Ən çox qazanan futbolçular

 
Ən çox qazanan futbolçular

Lionel Messi 31 milyon avro ilə siyahıya başçılıq edir:
Messi Argentina milli komandasının və "FC Barcelona" klubunun şərəfini qoruyur. 2006-ci ildə "Dünyanın ən yaxşı gənc oyunçusu" mükafatını, həmin il İspaniya çempionatında oynayan "Ən yaxşı əcnəbi oyunçu" mükafatını və 2008-ci Pekin Olimpiya Oyunlarında Argentina milli komandası ilə çempion adını qazanıb. Onu Maradona ilə müqayisə edirlər və Maradonada onu özünün davamçısı adlandırıb.

Siyahıda 2-ci yerdə Portuqaliya yığmasının və Kral klubunun lideri Kriştianu Ronaldodur:
Portuqaliyalı futbolçu peşəkar karyerasına "Sportinq" klubunda 2001-ci ildə başlayıb. 2003-cü ilə kimi bu komandanın şərəfini qoruyub. 2003-cü ildə "Sportinq"dən 17 milyon 750 min avroya İngiltərənin nüfuzlu komandası "Mançester Yunayted"ə transfer olunub. Bu komandada 188 oyunda 79 qol vurub. O, həmçinin 2007-2008-ci illər sezonunda İngiltərə Premyer Liqası və Çempionlar Liqasının bombardiri olub. Hazırda İspaniyanın "Real Madrid" klubunun şərəfini qoruyur. Kriştianu Ronaldo 27,5 milyon avro qazanaraq siyahıda ikinci yerdədi.

3-cü yeri İngiltərə yğmasının və Mançester Yunayted klubunun təcrübəli hücumçusu Ueyn Runi tutur:
İngiltərənin Liverpul şəhərində 24 oktyabr 1985-ci ildə anadan olub. Runi 20,7 milyon avro ilə üçlükdədir.

4-cü yerdə Braziliya yığmasının və Kral klubunun aparıcı oyunçusu Rikardo Izakkson Dos Santos Leyte ( Kaka )-dir:
Kaka peşəkar fəaliyyətinə 2001-ci ildə Braziliyanın "San Paolo" klubunda başlayıb. 2003-cü ildə 8,5 milyon avro ilə özünün də adlandırdığı "həyatının klubu" "Milan"-a transfer olub. 2009-cu ildə İngiltərənin “Mançester Siti” klubu Kaka üçün Milana 100 milyon funt-sterlinq təklif etsə də, Kaka Milanı tərk etmək istəməyib. Elə həmin il Kaka 68,5 milyon avro qarşılığında İspaniyanın kral klubu "Real Madrid"-lə 5 illik müqavilə imzaladı. Oyunçu 19,3 milyon avro ilə dünyanın ən çox qazanan 4-cü futbolçusudur.

5-ci yeri İngiltərə yığmasının və Amerikanın Los Anceles Galaxy klubunun yarımmüdafiəçisi Devid Robert Cozef Bekem tutur:
Devid Robert Cozef Bekem 2 may 1975-ci il tarixində İngiltərənin paytaxtı Londonda anadan olub. İngiltərənin ən məşhur futbolçularındandır. 1993-cü ildə 18 yaşlı Devid Çempionlar Liqasında möhtəşəm oyun nümayiş etdirdi və onun ötürməsi ilə həlledici qol vuruldu. Demək olar ki, o vaxtdan professional futbola gəlib. 4 iyul 1997-ci ildə Viktoriya Bekem ilə ailə həyatı qurub. 2005-ci ildə özünün "Qrinviç" adlı futbol akademiyasını yaradıb.

6-cı yerdə sabiq Braziliyalı Flamenqo klubunun aparıcı futbolçusu Ronaldinyo tutur:
Ronaldo de Assis Moreyra daha çox Ronaldinyo adı ilə tanınır. 31 yaşlı oyunçu 2000-2001 sezonunda bir çox Avropa klublarının diqqətini çəkib. 2001-ci ildə bəzi hüquqi anlaşılmazlıqlar üzündən 6 ay futboldan uzaqlaşdırılıb. 2011-ci ildə Milanla yollarını ayıran futbolçu "Flamengo" klubu ilə müqavilə imzalayıb. Ronaldinyo 18,3 milyon avro ilə siyahıda altıncıdır.

7-ci yerdə Argentina yığmasında və Mançester Siti klubunda oynayan Karlos Tevez-dir:
Mançester Siti və Argentina milli klublarında oynayan Karlos Tevez 2005-ci ildə Boca Junyorsdan Korintiansa transfer olub. Orada möhtəşəm oyunlar nümayiş etdirən futbolçu adını dünyaya tanıdıb. 2007-ci ildə "Mançester Yunayted"ə transfer olub. 2009-cu ildə 29 milyon avroya "Mançester Siti"lə müqavilə bağlayan futbolçu 15,4 milyon avro qazanır.

