilərlər. Türk masonlarının nəşr orqanı olan ''Memar Sinan'' jurnalı bu adlardan belə bəhs edir: ''Fransa İnqilabı mason mütəfəkkirləri tərəfindən hazırlanmışdır. Hürriyyət, bərabərlik, qardaşlıq prinsiplərinin əksini tapdığı İnsan Haqları Bəyannaməsi Monteskü, Volter, J.J.Russo, Didro kimi ustadlarımızın ilham və irşadı ilə yayınlanmışdır''[76].

Yenə Türk masonları tərəfindən nəşr olunan mason jurnalı belə yazır: ''Fransada feodalizm quruluşunu yıxaraq böyük inqilabı edənlərin başında Monteskü, Volter, J.J.Russo və materializmin öncülərindən olan Didronu və onların ətrafında cəmlənən ensiklopedistlərin adları yazılıdır. Bunların hamısı masondur''[77].

Fransa İnqilabı dövründə başlayan inkişaf XIX əsrdə zirvəyə çatmışdır. Bu prosesin mühüm nümayəndələrinə baxarkən yenə masonluğu görürük.

O biri tərfdən, bu adların arasında çox sayda yəhudinin olması da təsadüfi deyil. Bu, masonluqla ittifaqa girərək xristianlıq və İslam qarşı işləyən, materialist dünya görüşünü bölüşdürən yəhudilərin bu məqsədə fəlsəfə sahəsində də xidmət etdiklərini göstərir.

SOSİALİZMİN PƏRDƏARXASI

1776-cı ildə Almaniyanın cənubundakı Bavariyada maraqlı bir dərnək qurulmuşdu. ''İlluminate'' yəni, ''aydınlaşdırmışlar'' adını daşıyan dərnəyin qurucusu Adam Veyshaupt adlı bir hüquq professoru idi. Dərnəyi maraqlı edən 2 xüsusiyyət var idi: çox gizli bir dərnək olması və özünə çox iddialı bir siyasi proqram müəyyən etməsi. Veyshaupt tərəfindən qələmə alınan bu proqramda təşkilatın ən əsas iki məqsədi belə izah edilirdi:

1. Bütün monarxiyaların və bu cür quruluşlu hökumətlərin ləğv edilməsi.

2. Bütün ''teistik'' (İlahi) dinlərin ləğv edilməsi.

Dərnəyin xüsusilə dinə qarşı olan rəftarı son dərəcə düşmənçilik xarakteri daşıyırdı. Veyshaupt İngilis tarixçisi Maykl Hovardın ifadəsilə desək, ilahi dinlərə qarşı ''patoloji bir nifrət'' hiss edirdi[78].

Dərnək əslində bir cür mason topası idi. Veyshaupt keçmiş mason idi və dərnəyi də mason lojalarının ümumi təşkilatlanma şəklinə uyğun olaraq qurmuşdu. ''İlluminate'' heyrətləndirici bir sürətlə böyüdü. 1780-cı ildə Alman mason lojalarının böyük usdadlarından olan Baron Von Kniggenin də qoşulması ilə təşkilatın gücü yaxşıca artdı. Veyshaupt və Knigge, Almaniyada ''sosialist'' deyə biləcəyimiz bir inqilab etmə hazırlığına girişdilər. Fəqət, hökumətin vəziyyətdən xəbərdar olması ilə ''İlluminate'' dağılıb normal mason lojalarına qoşulmağa qərar verdi. Birləşmə 1782-ci ildə oldu.

Ancaq 1800-cü illərin əvvəlində ''illuminate'' ənənəsini Almaniyada qorumağa çalışan yeni bir dərnək quruldu. Dərnəyin adı ''Doğrular birliyi'' idi, lakin sonradan dəyişərək ''Kommunistlər birliyi'' adlandı. ''Kommunistlər birliyi''ni idarə edənlər özlərinə siyasi bir proqram hazırlamaq istədilər. Bu proqramı qələmə almaları üçün müraciət etdikləri iki adam isə iki qatı kommunist intellegent idi: -Karl Marks və Fridrix Engels! Bu iki nəfər məşhur ''Kommunist manifesti''ni bəhs edilən ''Kommunistlər birliyi''nin sifarişi ilə yazdılar. Manifest, bilindiyi kimi, dini ''xalqın tiryəki'' adlandırır və insanlığın qurtuluşu üçün yeganə yol kimi gördüyü ''sinifsiz cəmiyyət'' ideyasının şərtlərindən birinin dini inancların yox edilməsi olduğunu irəli sürürdü. Başqa bir maraqlı nöqtə isə həm Marksın, həm də Engelsin yəhudi əsilli olmaları idi.

