Qur’andan faydalanmağın şərti

 
Qur’andan faydalanmağın şərti

Bismilləhir Rahmənir Rahim.

Qur’andan faydalanmağın şərti


Aydınlaşdırıldı ki, fəzilətlərə çatmaq yolu Qur’an və Əhli-beytdir. Eləcə də, Əhli-beyt Qur’anın təfsirçisidir. Əhli-beyt Qur’anla ən sıx münasibətdə olan pak insanlardır. Pak olmayanlar üçün Qur’ana yol yoxdur. «Vaqiə» surəsində buyurulur: «Ona yalnız pak olanlar toxunar». Qur’an özü Əhli-beytin paklığına şəhadət verir: «Siz ey ev əhli, Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istəyir».[1]

Əhli-beyt bu paklıq xüsusiyyətlərinə görə Qur’anla birdir. Başqaları da paklıqdan faydalandıqları qədər Qur’andan faydalanarlar. Yə’ni bu Qur’ana çatmağın şərtidir. Daxilən paklanmadan kimsə Qur’ana çata bilməz. Lakin paklığın da mərtəbələri vardır. Onun ə’la mərtəbəsi Əhli-beytdir. Başqa mərtəbələr insanlara aiddir. Əhli-beyt həmin ə’la mərtəbəyə çatdığı üçün Qur’an həqiqətlərinə nail olmuş, Qur’an təfsir etmişlər. Başqaları da Əhli-beyt yolundan paklıqları ilə Qur’ana çatarlar. Ona görə də Qur’anın dərin maarifi və Əhli-beytə çatmağın şərti paklıqdır. İnsan pak qəlb, müvəhhid fitrət, puç düşüncələrdən uzaq zehnlə Qur’an xidmətinə gəlmişdir. Yalnız bu xüsusiyyətlər ödəndikdə Qur’an yol göstərən, hidayət edəndir. Qur’an özünü hamı üçün nur bildirir.[2]

Yalnız pak və saleh mö’minlər bu nurdan faydalanarlar.[3]

Lakin bir şəxs öz səhv düşüncələri ilə Qur’ana yaxınlaşıb, öz «toxuduqlarını» Qur’an buyuruğu hesab etsə, yolunu azacaq və başqalarını da azdıracaq. «O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı iş gördüklərini zənn edirlər».[4] Səhv yolla Qur’andan öz istəklərini almaq istəyənlər zülmət toruna düşəcək, öz yanlış düşüncələrinə əsir olacaqlar. Əgər müxtəlif yönümlü təfsirlərə müraciət etsək, mə’lum olar ki, bu sayaq adamlar heç də az deyil.

Qur’andan faydalanmağın şərti

[1] «Əhzab» surəsi, ayə 33.
[2] «Bəqərə» surəsi, ayə 185.
[3] «Bəqərə» surəsi, ayə 2.
[4] «Kəhf» surəsi, ayə 104.


Geri dön

Gunel

  • 30 oktyabr 2011 22:45
  • Məqalə: 0
  • Şərh: 450
  • Bal:
Tsk Allah razi olsun. Oz aramizdi raziliqlar qazanirsan ____))))))))))))))

--------------------
"Düşüncə və ağıl bizə ən doğru yolu tapmaq üçün deyil, ən doğru yolu göstərəni tapmaq üçün verilib"

KAYBOLAN YILLAR

  • 28 oktyabr 2011 01:06
  • Məqalə: 14
  • Şərh: 1140
  • Bal:
{awards}
HAMIZIN BORCUDUR ELA XEBERDI TEWEKKURLER

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

mor.menekse

  • 26 oktyabr 2011 16:05
  • Məqalə: 0
  • Şərh: 300
  • Bal:
{awards}
Cox sagolun...

_SVETLANA_777_

  • 26 oktyabr 2011 15:06
  • Məqalə: 109
  • Şərh: 1536
  • Bal:
{awards}
maraxli xebere gore cox sag ol smile

--------------------
<p></p>

FLY TIME

  • 26 oktyabr 2011 13:55
  • Məqalə: 51
  • Şərh: 2122
  • Bal:
{awards}
xebere gore twk winked

Ku-ku

  • 26 oktyabr 2011 12:12
  • Məqalə: 267
  • Şərh: 5318
  • Bal:
{awards}
xebere gore twk

--------------------

Ay Üzlü

  • 26 oktyabr 2011 11:36
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Allah razi olsun deyerli xeber ucun cox sag olun

V_I_P

  • 26 oktyabr 2011 11:10
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
bele maraqli sozler insana lezzet edir. twk

--------------------
sen sen olki sene hormet qoyan cox olsun

Dinar Mamedova

  • 26 oktyabr 2011 10:53
  • Məqalə: 772
  • Şərh: 1863
  • Bal:
{awards}
deyerli habere gore cox sagolun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 32
Cəmi: 47

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}