8-ci yerdə "Çelsi" klubu və İngiltərə yığma komandasının yarımmüdafiəçisi Frank Lampard qərarlaşıb:
İlə 14,2 milyon qazanan oyunçu 119 qolla Çelsinin ən yaxşı bombardiridir.

9-cu yerdə "Mançester Siti" və Fildişi sahilinin oyunçusu Yaya Ture qərarlaşıb:
Yaya Ture 1983-cü ildə Fildişi sahillərində anadan olub. Bu futbolçu 13,8 milyon avro ilə dünyanın ən çox qazanan doqquzuncu futbolçusudur.

TOP 10luğu Fransa yığmasının və "Barselona" klubunun eks hücumçusu Tierri Anri qapayır:
Tierri Anri 13,2 milyon avro ilə siyahının sonuncusudur. Anri Arsenalda dünya ulduzuna çevrilib. O, dörd dəfə İngiltərə Çempionatının bombardiri və iki dəfə Qızıl buts mükafatını qazanıb


Geri dön

Willow smith

  • 14 noyabr 2011 23:34
  • Məqalə: 52
  • Şərh: 1036
  • Bal:
Lionel Messi 31 milyon avro ilə siyahıya başçılıq edir:
Messi Argentina milli komandasının və "FC Barcelona" klubunun şərəfini qoruyur. 2006-ci ildə "Dünyanın ən yaxşı gənc oyunçusu" mükafatını, həmin il İspaniya çempionatında oynayan "Ən yaxşı əcnəbi oyunçu" mükafatını və 2008-ci Pekin Olimpiya Oyunlarında Argentina milli komandası ilə çempion adını qazanıb. Onu Maradona ilə müqayisə edirlər və Maradonada onu özünün davamçısı adlandırıb.
bu oyuncu superdi

--------------------
Stəkanı yerə at, sonra ondan üzr istə.
Əslində onu qırmaq istəmədiyini və təkrar su içmək istədiyini söylə..
İşə yarasa, mən burdayam...

agennt

  • 1 noyabr 2011 23:30
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
{awards}
[b][/b][u][/u] belay [color=#FFCC66][/color][hide][/hide]
[right][/right][center][/center][left][/left][s][/

s]

KAYBOLAN YILLAR

  • 28 oktyabr 2011 00:40
  • Məqalə: 14
  • Şərh: 1140
  • Bal:
{awards}
INDI HALLA HAZIRDA EN MOHTEWEM MESTI GEDIR VE DUNYANIN EN BAHALI FUTBOLCUSUDU TEWEKKURLER

--------------------
ALLAH BOYUKDUR.ALLAH MUQEDDESDI

RUFET_KERIMOV

  • 27 oktyabr 2011 19:43
  • Məqalə: 0
  • Şərh: 241
  • Bal:
{awards}
MENCE ZILLEDIN ZIDAN DUNYA REKOYCUSU OLMUWUDU TWK

--------------------
afto_xuliqan....10-kk-517

Sensiz_Ureyim...

  • 27 oktyabr 2011 15:06
  • Məqalə: 0
  • Şərh: 30
  • Bal:
{awards}
salam twk edirem

Sirli Melek

  • 27 oktyabr 2011 13:29
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
VAUUUUUUUU winked

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

V_I_P

  • 27 oktyabr 2011 12:26
  • Məqalə: 3
  • Şərh: 1964
  • Bal:
{awards}
Siyahıda 2-ci yerdə Portuqaliya yığmasının və Kral klubunun lideri Kriştianu Ronaldodur:
Portuqaliyalı futbolçu peşəkar karyerasına "Sportinq" klubunda 2001-ci ildə başlayıb. 2003-cü ilə kimi bu komandanın şərəfini qoruyub. 2003-cü ildə "Sportinq"dən 17 milyon 750 min avroya İngiltərənin nüfuzlu komandası "Mançester Yunayted"ə transfer olunub. Bu komandada 188 oyunda 79 qol vurub. O, həmçinin 2007-2008-ci illər sezonunda İngiltərə Premyer Liqası və Çempionlar Liqasının bombardiri olub. Hazırda İspaniyanın "Real Madrid" klubunun şərəfini qoruyur. Kriştianu Ronaldo 27,5 milyon avro qazanaraq siyahıda ikinci yerdədi.

bu futbolcunun oyunu mene lezzet edir.

--------------------
sen sen olki sene hormet qoyan cox olsun
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 7
Qonaqlar: 44
Cəmi: 65

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 441
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 27
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}