Sosializmin başlanğıcında yer tutan bu mason və yəhudi ağırlığı sonra da davam etdi. Sosialist hərəkatlara liderlik edən bəzi mason və yəhudi adlarını belə saya bilərik:

Ferdinand Lasall : -Marksın yaxın dostu olan Lasall inqilabçı komunist diktatorluğu müdafiə edirdi.
Viktor Adler: -Engelsin sağ əli olan Adler kommunizmin yayılması üçün böyük səy göstərirdi. Sonralar oğlu Fridrix Adler Avstriya Kommunist Partiyasının lideri oldu.
Moses Hess: -konservativ bir yəhudi ailəsindən gələn Hess, həm Marksın yaxın dostu olan məşhur bir sosialist, həm də atəşli bir sionist idi. ''Roma və Qüds'' adlı kitabı ilə Avropadakı sionist hərəkatın öncülü oldu və Fələstində bir yəhudi dövləti qurulması üçün çalışdı. Bundan başqa, həyatı boyunca darvinizmi şiddətlə müdafiə etdi.
Georq Lukaş: -varlı bir yəhudi ailəsindən gələn Lukaş kommunizmi müdafiə edən bir çox kitab yazdı. Kommunist düşüncəsinin gənclər arasında yayılmasına şərait yaratdı. Macar inqilabına rəhbərlik edən ən mühüm adamlardan biri idi.
Vladimir İliç Lenin: -Rusiyadakı bolşevik hərəkatının llideri Lenin dünyanın gördüyü ən qanlı və totalitar rejimlərdən birinin qurucusu oldu.
Herbert Markus: -yəhudi olan Herbert Markus marksizmi yenidən izah edərək 1968-ci ildəki tələbə hadisələrinin hazırlayıcısı oldu. Bütün dünyada yayılan Solçu Universitet hərəkatlarını qızışdırıb, zamanımızda hələ də hər gün saysız gəncin həyatını itirməsinə səbəb olan anarxist ideologiyanı inkişaf etdirdi.

FƏLSƏFƏNİN PƏRDƏARXASI

Fəlsəfə tarixinə baxarkən mason şəxsiyyəti ilə diqqət cəlb edən daha bir çox ateist və din əleyhədarı mütəfəkkirə rast gəlirik. Devid Hum, Holbax, Şillinq, Con Stüart Miller, Avqust Kant, Markiz de Sad kimi mütəfəkkirlər, ya da Emil Durkhem, Ferdinand Tennis, Herbert Krene, Ziqmund Freyd, Henri Bekon, Erik From kimi sosial alimlər bunların arasında sayıla bilər. Çoxu eyni zamanda yəhudi əsilli olan bu insanlar cəmiyyəti dindən çıxarmaq, tamamilə din xarici bir cəmiyyət quruluşu və əxlaq anlayışı qurmaq üçün səy göstərmişdilər. Bütün bunların arasında Çarlz Darvinin xüsusi yeri olduğunu bildirməyə isə hər halda ehtiyac yoxdur.

Burada mühüm olan nöqtə bütün bu mütəfəkkirlərin və onlara bənzər minlərləsinin hazırladığı inkarçı və maddəçi fəlsəfələrin müəyyən siyasi və sosial mənafelərə xidmət etməsidir. Başda da bildirdiyimiz kimi, insanların Allahı inkar etmələrindəki ən mühüm səbəb Allahı qəbul etmənin təbii nəticəsi olan dindən narahat olmalarıdır. Dinin doğruluğu özlərinin, ya da təmsil etdikləri dairələrin mənafeləri ilə toqquşduğu üçün onu rədd edən bu insanlar özlərinə arxa tapmaq üçün ateizmə müraciət edirlər.

Onlar bu üzdən Allahın varlığının açıq-aydın olan dəlillərini görmürlər. Bundan başqa, həmin insanlar Allahın varlığına olan imana mane olmaq, bu dinsizliyi ümumi cəmiyyətə yaymaq üçün də böyük səy göstərirlər. Beləcə, ortaya ya Allaha inanmayan, ya da Quranın ifadəsi ilə desək, ''Onu unutmuş kütlələr çıxır''
(''Mücadələ'', 58/6).

İnsanların çoxunun Allahı heç anmadan yaşamalarının, Ondan asılı olmayan bir həyat sürdüklərini zənn etmələrinin səbəbi də budur. Ancaq bu ''quru kütləvilik'' insanı aldatmamalıdır. Çünki Allah Quranda insanların ancaq çoxunun iman etməyəcəyini xəbər verir
(''Rad'', 13/1).

Bundan başqa, aşağıdakı ayə ilə də insana bu mövzuda xəbərdarlıq edir: ''Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar!''
(''Ənam'', 6/116).

ALLAH İNANCI OLMAYAN CƏMİYYƏT MODELİNİN ZƏRƏRLƏRİ

Allah Quranda insanların bəlli bir fitrətlə (yaradılışla) yaradıldığını ''Batildən haqqa tapınaraq, üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut'' ayəsi ilə bildirmişdir. İnsanların bu yaradılışı Allaha qul olma və Allaha etimad üzərində qurulmuşdur. İnsan sərhədsiz istək və ehtiyaclarını öz-özünə qarşılamaq imkanına sahib olmadığı üçün təbii olaraq Allaha bağlanmaya, yönəlməyə möhtacdır.

Əgər insan bu yaradılışa uyğun olaraq yaşayarsa, həqiqi etimada, rahatlığa, xoşbəxtliyə və nicata nail olar. Bu yaradılışı rədd edib, Allahdan üz çevirərsə, sıxıntı, qorxu, narahatçılıq və əzab dolu bir həyat sürər.

İnsanlar üçün qəbul olunmuş bu qanun cəmiyyətlər üçün də uyğundur. Əgər bir cəmiyyət Allaha iman edən insanlardan əmələ gələrsə, adil, rahat, xoşbəxt və ağıllı bir cəmiyyət olar. Şübhəsiz ki, bunun tərsi də ola bilər. Əgər bir cəmiyyət Allahdan bixəbərdirsə, o cəmiyyətin quruluşu da təməldən dağılmış, çürük və ibtidaidir.

Allahdan üz çevirən cəmiyyətlər araşdırılarkən bu, asanlıqla görünür. Dinsiz düşüncənin doğurduğu ən mühüm nəticələrdən biri hər şeydən öncə əxlaq anlayışının yox edilməsi və tamamilə əslindən qopmuş cəmiyyətlərin meydana gəlməsidir. Dini və əxlaqi sərhədləri aşan və yalnız insan istəklərinin yerinə yetirilməsinə əsaslanan mədəniyyət əslində həqiqi mənada bir zülm sistemidir. Belə bir sistemdə cinsi azlıqdan narkotik maddəyə qədər hər cür əxlaq təşviq edilir. İnsan sevgisindən uzaq, eqoist, cahil, düşünməyən və ağlını istifadə etməyən cəmiyyətlər əmələ gəlir.

Yalnız öz istəklərini təmin etmək üçün yaşayan insanlardan əmələ gələn cəmiyyətdə rahatlıq, sevgi və sülhün bərqərar olması əlbəttə, mümkün deyildir. İnsan münasibətləri mənafelərə bağlıdır. Müdhiş bir etimadsızlıq şəraiti mövcuddur. İnsanın səmimi, dürüst, etibarlı, gözəl əxlaqlı olması üçün heç bir səbəb olmadığı kimi, saxtakarlıq etməməsi, yalan danışmaması, qeybət etməməsi üçün də bir maneə yoxdur. Çünki bu cəmiyyətlərin insanları Allahı ''unudulmuş bir şey''
(''Hud'', 11/92) olaraq qəbul etmişdilər, buna görə də Allah qorxusunu bilməyən insanlardırlar. Üstəlik, bu adamlar Allah gücünü qiymətləndirmədikləri üçün qiyamətdən və hesab günündən də xəbərsizdirlər. Cəhənnəm isə onlar üçün sadəcə olaraq din kitablarında bildirilən anlayış olmaqdan başqa bir şey deyildir. Heç biri ölümdən sonra Allahın hüzuruna çıxıb dünya həyatında etdikləri hər günahın hesabını verəcəklərini düşünməzlər. Və ya düşünsələr belə ''Bu cəhənnəm odu bizə bir neçə gündən artıq toxunmaz!'' dediklərinə görədir. ''Onları öz dinləri barəsində aldadıb yoldan çıxartmışdır'' (''Ali-İmran'', 3/24) deyilən ayədə bildirildiyi kimi, günahlarının cəzasını çəkib cənnətə girəcəklərini zənn edərlər. Bütün bunların bir nəticəsi kimi də dünyadakı həyatlarını mümkün olduqca istək və arzularını təmin etməyə çalışaraq keçirərlər.

Vəziyyət belə olduqda, təbii olaraq bu gün bir çox cəmiyyətdə yaşanan əxlaqi pozulmalar və mənəvi çöküntü ortaya çıxar. Belələi öz məntiqlərinə görə belə düşünürlər: ''Madam ki, dünyaya bir kərə gəldim, 50-60 il yaşayıb ölüb gedəcəyəm, o halda həyatın ləzzətini çıxarım''. Bu çürük məntiq təməli üzərində qurulan düşüncə sistemində isə hər cür ədalətsizlik, oğurluq, cinayət, əxlaqsızlıq ortaya çıxa bilər. Çünki hər bir şəxs öz istək və arzularını təmin etməkdən başqa bir şey düşünməyəcəkdir. Hər kim olursa-olsun, ailəsi, dostları da daxil olmaqlı onun üçün ikinci dərəcədə əhəmiyyət daşıyacaqdır. Cəmiyyətin digər fərdlərinin isə heç bir əhəmiyyəti olmayacaqdır.

Necə ki, geniş ölçülü mənfəət və maraq üzərində qurulan cəmiyyət insanların bir-biriləri haqqında davamlı olaraq şübhəli, narahat və qərarsız bir ruh halı içində yaşamalarına səbəb olar.

Belə bir cəmiyyətdə kimin nə zaman və hansı şəkildə saxtakarlıq edəcəyi bəlli olmadığına görə, şəxslər ruhən böyük bir qorxu və narahatlıq içərisindədirlər. Qarşılıqlı yaşanan etibarsızlıq və şübhə onların həyatlarını böyük bir bədbəxtlik içində davam etdirmələrinə səbəb olmaqdadır. Hər cür əxlaqsızlığa laqeyd münasibət bəslənildiyi bu cəmiyyətdə Allah qorxusu olmadığından insanların ailə, namus və şərəf kimi anlayışlara münasibəti də son dərəcə ürküdücü görünüşdədir.

Bundan başqa, bu cür cəmiyyətlərdə insanlar arasında hörmət və sevgiyə əsaslanan bir həyat da mövcud deyildir. Cəmiyyət fərdlərinin bir-birilərinə hörmət göstərmələrinin heç bir əhəmiyyəti yoxdur. Qarşılarındakı insana qiymət verən addım atmaları üçün ancaq bir mənafelərinin olması lazım gəlir. Üstəlik, belə bir hərəkət etmək üçün öz cahil məntiqlərinə görə haqlıdırlar da. Çünki həyatları boyu heyvandan təkmilləşərək var olduqları, ruhlarının ölümlə birlikdə yox olacağı kimi təlqinlər eşidirlər. Meymun nəslindən gəlmə, torpağın altında çürüyüb gedəcək və bəlkə də bir daha görməyəcəkləri bir bədənə isə təbii olaraq hörmət etməyi mənasız görürlər. Öz xarab məntiqlərinə görə, ''necə olsa, qarşılarındakı insan da, özləri də ölüb torpağın altına girəcək, çürüyüb gedəcək və ruh olaraq da tamamilə yox olacaqdır, o halda nə üçün digər insanlara yaxşılıq etmək, fədakar olmaq kimi zəhmətlərə qatlansınlar ki..''.

Bəli, həqiqətən də Allah və axirət inancı olmayan hər insanın ağlında bu fikirlər yatır. Bu səbəblərə görə də Allah etiqadı olmayan cəmiyyətlərdə əsla rahatlıq, xoşbəxtlik, etibar mühiti əmələ gəlməz.

Bütün bu bildirdiklərimizin məqsədi ''Allah inancı olmayan cəmiyyələrdə tənəzzül olar, o halda Allah inancı olmalıdır'' kimi bir məntiq qurmaq deyildir. Allah vardır və Onu inkar edən Ona qarşı böyük bir günah etmiş olur. Allah inancının olmadığı halda cəmiyyətlərin çürüdüyünə işarə etməkdəki məntiqimiz isə bu cəmiyyətlərin təməldən səhv bir fikrə sahib olduqlarını vurğulamaqdır. Səhv fikirlər pis nəticələr doğurur. Allahı inkar etmək kimi ən böyük xəta edən bir cəmiyyət də ən pis nəticələrlə qarşılaşır.

Bu cür cəmiyyətlərin ortaq xüsusiyyəti kütləvi bir Aldanma içində olmalarıdır. ''Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar'' (''Ənam'', 6/116) deyildiyi ayədən də aydın olduğu kimi, bu düşüncədə olmaq bir növ ''kütlə'' psixologiyası yaradır və onsuz da var olan inkarı daha da qüvvətləndirir. Allahdan və axirətdən xəbərsiz olan bu cür cəmiyyətləri Allah Quranda ''cahiliyyə'' cəmiyyəti adlandırır. Çünki cəmiyyətin üzvləri hər nə qədər fizika, tarix, biologiya, ya da oxşar bir elmlə maraqlansalar da, Allahın gücünü və böyüklüyünü tanıya biləcək ağıl və vicdana sahib deyildirlər. Və bu mənada cahildirlər.

Cahiliyyə cəmiyyətinin üzvləri Allaha bağlı olmadıqlarına görə Onun yolundan fərqli yollara düşürlər. Eynilə özləri kimi aciz qul olan insanların düşüncələrini mütləq doğru olaraq qəbul edirlər. Və nəticədə cahiliyyə topluluğu onu ağıl və vicdandan qoparan qapalı bir sistem əmələ gətirir. Yuxarıda da bildirdiyimiz kimi, bu sistemin ən nəzərəçarpan xüsusiyyəti bu insanların dinsizlik təlqinləri istiqamətində hərəkət etmələridir.

Allah Quranda belə həyatın boş və çürük təmələ əsaslandığını bildirir: ''Elə isə binasını Allah qorxusu və rizası üzərində quran kəs daha yaxşısıdır, yoxsa uçulmaqda olan bir yerin kənarında qurub onunla birlikdə cəhənnəm oduna yuvarlanan kəs? Allah zalim tayfasını doğru yola yönəltməz!'' (''Tövbə'', 9/109).

Ancaq burada unudulmaması lazım olan bir nöqtə vardır: hər cəmiyyət, hər insan cahiliyyə sisteminin bu təlqinlərindən, həyat tərzindən və fəlsəfəsindən qurtulma fürsətinə sahibdir. Çünki Allah belələri üçün onlara xəbərdarlıq edən, Allahın və axirətin varlığını, həyatlarının həqiqi mənasını bildirən elçilər və elçiləri ilə bərabər, insanların vicdanı ilə soruşduqları hər suala cavab verən haqq kitabları göndərir. Bu Allahın əzəldən bəri davam edən qanunudur. Necə ki, zamanımızda da doğru yol göstərən, qaranlıqdan aydınlığa çıxaran haqq kitabı olan Quran bütün insanların rəhbəridir. Ancaq bundan sonra insanlar seçimlərinə (doğru və səhv yol) görə qarşılıq görəcəklər. Necə ki, o kitabı insanlara gətirən elçi bu çağrışı etmişdir: ''De ki, ''Bu mənim yolumdur. Mən və mənə tabe olan açıq-açşkar bir dillə insanları Allaha çağırırıq. Allah pak və müqəddəsdir. Mən isə müşriklərdən deyiləm!''
(''Yusif'', 12/108).


Geri dön

mor.menekse

  • 26 oktyabr 2011 16:10
  • Məqalə: 0
  • Şərh: 300
  • Bal:
Tesekkurler... Maraqlidi

MiLeyla

  • 25 oktyabr 2011 22:54
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
cox maraqliydi

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

ZEHRA

  • 25 oktyabr 2011 22:31
  • Məqalə: 169
  • Şərh: 1975
  • Bal:
{awards}
cox gozel ellerine salix beyendim tsk

_SVETLANA_777_

  • 25 oktyabr 2011 22:30
  • Məqalə: 109
  • Şərh: 1536
  • Bal:
{awards}
maraxli idi tesekkurler muellife smile

--------------------
<p></p>

V_I_P

  • 25 oktyabr 2011 22:04
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
allahi inkar eden insan, insan deyil . allahdan bawqa her wey yalandir.

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

hulk91

  • 25 oktyabr 2011 20:55
  • Məqalə: 0
  • Şərh: 63
  • Bal:
{awards}
cox maraqlidi

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 35
Cəmi: 54

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}